Tayvan üçün xəbərdarlıq: Çin ordusu yeni tanklarla silahlanır
Dünya 28 May 2025 18:15:00 113 0
Çin ZTL-19 tipli yeni nəsil amfibiya döyüş maşınlarının - "təkərli tank" və ya "təkərli BMP" kimi tanınan texnikaların - kütləvi istehsalına başlayıb.
Bu xəbəri də oxu: İsrail Qəzzadan çıxır? HAMAS və ABŞ razılığa gəldi
Son.az xəbər verir ki, "Defense Express" analitikləri bu addımı Çinin Tayvana mümkün hərbi müdaxiləyə hazırlığı ilə əlaqələndirirlər. Ölkə daxilində bu texnikaların dəmir yolu ilə hərəkət etdiyinə dair görüntülər yayılıb. Ekspertlərin fikrincə, bu texnikalar Çin Xalq Azadlıq Ordusunun bölmələrinə təhvil verilən ilk seriyalı nümunələrdir.
ZTL-19 - Yeni nəsil manevr qabiliyyətli zirehli texnika
Yeni ZTL-19 modeli, əvvəlki ZTL-11-in modernləşdirilmiş versiyasıdır. Maşın 105 mm-lik topla təchiz olunub və həm adi mərmilərlə, həm də idarə olunan raketlərlə atəş aça bilir. Əlavə olaraq 12,7 mm-lik pulemyot və əsas top ilə qoşa 7,62 mm-lik pulemyotla silahlandırılıb.
Yayımlanan görüntülərdə ZTL-19-un müasir atəşə nəzarət sistemi, lazer şüalanmasına qarşı xəbərdarlıq mexanizmi, tüstü pərdəsi yaratma qurğuları və su maneələrini keçmək üçün pervanelərlə təchiz olunduğu əks olunur. Tankın gövdəsi əvvəlki modelə nisbətən daha uzundur. Avtomatik doldurma sistemi və gücləndirilmiş zirehli müdafiə ilə təchiz edildiyi bildirilir.
Çin mənbələri maşının 14,7 mm-lik silah atəşinə qarşı davamlı olduğunu iddia edir, hətta 30 mm-lik mərmilərə qarşı da müəyyən dayanıqlığa malik olduğu qeyd olunur. Lakin bu iddialar bəzi hərbi ekspertlər tərəfindən şübhə ilə qarşılanır.
Tayvana mümkün hücum üçün siqnallar
ZTL-19-un döyüş çəkisinin az olması onun hava nəqliyyatı ilə daşınmasını asanlaşdırır. Ekspertlər bildirirlər ki, iki belə maşın eyni anda bir hərbi-nəqliyyat təyyarəsində yerləşdirilə bilər. Bu, logistik imkanları və sürətli yerləşdirməni əhəmiyyətli dərəcədə gücləndirir.
Təhlilçilər bu cür texnikaların hazırlanmasını və yayılmasını Çinin Tayvana qarşı hərbi planlarının bir hissəsi kimi qiymətləndirirlər. Çin Xalq Azadlıq Ordusu qısa zamanda desant əməliyyatlarına başlamaq potensialına sahibdir. Son illər Çin ordusunun gücləndirilmiş hərbi təlimləri və liman yaxınlığında intensiv manevrləri bu ehtimalları daha da artırır.
"Financial Times" nəşrinə danışan Tayvanın hərbi rəsmiləri bildiriblər ki, Çin ordusunun Hərbi-Hava Qüvvələri və raket bölmələri yüksək döyüş hazırlığı vəziyyətindədir. Hazırda Çin ordusunun fəaliyyəti desant bölmələrinin fasiləsiz təlimlərini və hava hücumu potensialının artırılmasını əhatə edir.
Kənan Son.az
Bu gün füsunkar məkanda, Laçında üç ölkənin bayraqları dalğalanır. B

Şəxsi gigiyena vasitələrinin seçimi zamanı ən çox verilən suallardan bi

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıç

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əl

"Əhalinin işğaldan azad edilmiş ərazilərə sevə-sevə qayıtmasını

Bu önəmli gündə Azərbaycanın tanınmış şairi Səməd Vurğunun misralar

Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin biziml

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respubl

Bəzən beynəlxalq siyasətdə hansısa jest, ilk baxışda xoşməramlı hər�

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Paki

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ild�

Fransa parlamenti evtanaziyaya (sağalmaz xəstəlikdən əziyyət çəkən insa
