58 mindən çox XI sinif şagirdinin buraxılış imtahanı keçirilib
Digərləri 09 Mar 2025 15:06:00 109 0
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bu xəbəri də oxu: Bir ailəyə düşən sosial yardımın orta məbləği nə qədər olub?
DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.
İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.
Martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
Amerika prezidenti Donald Tramp Avropadan üz döndərməklə Moskvaya "də

Türkiyə zəifləyən Avropa İttifaqı (Aİ) üçün imtina olunmaz tərəfda�

Xankəndi şəhərində yaradılan Zəfər muzeyi bu ilin iyul ayına qədər ha

Bu gün artıq Ramazanın 9-cu günüdür. Ramazanda iftarla yanaşı ən çox d

Uroloq Prof. Dr. Bülent Akduman ailəsində prostat xərçəngi olan 40 yaşdan

Azərbaytcanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Xalq artisti Mehriban Zəki anasını dərin sevgi və ehtiramla yad edib.

2025-ci ilin mart ayında Yer kürəsində müxtəlif intensivlikdə maqnit qas�

Martın 10-da Cəlilabad şəhərinin 11 küçəsinin qaz təchizatında fasilə

Azerbaycan Fələstində uşaqlar üçün orta məktəb inşa etməyi öhdəsin�

1947-ci ilin iyun ayında Hollandiya bayrağı altında üzən kargo gəmisi &qu

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Xəbər verdiyimiz kimi, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzr

Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yax
