"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət: "Ayaq vətərlərimi kəsib..."
Digərləri 21 İyn 2025 18:48:00 61 0
"Sumqayıt Hospital"da çalışan ortoped-travmatoloq Elçin Yaqubov məni artıq iki ildən çoxdur ki, şikəst vəziyyətə salıb".
Bu xəbəri də oxu: “İran danışıqlara hazırdır” Pezeşkian
Bu fikirləri Qaynarinfo-ya 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirib. Onun sözlərinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb.
Püstəxanım Quliyeva 18 aprel 2023-cü il tarixində "Sumqayıt Hospital"da Elçin Yaqubov tərəfindən sağ diz oynağının endoprotezlənməsi (diz artroplastikası) əməliyyatı olunub. Həmin əməliyyat zamanı zədələnmiş və ya aşınmış diz oynağı süni alman protezi ilə əvəz edilib. Tibb sənədlərində xəstənin vəziyyətinin stabilləşdiyi və tam bərpa olunduğu, evə buraxıldığı qeyd edilsə də, Püstəxanım Quliyeva iddia edir ki, o, əməliyyatdan sonra hərəkət edə bilməyib və əlil arabasında evə aparılıb.
Xəstənin sözlərinə görə, əməliyyatdan 40 gün sonra bərpa prosesi baş vermədiyindən evdə yıxılıb. Bu zaman ayaq vətərlərinin kəsilməsi səbəbindən diz oynağında boşluq yaranıb. O, iddia edir ki, ayağında ciddi hərəkət məhdudiyyəti yaranıb, yara infeksiyalaşıb və vəziyyət getdikcə ağırlaşıb. Nəticədə ailəsi onu başqa bir mütəxəssisə aparmaq məcburiyyətində qalıb.
Araşdırma zamanı məlum olub ki, Elçin Yaqubov tərəfindən Almaniya istehsalı kimi təqdim olunan implant əslində Türkiyə istehsalı olub. Bundan başqa, əməliyyat zamanı xəstənin sağ ayağının bud və baldır sümüyü arasındakı vətərlər kəsilib və qanaxmanı dayandırmaq üçün müxtəlif üsullardan istifadə olunub. Sonradan əməliyyat yerindən ağ rəngli saplar çıxarılıb və yaranın infeksiyalaşmasına da məhz bu sapların toxumalarda qalması səbəb olub.
İlkin əməliyyatdan sonra xəstə üzərində əlavə beş əməliyyat aparılıb. Həkimin səhlənkarlığı nəticəsində zədələnmiş vətərləri bərpa etmək mümkün olmayıb. Yerli həkimlər son çarə kimi Püstəxanım Quliyevanın sağ ayağının amputasiyasını təklif ediblər. Bildirilib ki, əks halda yaranın qanqrenaya çevrilməsi və bu prosesin digər orqanlara da yayılması riski var. Ətraflı
Quliyevanın ailəsi onu Özbəkistandakı xəstəxanalardan birində çalışan tanınmış təbrizli ortoped-travmatoloq Rövşən adlı həkimin yanına aparıb. Sözügedən həkim tərəfindən aparılan əməliyyatlardan sonra Püstəxanım Quliyevanın sağ ayağının təxminən 50 faiz hərəkəti bərpa olunub. Lakin bu gün də vətərlərin zədələndiyi nahiyədə iltihab prosesi davam edir.
Xəstənin yaxınlarının iddiasına görə, Elçin Yaqubovun səhlənkarlığı onların ailəsinə 100 min manatdan artıq maddi ziyan vurub və hələ də müalicə üçün külli miqdarda vəsait xərclənir. Onların sözlərinə görə, Elçin Yaqubov vəziyyətlə bağlı məsuliyyət daşımadığını bildirərək, "Gedın hara istəyirsiniz, şikayət edin, mənə heç kim heç nə edə bilməz" deyib.
Püstəxanım Quliyeva və ailəsi yaxın günlərdə Səhiyyə Nazirliyi, TƏBİB və hüquq-mühafizə orqanlarına rəsmi şikayətlə müraciət edəcəklərini, həmçinin "Sumqayıt Hospital" və həkim Elçin Yaqubovu məhkəməyə verərək maddi və mənəvi təzminat tələb edəcəklərini bildirirlər.
Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı ortoped-travmatoloq Elçin Yaqubovla əlaqə saxlayıb. Həkim 1961-ci il təvəllüdlü Püstəxanım Quliyevanı "Sumqayıt Hospital"da əməliyyat etdiyini təsdiqləyib, lakin sonrakı problemlərin onunla bağlı olmadığını bildirib:
"Mən bir qəpik də pul almamışam. Xəstəni İcbari Tibbi Sığorta ilə əməliyyat etmişəm. Püstəxanım Quliyeva əməliyyatdan 40 gün sonra həyat yoldaşının avtomobilində yıxılıb və bu səbəbdən ayağında problem yaranıb. Daha sonra həm Bakıdan, həm də Sumqayıtdan olan həkimlərlə birlikdə xəstəni yenidən əməliyyat etmişik. Mənim heç bir günahım yoxdur. Əgər xəstəxana pul alıbsa, qoy oradan tələb etsinlər".
Braziliyada hava şarı yerə çırpılıb, ölənlər var.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Dilarə Əliyevanın qardaşı, tanın

Müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında "infosteale

Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraç�

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polk

Qax şəhərində yerləşən İsmayıl Dağıstanlı küçəsində fəaliyyət

ABŞ-nin Yuta ştatında yaşayan Vika və Valeriya adlı əkiz bacılar, eləc�

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli&qu

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı "Yerl

Tanınmış pedaqoq, əməkdar müəllim Cahangir İbrahimov vəfat edib.

Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsait

Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu �

Abşeron rayonunda qaçırıldığı iddia olunan 17 yaşlı Nəzrin Babayeva vi

Aparıcı Zaur Baxşəliyev şair Nazilə Səfərliyə söz atıb.
