Demans tədqiqatından heyrətamiz nəticə Risk artır
Digərləri 17 İyn 2025 03:03:00 64 0
Demansda həyat tərzi, spirtli içki istifadəsi, depressiya, havanın çirklənməsi kimi səbəblərlə yanaşı, xəstəliyə yoluxma riskini artıran daha bir amil aşkarlanıb.
Bu xəbəri də oxu: "Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər" Azərbaycan Dəmir Yollarının 145 ili FOTO VİDEO
Son.az hit.az-a istinadən xəbər verir ki, ABŞ-da aparılan tədqiqata görə, yaşayış bölgəsinin demans riskini artırdığı müəyyən edilib.
ABŞ-da aparılan bir tədqiqatda, demansın (ağıl pozğunluğu) riskinin yaşayış coğrafi bölgəsindən asılı olaraq dəyişə biləcəyi müəyyən edilib. "JAMA Neurology" jurnalında dərc olunan araşdırmada alimlər, Veteranlar Səhiyyə İdarəsinin (VHA) sistemində qeydiyyatlı ABŞ-dakı 1 milyon 268 min 599 yaşlı şəxsin məlumatlarını araşdırıb.
Tədqiqatda yaş, irq, ürək sağlamlığı və kənd/şəhər yaşayışı fərqi kimi amillər nəzərə alınarkən, demansda regional fərqlərin də təsirli olduğu aşkarlanıb. ABŞ Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzlərinin (CDC) ölkəni 10 regiona ayıran təsnifatına əsasən aparılan araşdırmada, Pensilvaniya, Merilend və ətrafı kimi orta Atlantik regionu ən aşağı demans səviyyəsinə malik olarkən, cənub-şərq regionu isə bu xəstəliyin ən çox rast gəlinən yeri kimi önə çıxıb. Buna görə araşdırmada, ABŞ-nin cənub-şərqində demansın yayılma faizi 25, şimal-qərbində 23, cənub regionlarında 18, cənub-qərbində 13, şimal-şərqində isə 7 olaraq müəyyən edilib.
Demans, yaddaş itkisi, düşüncə qabiliyyətinin azalması və problem həll etmə bacarıqlarının pozulması kimi əlamətlərlə gündəlik həyatı ciddi şəkildə təsir edən idraki pozuntu kimi təyin olunur. Ən geniş yayılmış demans səbəbi isə Alzgeymer xəstəliyi olaraq önə çıxır.
Rusiyada şagirdlərə qarşı əxlaqsızlıq edən müəllimə həbs edilib.

Körpə uşaqlarda ən çox müşahidə edilən hallardan biri də allergiyadır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı bloqer Nail Kə

P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da

İsrailin İrana hücumundan sonra bölgədə gərginlik artdığı üçün iki

İran silahlı qüvvələri yaxın saatlarda İsrailin ərazisinə hücumlarına

Şairə Cığatel İsaqızı özünə ad günü keçirib.

Yerli və xarici analitiklər belə qənaətə gəliblər ki, İranın Hörmüz

Müğənni Rəqsanə İsmayılova Moskvadakı villasını nümayiş etdirib.

Zaqatalada 5 yaşlı uşaq "KamAz"ın altında qalaraq ölüb.

İsrailin Baş naziri Benyamin Netanyahu Xameneinin öldürülməsini istisna et

Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.

İsrail Ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə z
