"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"


Siyasət 18 İyn 2025 23:52:00 82 0

"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"

"İran Israillə mübarizədə tərəfdaşlarından dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli Hizbullah və HƏMAS isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər. Bircə Yəməndəki husilər İranla birgə İsraili raket atəşinə tuta bilərlər, ancaq onların da başına raketlər yağır və bu onların müqavimət gücünü zəiflədib".       

Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, İran İslam Keşikçiləri Korpusunun keçmiş rəhbərlərindən biri, general Möhsün Rezai yerli televiziya kanallarından birində çıxış edərkən İsraili qorxutmaq üçün iki açıqlama verib. O, birinci açıqlamasında söyləyib ki, guya İran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir sıra başqa müsəlman ölkələrlə birlikdə böyük İslam ordusu yaratmağa çalışır:

"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İranı xilas etmək üçün niyə İslam ordusu yaratmalıdırlar? Axı İran adı çəkilən 3 ölkənin müttəfiqi deyil. Əksinə, İran mühafizəkarları və həmin İslam Keşikçiləri Korpusu müxtəlif illərdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan əleyhinə siyasət yürüdüblər, bu ölkələrin əleyhinə açıqlamalar veriblər. Türkiyə İsrailin İrana qarşı hava hücumunu pisləsə də, İrandakı dairələrin terrorçu PKK təşkilatına dəstəyini unutmayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə ay əvvəl verdiyi açıqlamada, İranın PKK ilə gizli təmaslarına son qoyması vacibliyini bildirmişdi. İrandakı dairələr bir ara Səudiyyə Ərəbistanı da içəridən qarışdırmaq istəyiblər. Bu səbəbdən Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrinə son vermişdi, yalnız Pekinin vasitəçiliyi ilə diplomatik əlaqələr bərpa olundu. Pakistana gəldikdə bu ölkə ötən ilin yanvarında İranla sərhəddə toqquşma yaşamışdı, bir-birlərinə raket zərbələri endirmişdilər.

General Möhsün Rezainin ikinci açıqlaması Pakistanın İrana dəstək məqsədilə guya İsrailə nüvə silahı ilə zərbə endirəcəyi barədədir. Bu açıqlamanın da reallıqla əlaqəsi yoxdur. İsraillə İran arasında müharibə başladıqdan sonra Pakistan İranla sərhəddə nəzarəti gücləndirib. Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif nüvə potensialının dövlətinin və xalqının xeyrinə və ölkəsinin düşmən planlarından qorumağa xidmət etdiyini bildirib. Bu açıqlama iranlı generalın sözlərinin həqiqəti əks etdirmədiyini göstərir.  Bu arada, İrandakı dairələrin İraqdakı tərəfdarlarını fəallaşdırmağa çalışa biləcəyi barədə ehtimallar var. Ancaq bunun özü İranın problemlərini artıracaq. Tehran ABŞ-ın İsrailin İrana hücumlarına qoşulmasını istəmir. İrana bağlı güclər ABŞ-ın İraqdakı hərbi bazalarına hücum etsələr, bu İsrailin işinə yarayacaq, çünki belə olan halda ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəyə qoşulmasından başqa seçimi qalmayacaq".

Asya Son.az     

Hayfa limanı niyə vuruldu?  ABŞ və Çin gözləmədə like
  • 18 İyn 23:41  
Dünya Hayfa limanı niyə vuruldu? ABŞ və Çin gözləmədə

"Hayfa İsrailin şimalındakı əsas liman olmaqdan əlavə, eyni zamanda

arrow Ətraflı
İsrail İranın dövlət televiziyasına sızdı  Ekranda yazılan sözlər... like
  • 18 İyn 23:31  
Dünya İsrail İranın dövlət televiziyasına sızdı Ekranda yazılan sözlər...

İsrail, İranın peyk siqnallarını ələ keçirərək dövlət televiziyalar�

arrow Ətraflı
Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq like
  • 18 İyn 23:13  
Digərləri Sulutəpə əhalisinin DİQQƏTİNƏ: Sənədsiz ev problemi tarixə qovuşacaq

Vətəndaşın mülkiyyəti tanınmayanda bir çox hüquqi proseslər qəlizlə�

arrow Ətraflı
Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı like
  • 18 İyn 22:58  
Digərləri Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması

arrow Ətraflı
İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür? like
  • 18 İyn 22:45  
Digərləri İranın ali dini lideri Əli Xamenei kimdir: ailəsi nə qədər güclüdür?

ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli

arrow Ətraflı
İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı like
  • 18 İyn 22:33  
Dünya İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxdı

22:33 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ilk dəfə i

arrow Ətraflı
Ən yüksək balı onlar topladı  Adlar like
  • 18 İyn 22:18  
Digərləri Ən yüksək balı onlar topladı Adlar

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

arrow Ətraflı
Paşinyan MTX rəhbərini vəzifədən azad etdi like
  • 18 İyn 22:03  
Dünya Paşinyan MTX rəhbərini vəzifədən azad etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və

arrow Ətraflı
İmtahan nəticələri açıqlandı like
  • 18 İyn 21:52  
Digərləri İmtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III

arrow Ətraflı
300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir like
  • 18 İyn 21:51  
Digərləri 300ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi&qu

arrow Ətraflı
Boşandığı həyat yoldaşından danışıb ağladı like
  • 18 İyn 21:49  
Şou-biznes Boşandığı həyat yoldaşından danışıb ağladı

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

arrow Ətraflı
Bakının bu ərazisində üç saat işıq olmayacaq like
  • 18 İyn 21:21  
Digərləri Bakının bu ərazisində üç saat işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 18 İyn 21:08  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t�

arrow Ətraflı
"Netanyahu Hitleri üstələyib"  Ərdoğan like
  • 18 İyn 20:46  
Digərləri "Netanyahu Hitleri üstələyib" Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

arrow Ətraflı