“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” Alim Qasımov
Şou-biznes 25 May 2025 18:36:00 72 0
"Sergey Paracanov Bakıda "Aşıq Qərib" filmini çəkəndə hələ Birinci Qarabağ müharibəsi başlamamışdı. Müharibənin iyi gəlirdi. Bir-birimizi tapdıq, Cavanşir Quliyev də filmin bəstəkarı idi. Paracanov istəyirdi ki, mən bu filmdə muğam ifa edim, amma Cavanşir Quliyev istəmirdi. O, filmdə aşıq musiqisindən istifadə etməyin zəruri olduğunu deyirdi. Bu film daha sonralar Parisdə 1-ci yerə çıxdı. Biz o vaxt Parisə konsertə getmişdik, gördük ki, filmin afişası divarlardan asılıb"
Bu xəbəri də oxu: Ayaz Salayev: "Röya nə deyirsə, mənə xoşdur"
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib. O daha sonra əlavə edib:
"Mən oteldə Paracanovun yanında idim. Ona kimsə zəng etdi. Mən də axı eşidirəm. Deyirdi ki, niyə Alim Qasımovu çəkib, Azərbaycan musiqisini təbliğ edirsən? O da dedi ki, mənim işimə yarıyır, ona görə çəkirəm. Ona ermənilər mane olmaq istəyirdilər. Sənəti siyasətə qatmaq olmaz. Musiqinin dili yoxdur. Siyasət bir vaxt gələcək ki, sular durulacaq, amma sənət yüksəkdə qalacaq. Amma buna baxmayaraq mənim heç vaxt erməni dostum olmayıb. Bir dəfə də eyni hadisə Fransada bizim başımıza gəldi. Təşkilatçıya demişdilər ki, sən nə tapmısan bu Alimdə, onu tez-tez konsert vermək üçün bura gətirirsən? Belə hadisələr başımıza o qədər gəlib ki. Hava limanında başımıza oyun açıblar, qavalımızı buraxmayıblar. Belə hadisələri danışsam bir nağıl olar. Allahın göylərə qaldırdığını heç kim zirvədən aşağı ata bilməz" deyə sənətkar bildirib.
Rusiyanın Xalq artisti Filipp Kirkorovun 13 yaşlı qızı Alla-Viktoriya sosia

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

Bu gün - 25 may Ümumdünya Qalxanabənzər Vəzi Günüdür.

Qərbi Azərbaycan İcması (QAİ) Erməni Apostol Kilsəsinin Qafqaz Müsəlman

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən b

Qars şəhərində həyata keçirilən unikal tibbi əməliyyat zamanı bir xəs

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mər

Elxan Şahinoğlu: Azərbaycanın Ukraynaya dəstəyi beynəlxalq nüfuzunun gö

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları �

ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hes

Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokoll

"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq
