Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi TƏFƏRRÜAT


Digərləri 20 İyn 2025 11:37:00 64 0

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi  TƏFƏRRÜAT

"TTQ GRUP" MMC-nin direktoru, "Füzuli" futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.

Son.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Rauf Quliyev dələduzluq ittihamı ilə həbs olunub. Ondan şikayətçi olan bir neçə nəfər var.

İttihama görə, Rauf Quliyev işgüzar nüfuzunun olduğunu, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onun bir nəfərdən DTX-ya, bir nəfərdən isə FHN-də işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyən edilib.

Həmçinin Rauf Quliyev "TTQ GRUP" MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə pul alıb. Zərərçəkmişlər arasında bu məqsədlə Rauf Quliyevə 5 min, 10 min, 35 min məbləğlərində pul verən şəxslər olub.

Zərərçəkmişlərdən Qasım Kazımov və digər 3 şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.

Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: "Rauf Quliyevin adamları "TTQ GRUP" MMC adından elan saytlarında "Fərdi evlərin nağd və kreditlə tikilib satılması" başlıqlı reklam yerləşdirirlər. Ötən ilin 30 noyabrında mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Mənə şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət "Kotec" qəsəbəsi deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə 4 ay ərzində təhvil verəcəklər".

Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb: "Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada "TTQ GRUP" MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən 20 min pulu Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən 4 ay müddətinə evi tikib tam təhvil verəcək".

Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir: "Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər... Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi çoxsaylı adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə 4 nəfər - Vüsal Mustafayev (18 000 AZN), Zülfiyyə Zeynalova (25 000 AZN), Emin (21 000 AZN) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür".

İranİsrail müharibəsində ölən və yaralanlar arasında Azərbaycan vətəndaşları var?  RƏSMİ like
  • 20 İyn 11:32  
Digərləri İranİsrail müharibəsində ölən və yaralanlar arasında Azərbaycan vətəndaşları var? RƏSMİ

Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, Təbrizdəki konsullu

arrow Ətraflı
Azərbaycanlı barmen Türkiyədə iş yoldaşını öldürdü like
  • 20 İyn 11:25  
Digərləri Azərbaycanlı barmen Türkiyədə iş yoldaşını öldürdü

Türkiyədə azərbaycanlı barmen qətl törədib.

arrow Ətraflı
Günəşdə güclü partlayış oldu like
  • 20 İyn 11:22  
Dünya Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış baş verib.

arrow Ətraflı
İsrail İranın nüvə proqramını tamamilə dayandıra bilərmi? like
  • 20 İyn 11:17  
Siyasət İsrail İranın nüvə proqramını tamamilə dayandıra bilərmi?

İsrailin son iyirmi ilin ən böyük hərbi əməliyyatına start verməsindən

arrow Ətraflı
İsrail İsfahanda raket və radar sistemlərini vurdu like
  • 20 İyn 11:11  
Dünya İsrail İsfahanda raket və radar sistemlərini vurdu

İsrailin Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən İsfahan �

arrow Ətraflı
Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? like
  • 20 İyn 11:07  
Digərləri Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

Tovuz sakinləri mövsümü meyvələrdən qışa tədarük görmək istəsələ

arrow Ətraflı
Ayın sonuna qədər maliyyə ulduzu parlayacaq BÜRCLƏR like
  • 20 İyn 11:00  
Digərləri Ayın sonuna qədər maliyyə ulduzu parlayacaq BÜRCLƏR

İyun ayı bitməyə yaxınlaşdıqca bəzi bürclər üçün maliyyə baxımın

arrow Ətraflı
Qubadlıda skelet fraqmentləri aşkarlanıb like
  • 20 İyn 10:53  
Digərləri Qubadlıda skelet fraqmentləri aşkarlanıb

Qubadlıda insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarl

arrow Ətraflı
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  FOTO like
  • 20 İyn 10:47  
Siyasət Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkist

arrow Ətraflı
Daha bir rayonunda yasda ehsan verilməsi ləğv edildi like
  • 20 İyn 10:46  
Digərləri Daha bir rayonunda yasda ehsan verilməsi ləğv edildi

Biləsuvar rayonu və kəndlərində artıq bir müddətdir ki, yas mərasimlər

arrow Ətraflı
Xalq artistinin qızı adını dəyişir like
  • 20 İyn 10:35  
Şou-biznes Xalq artistinin qızı adını dəyişir

Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova adını dəyişi

arrow Ətraflı
"İsrail bunu etsə “Pandora qutusu" açılacaq"  Rusiyadan xəbərdarlıq like
  • 20 İyn 10:30  
Siyasət "İsrail bunu etsə “Pandora qutusu" açılacaq" Rusiyadan xəbərdarlıq

İsrail ilə İran arasında gərginlik artarkən Kremlin sözçüsü Dmitri Pes

arrow Ətraflı
Səfərbərlik idarəsinin rəisi məhkəmə qarşısında  Ramin Şükürov və zabitlərinə ağır ittiham like
  • 20 İyn 10:23  
Digərləri Səfərbərlik idarəsinin rəisi məhkəmə qarşısında Ramin Şükürov və zabitlərinə ağır ittiham

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə

arrow Ətraflı
İranda "Mossad"a işləməkdə şübhəli bilinən 16 casus saxlanıldı like
  • 20 İyn 10:21  
Dünya İranda "Mossad"a işləməkdə şübhəli bilinən 16 casus saxlanıldı

İranda İsraili dəstəkləməkdə şübhəli bilinən azı 16 nəfər saxlanı

arrow Ətraflı
Trend BİA SanktPeterburqda OANAnın XIX Baş Assambleyasında iştirak edir  FOTO like
  • 20 İyn 10:15  
Siyasət Trend BİA SanktPeterburqda OANAnın XIX Baş Assambleyasında iştirak edir FOTO

Trend Beynəlxalq İnformasiya Agentliyi Rusiyanın Sankt-Peterburq şəhərind�

arrow Ətraflı