Bako Sahakyan: Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbi əməliyyatın Ermənistan silahlı qüvvələri tərəfindən keçirilməsi idi
Siyasət 20 İyn 2025 20:30:00 68 0
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədə əsasən, təqsirləndirilən şəxs Bako Sahakyan Aprel döyüşləri ilə bağlı vaxtilə Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmədə prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs məlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda istintaq komissiyası yaradılıb. Komissiyasın sədri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan olub: "Bu komissiyanın iclasında müxtəlif suallara hərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənə təklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştiraka məcbur edə bilməzdilər".
Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəli şəkildə cavablandırdığını bildirib.
B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: "İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 21-də davam etdiriləcək. Son.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol P

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin k

İsrail İranı tam iflic vəziyyətinə salıb, amma Tehran "sionistlərin

İsveçrə İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldı

Xəbər verdiyimiz kimi, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəki

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir

Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil o

Azərbaycanlı tanınmış aparıcı Lətafət Ələkbərova müğənniliyə ba�

İyunun 13-dən bu günə qədər İsrailin İrana endirdiyi zərbələr nətic�

ABŞ-nin Kentukki ştatında yaşayan 27 yaşlı Sierra Arena uzun illərdən s

İsrail ordusu Hizbullahın atəş qüvvələrinin komandirini öldürdüyünü

Telegram messencerinin iOS üçün 11.13 beta versiyasında (quruluş 30945) uzu

Kolumbiyalı "bodibildinq üzrə çempion" Zunilda Hoyos Mendez İspa

İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal ed
