Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq


Digərləri 30 May 2025 17:21:00 96 0

Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq

"BakuBus" MMC-nin yalnız qadınlar üçün nəzərdə tutulmuş sürücü vakansiyası ictimaiyyətdə maraqla qarşılanıb. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 manat səviyyəsində müəyyən olunub. Lakin sosial şəbəkələrdə əksəriyyət qadınların bu sahədə uğur qazana bilməyəcəyini iddia edirlər. Hətta bəzi hallarda taksi sifarişi zamanı sürücünün qadın olduğunu öyrəndikdə gedişi ləğv edən şəxslərin olduğu bildirilir.

Ekspertlər qadınlarla bağlı bu təklifi necə qiymətləndirirlər?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bütün sahələrdə gender bərabərliyinin qorunması istiqamətində addımlar atılır: "Qadın sürücülərin nəqliyyat sektorunda iştirakı alqışlanmalıdır. Dünyanın müxtəlif ölkələrində belə təcrübə var. Düzdür, qadın sürücülər daha çox tramvayları idarə edirlər, çünki bu, avtobuslarla müqayisədə daha asandır. Azərbaycanda qadın sürücülərin sayı son 10-15 ildə artmağa başlayıb. Ona görə də əksəriyyət düşünür ki, onlar "təhlükəli sürücüdürlər". Bu yanaşma yanlışdır. Əvvəl Bakıda özəl şirkətlərdən biri qadın sürücülərlə bağlı elan versə də, müraciət edən olmadı. Mümkündür ki, indiki cəhdin də sonu belə olsun. Çünki bu peşə qadınlar üçün maraqlı deyil və ağır sahədir".

Ekspert bildirib ki, gün ərzində xüsusilə, Bakı yollarında sükan arxasında olmaq psixogen bir vəziyyətdir: "Sərnişinlərlə ünsiyyət də qaydasında deyil. Əmək şəraiti çox çətindir - "BakuBus" sürücüləri işə saat 06:00-dan tez gəlməlidir. Qadın bu işi bacara bilsə də, ağır tələblərə görə maraq göstərməyəcəklər".

Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, heç bir şirkətin əsas məqsədi yalnız qadın sürücüləri işə cəlb etmək və ya onların sayını artırmaq olmamalıdır: "Hazırda Azərbaycanda avtomobili peşəkar şəkildə idarə edən, yol hərəkəti qaydalarını yaxşı bilən qadın sürücülər mövcuddur. Xanımlar, adətən, piyadalara və digər nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı yanaşır, zolaq dəyişmələri zamanı diqqətli davranırlar. Lakin iritutumlu nəqliyyat vasitələrinin, xüsusilə də avtobusların idarə olunması sahəsində fəaliyyət göstərən qadın sürücülərin sayı çox azdır. Bu say o qədər də yüksək deyil ki, "BakuBus" onları işə dəvət etsin. Şirkətin strategiyasının konkret nə olduğu aydın görünmür. "Bakubus" keyfiyyətli, etik davranış qaydalarına əməl edən sürücüləri prosesə cəlb etməlidir".

Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, qadınlar bu sahədə uğurla fəaliyyət göstərə bilərlər: "Lakin etiraf etməliyik ki, ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında gərgin situasiyalar tez-tez baş verir. Əsas məsələ emosional dayanıqlılıq, stresə davamlılıq və konfliktlərlə mübarizə aparmaq bacarığıdır. Bu yanaşma təkcə qadınlara deyil, nəqliyyat sahəsində işləmək istəyən istənilən şəxsə aiddir. İşə götürülərkən psixoloji vəziyyətin qiymətləndirilməsi mütləqdir. Bu məqsədlə psixoloji testlər, müsahibələr və stres altında davranış modellərinin təhlili çox effektiv nəticə verə bilər".

Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyən edilib like
  • 30 May 17:17  
Siyasət Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyən edilib

Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları v�

arrow Ətraflı
Özcan Dənizlə qardaşı arasında qalmaqal: "Arvadımı narahat etsən..." like
  • 30 May 17:00  
Şou-biznes Özcan Dənizlə qardaşı arasında qalmaqal: "Arvadımı narahat etsən..."

Türkiyənin məşhur sənətçisi Özcan Deniz ailədaxili qalmaqalla yenidən

arrow Ətraflı
Təyyarədə zarafatlaşan 3 nəfər saxlanıldı  Axtarış başladı like
  • 30 May 16:52  
Digərləri Təyyarədə zarafatlaşan 3 nəfər saxlanıldı Axtarış başladı

Ankaranın Esenboğa hava limanında Diyarbəkirə uçmağa hazırlaşan sərni�

arrow Ətraflı
Prezident İlham Əliyev Fərman imzaladı like
  • 30 May 16:50  
Siyasət Prezident İlham Əliyev Fərman imzaladı

Azərbaycanda istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmay

arrow Ətraflı
Estoniya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib like
  • 30 May 16:47  
Siyasət Estoniya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib

Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının P

arrow Ətraflı
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI like
  • 30 May 16:45  
Digərləri Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına

arrow Ətraflı
“Kamera Musiqisi Axşamı” adlı konsert baş tutub like
  • 30 May 16:25  
Kriminal “Kamera Musiqisi Axşamı” adlı konsert baş tutub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Opera və Balet Teatri  Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib  FOTO like
  • 30 May 15:50  
Kriminal Opera və Balet Teatri Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqrami təqdim edib FOTO

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Oper

arrow Ətraflı
Bu müəllimlərə ŞAD XƏBƏR  Maaşlarında artımlar olacaq like
  • 30 May 15:25  
Digərləri Bu müəllimlərə ŞAD XƏBƏR Maaşlarında artımlar olacaq

Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə sert

arrow Ətraflı
Kanadada fövqəladə vəziyyət elan edildi like
  • 30 May 15:16  
Dünya Kanadada fövqəladə vəziyyət elan edildi

Kanadada meşə yanğınları davam edir.

arrow Ətraflı
Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu like
  • 30 May 15:08  
Digərləri Nəzrinin ölümündə təqsirləndirilən həkimin məhkəməsinin vaxtı məlum oldu

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

arrow Ətraflı