Güclü külək Zaqatala və Balakəndə fəsadlara səbəb oldu
Digərləri 15 İyn 2025 12:10:00 84 0
Güclü külək Zaqatala və Balakəndə elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub.
Bu xəbəri də oxu: Niyə bəzi sığorta şirkətləri dəymiş ziyanın tamamını ödəmək istəmir?
Son.az APA-ya istinadən xəbər verir ki, qeyri-sabit hava şəraiti bölgənin Zaqatala və Balakən rayonlarında daha çox müşahidə olunub.
İyunun 14-ü axşam saat 22 radələrindən başlayaraq Zaqatala və Balakən rayonları ərazisində güclü külək əsib, leysan yağışları yağıb. Güclü külək hər iki rayonunda bəzi ərazilərdə ağacların budaqlarının qırılmasına səbəb olub, elektrik, rabitə xətlərində qırılmalar və qısaqapanlmalar baş verib. Bu səbəbdən ötən gün axşam saatlarından Zaqatala və Balakən rayonları ərazisinin 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən Tala, Katex, Balakən və digər dağ çaylarında suyun səviyyəsi xeyli artıb.
Gecə saatlarından Zaqatala və Balakən rayonlarının Paşlayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə ezam olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıblar. Səhər saatlarına əksər ərazilərdə baş vermiş qəzalar aradan qaldırılıb, elektrik enerjisinin verilməsi bərpa edilib. Hazırda hər iki rayonun Paylayıcı Elektrik Şəbəkəsinin əmakdaşları qəzaların tam aradan qaldırılması istiqamətində təmir işlərini davam etdirirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Res

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran �

Ankarada qeyri-adi bir barter hadisəsi baş verib. Lüks BMW markalı avtomobil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin

İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar

Astroloqlar proqnozlaşdırırlar ki, 2025-ci ilin yayında dörd bürcün kökl

İyunun 15-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində avtomat h

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzin

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlə

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir.

Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizam�

İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ard�

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qa
