“Rembo Mehman” azadlığa buraxıldı
Digərləri 09 Mar 2025 22:32:00 108 0
Özünü "Rembo" ləqəbi ilə tanıdan qazi Mehman Babayev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edərək həbsdən azad edib.
Bu xəbəri də oxu: Rusiyada güclü yanğın oldu
Son.az xəbər verir ki, 55 yaşlı Mehman Babayev taksidə tanış olduğu qadına qarşı dələduzluq etməkdə ittiham olunub.
Belə ki, Mehman Babayev taksi ilə Daşkəsənə gedən zaman taksidə olan Zenfira adlı qadınla tanış olub. Qadın oğlu Elgizin hərbi xidmətdə problemlərinin olduğunu, oğlunu gizirlik kursuna göndərmək istədiyini deyib. Mehman Babayev bu işi həll edə biləcəyini söyləyib.
Razılığa əsasən, Mehman Babayev Zenfira adlı qadının oğlunu gizir kimi hərbi hissələrdən birində işə düzəldəcəkmiş. Buna görə 7 min manat pul alıb. Həmçinin 1000 manat da əlavə olaraq alıb ki, YAŞAT Fondundan sığorta pulunun alınmasına kömək edəcək. Lakin vədlərinə əməl etməyib.
M.Babayev bildirib ki, aldığı pulu tanışı, hərbçi Tofiq Orucova verib. Onun sözlərinə görə, Tofiq Orucov qəfil ürək tutmasından vəfat etdiyi üçün problemlər yaranıb.
Məlumata görə, dələduzluqda ittiham olunan Mehman Babayev istintaq dövründə məhkəmədən yayındığı üçün barəsində həbs qərarı çıxarılaraq axtarışa verilib.
Məhkəmənin yekununda zərərçəkmiş tərəf məbləğin bir hissəsi ödənildiyi üçün M.Babayevdən şikayətçi olmadığını bildirib.
Hökmə əsasən, Mehman Babayev barəsində 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, Mehman Babayev Qarabağ müharibəsi iştirakçısıdır. O, özünü "Rembo" ləqəbi ilə də təqdim edir. (Musavat.com) Son.az
Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti d

Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə amerikalı h

Mərkəzi Aran Reqional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdi

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Tanınmış stomatoloq Kamran Cabbarov infarktdan vəfat edib.

Səhhətimdə problem var idi, insult və infarkt keçirmişdim. Buna görə də

Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə

Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda

Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərl�
