İnsulin tənzimlənməsinin pozulmasına nə səbəb olur?
Digərləri 03 İyn 2025 02:02:00 106 0
Müasir həyat tərzi və qidalanma vərdişlərindəki dəyişikliklər orqanizmdə insulin hormonunun tənzimlənməsində ciddi pozuntulara səbəb olur.
Bu xəbəri də oxu: Hər gün qəhvə içən xanımların diqqətinə Sağlam qocalmanın sirri
Son.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu hal şəkərli diabetin, ürək-damar xəstəliklərinin və piylənmənin əsas səbəblərindən biridir.
İnsulin mədəaltı vəz tərəfindən ifraz olunan və qanda şəkərin səviyyəsini nizamlamaqda əsas rol oynayan bir hormondur. Lakin bu hormonun düzgün tənzimlənməməsi bir çox sağlamlıq probleminin başlanğıcı ola bilər.
Əsas səbəblər bunlardır:
Qeyri-sağlam qidalanma: Karbohidrat və şəkər miqdarı yüksək olan qidaların tez-tez qəbulu.
Piylənmə: Xüsusilə qarın bölgəsində toplanan piylər insulinə qarşı müqavimətin artmasına səbəb olur.
Fiziki aktivliyin azlığı: Hərəkətsizlik insulin həssaslığını azaldır.
Stress və yuxusuzluq: Xroniki stress və az yuxu hormon balansına mənfi təsir göstərir.
Genetik meyllilik: Ailəsində şəkərli diabet olan şəxslər daha yüksək risk altındadır.
Endokrinoloq Dr. Aytac Əliyeva bildirir ki, insanlar çox zaman insulin pozğunluğunun əlamətlərini ciddiyə almırlar. Halbuki bu hal vaxtında aşkarlanarsa, düzgün həyat tərzi və qidalanma ilə nəzarət altına almaq mümkündür.
Bəs hansı əlamətləri var?
Sürətli aclıq hissi, arıqlamaq çətinliyi, xroniki yorğunluq, dəri problemləri (xüsusilə qaralma), yuxu pozuntuları ilkin proqnoz kimi demək olar.
Mütəxəssislər erkən diaqnoz və profilaktik tədbirlərin insulin tənzimlənməsində mühüm rol oynadığını vurğulayır. Əhalinin məlumatlandırılması isə bu istiqamətdə əsas prioritetlərdən biri olmalıdır.
Asya Son.az
Dünya şöhrətli müğənni Rihanna kameraların obyektivinə yaxalanıb.

Əməkdar artist İlkin Əhmədovun üçüncü övladı dünyaya gəlib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Aktrisa Ülviyyə Xəlinbəyova ayrıldığı həyat yoldaşı Murad İsmayılla

Yaxın günlərdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səf

II ordu korpusunun sabiq komandiri, general-leytenant Mayis Bərxudarova ağır

"Qəza olubsa, maşını kənara çəkib sığorta əməkdaşını, yol pol

Abşeron rayonunda məktəblilər digər bir məktəbliyə xəsarət yetiriblər

Mingəçevirdə KIA markalı avtomobillə vurulan piyadalar - 2008-ci il təvəl

Müğənni Vəfa Şərifova övladlarının atası Famil və onun birinci xanım

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar

Hamamda və ya mətbəx çanağında görünən kiçik, tüklü milçəklər evd

İyunun 3-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə &qu

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayı
