Lombard kreditləri: Asan çıxış, ağır nəticələr
Digərləri 16 İyn 2025 18:23:00 81 0
Bu gün vətəndaşlar banklardan kredit əldə etmək imkanına malik olmayanda, yaxud daha tez müddətə kredit əldə etmək istəyəndə lombardlara üz tuturlar. Bəzi hallarda isə vətəndaşlar lombardlar tərəfindən aldadılır, yüksək faizlə ödəniş etməyə məcbur olurlar.
Bu xəbəri də oxu: Bakıda daha bir uşaq eyni səbəblə ÖLDÜ
Mövzu ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, bu gün lombard xidmətindən istifadə edən əhalinin imkanlarına baxsaq, yalnız bankdan kredit götürə bilməyən təbəqənin müraciət etdiyini görərik.
Onun sözlərinə görə, müraciət edənlər əsasən rəsmi iş yeri olmayan, kredit tarixçəsi məhdudiyyətli olan insanlardır:
"Ya da gəlirlərini bəyan edə bilməyən insanlara bu yol daha çox asan olur. Çünki girov əsasında müəyyən vəsait əldə edilir. Sənədləşmə asandır, qısa müddət ərzində proses həll olunur".
İqtisadşı qeyd edib ki, lakin lombardlar bəzən insanları məyus edir, bəziləri öz öhdəliklərini yerinə yetirmir:
"Bəzi hallarda lombardların iflasa uğraması və yoxa çıxması müşahidə olunur. Digər tərəfdən lombardlar riskli kredit ayıran təşkilat olduqlarından banklara nisbətən böyük faizlər təqdim edirlər. Bu da sözsüz ki, bəzi hallarda insanları çətin vəziyyətə salır. Yaxud şərtlər bankların şərtlərindən çox mürəkkəb və ağır olur. Müəyyən vəziyyətdə insanlar əlavə öhdəliklərə və cərimələrə məruz qalırlar. Bəzən girovların götürülməsində gecikmələr baş verir, hətta girovların itirilməsi və mənimsənilməsi halları da müşahidə olunur. Onun üçün də hesab edirəm ki, lombardla hər hansı münasibətlər qurulanda mütləq müqavilə şərtlərini dəqiq oxumaq lazımdır. Həmçinin lombardın fəaliyyətini də yoxlamaq lazımdır, bundan sonra lombard xidmətindən istifadə etmək daha məqsədəuyğun olar".
Türkiyənin tanınmış ailələrindən olan Feryal Gülmanla keçmiş həyat y

"Dini etiqad azadlığı haqqında" Qanunun 8-ci maddəsinə əsasən,

ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yay�

Pakistan İran-İsrail gərginliyinin artması fonunda İranla hava və quru yol

Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişindaşıma g

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta mə

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağ

Cəmil Həsənli öz "facebook" səhifəsində iddia edir ki, hökumə

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bəd

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero

Kriptovalyutalar gələcəyin pul vahidi ola bilər, lakin onları oğurluq risk
