İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Siyasət 02 İyn 2025 11:08:00 103 0
Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Prezident bu yolların təmirinə 1,5 milyon manat ayırdı
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
2 İyun - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji tərəfdaşı olan İtaliya ilə münasibətlərin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. Siyasi əlaqələrimizin intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu bunun üçün yaxşı zəmin yaradır.
Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.
Enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir. Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.
Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir.
Mən ölkələrimiz arasında artan siyasi dialoqu yüksək qiymətləndirirəm. Bu gün biz qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-İtaliya əlaqələrini daha da dərinləşdirmək əzmindəyik.
Əminəm ki, ölkələrimiz arasında dostluğun və çoxölçülü strateji tərəfdaşlığın möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".
Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Çinin şimal bölgələri son onilliklərin ən güclü küləklərinin təsiri

Yayın gəlişi ilə avtomobil bazarında hər il müəyyən dinamika müşahid�

Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz öl

Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir, iqtisadiyyatımız inkişa

Antalyada iki qız bir gənc qızı döyüb üzr istətdirib, görüntüləri so

Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və h�

Tayvanda daxili reys zamanı təyyarənin mühərrikini örtən panel havada qop

Çinin mərkəzi Hubei əyalətində maraqlı və təhlükəli hadisə baş veri

Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllim

Tele-aparıcı Zaur Nəbioğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Rusiya artıq məhv edilmiş və ya zədələnmiş strateji bombardmançı və r

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
