Kişilər də döş xərçənginə tutulurmuş


Digərləri 11 İyn 2025 21:00:00 90 0

Kişilər də döş xərçənginə tutulurmuş

Anasını 48 yaşında süd vəzisi xərçəngindən itirən 53 yaşlı Geoff Sweeney döşündə hiss etdiyi qəribəliyin ciddi əlamət olmadığını düşünürdü. Çünki süd vəzisi xərçənginin kişilərdə də rast gələcəyindən xəbərsiz idi. Diaqnoz qoyulduqdan sonra xərçəngi müvəqqəti dəf etsə də, xəstəlik qısa müddət sonra sümüklərinə, ağciyərlərinə və beyninə yayılmış şəkildə geri dönüb.

Geoff idmanla məşğul olarkən yıxılıb və döş nahiyəsi göyərib. Morluqlar keçəndən sonra təxminən 3 sm-lik sərt yumru qaldı. Ağrı vermədiyi üçün əhəmiyyət verməyib. Həkimə başqa səbəbdən getdiyi vaxt yumrudan da bəhs edib və xəstəxananın süd vəzisi xərçəngi şöbəsinə göndərilib. Müayinə mamoqrafiya və biopsiyadan sonra Geoff-un həyatı dəyişib.

"Ailəmdə bu xəstəlik olsa da, heç vaxt kişilərin də süd vəzisi xərçənginə tutulacağını düşünməmişdim. Buna görə diaqnoz məni şok etdi," - deyə Geoff bildirib.

O, digər kişilərin də bu təhlükəni ciddiyə almalarını istəyir: "Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə şansı da bir o qədər artır. Kişilər də bu əlamətləri bilməli və nəzarətdən yayınmamalıdır."

Geoff üçün ilk mərhələdə mastektomiya, limfa düyünlərinin çıxarılması, döş radiasiya terapiyası və immunoterapiya tətbiq edildi. Özünü ümidli hiss etsə də, sağaldıqdan cəmi 18 ay sonra belində başlayan ağrı ilə vəziyyət dəyişdi. Bu dəfə xərçəng artıq bədəninin bir çox nahiyəsinə yayılmışdı və sağalması mümkün deyildi.

"Bu ölümcül diaqnozdur, amma artıq qəbul etmişəm," - deyə Geoff bildirib. "İndilik özümü xəstə hiss etmirəm, sadəcə bütün müalicələr məni yorub. Amma bilirəm ki, bir anda hər şey daha da pisləşəcək. Ona görə də əsas olan yaşadığım müddətdə maksimum dəyərli vaxt keçirməkdir."

Geoff hazırda internet üzərindən süd vəzisi xərçəngindən əziyyət çəkən digər kişilərlə təcrübələrini bölüşür və hekayəsinin digərlərinə xəbərdarlıq olmasını istəyir: "Özünüzü yoxlayın. Şübhə varsa, həkimə gedin. Kişiyəm deyə bu mənə olmaz deməyin. Hamımız insanıq, hamımızda süd vəzi toxuması var."

Mütəxəssislər bildirir ki, bu xəstəlik kişilərdə qadınlara nisbətən daha az rast gəlinir. Türkiyədə hər il təxminən 25 min qadında süd vəzisi xərçəngi aşkarlanırsa, kişilərdə bu rəqəm 200-250 arasındadır. Buna səbəb kişilərin süd vəzi toxumasının az olması və ömür boyu estrogen hormonuna daha az məruz qalmalarıdır.

Prof. Dr. Fatih Aydoğanın sözlərinə görə kişilərdə süd vəzisi xərçəngi daha gec mərhələdə aşkarlanır. Çünki kişilər bu riskin fərqində deyillər və əlamətləri ciddiyə almırlar. Həmçinin qadınlarda olduğu kimi müntəzəm mamoqrafiya proqramı da mövcud deyil.

Risk faktorları həm kişilər, həm də qadınlar üçün ortaqdır: artıq çəki, zəif qidalanma, az hərəkətlilik, uzun müddət zərərli kimyəvi maddələrə məruz qalmaq. Amma kişilərdə genetika daha önəmlidir. Xəstəliyə tutulan kişilərin 20 faizi yaxın qohumlarında eyni xəstəlik olub. Onların 10 faizi BRCA2, 1-2 faizi isə BRCA1 gen mutasiyası daşıyır. Hər iki mutasiya prostat xərçəngi riskini də artırır.

İsmayıl Son.az

Azərbaycanda Şadlıq evi yanır like
  • 11 İyn 20:41  
Digərləri Azərbaycanda Şadlıq evi yanır

Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya  iki variant olacaq like
  • 11 İyn 20:39  
Digərləri “WhatsApp”da yeni funksiya iki variant olacaq

"WhatsApp" avtomatik yüklənən foto və videoların keyfiyyətini se

arrow Ətraflı
II qrup üzrə ən yüksək nəticə göstərən abituriyent: "Milyonçu olmaq istəyirəm" like
  • 11 İyn 20:24  
Digərləri II qrup üzrə ən yüksək nəticə göstərən abituriyent: "Milyonçu olmaq istəyirəm"

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəb

arrow Ətraflı
Dənizdən 47 il əvvəl yazılan məktub tapıldı  FOTO like
  • 11 İyn 20:06  
Digərləri Dənizdən 47 il əvvəl yazılan məktub tapıldı FOTO

47 il sonra İsveç adasında tapılan şüşə məktubun sirri açılıb.

arrow Ətraflı
Avstriyada üçgünlük matəm elan olunacaq like
  • 11 İyn 19:51  
Dünya Avstriyada üçgünlük matəm elan olunacaq

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışm

arrow Ətraflı
Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi  100 min itirdi like
  • 11 İyn 19:24  
Kriminal Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi 100 min itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlin

arrow Ətraflı
Ofeliya Şabanova ərinin xəyanətinə görə üzr istədi like
  • 11 İyn 19:10  
Şou-biznes Ofeliya Şabanova ərinin xəyanətinə görə üzr istədi

Müğənni Ofeliya Şabanova "Rəngarəng" verilişinə gələrək efi

arrow Ətraflı
Şans bu bürclərin kölgəsidir  Doğuşdan uğurlu olan 3 bürc like
  • 11 İyn 18:54  
Digərləri Şans bu bürclərin kölgəsidir Doğuşdan uğurlu olan 3 bürc

Şans deyilən bir sirr varsa, açarı bu üç bürcdə gizlidir...

arrow Ətraflı
400 bal toplayan Əli bu universitetdə oxumaq like
  • 11 İyn 18:41  
Digərləri 400 bal toplayan Əli bu universitetdə oxumaq

Xəbər verdiyimiz kimi, III ixtisas qrupu üzrə 2 nəfər  ən yüksək nəti

arrow Ətraflı
Zaxarova erməni jurnalistə "yerini göstərdi" like
  • 11 İyn 18:12  
Siyasət Zaxarova erməni jurnalistə "yerini göstərdi"

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında n�

arrow Ətraflı
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI like
  • 11 İyn 18:00  
Şou-biznes Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Yasda ehsan verənlər cərimələnə bilər? like
  • 11 İyn 17:50  
Digərləri Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağa

arrow Ətraflı
"ChatGPT"nin yeni modeli istifadəyə verildi  Bu problemləri həll edir like
  • 11 İyn 17:41  
Digərləri "ChatGPT"nin yeni modeli istifadəyə verildi Bu problemləri həll edir

"OpenAI" mürəkkəb məsələlərin həllinə yönəlmiş və xüsusi

arrow Ətraflı
Gecə satışa çıxan "əlimyandı" maşınlar like
  • 11 İyn 17:30  
Digərləri Gecə satışa çıxan "əlimyandı" maşınlar

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə ş�

arrow Ətraflı
Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb  FOTO like
  • 11 İyn 17:26  
Kriminal Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb FOTO

İyunun 10-da Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xal

arrow Ətraflı