"İstəyən varsa, 10 min dollara onu da Kanna apararam"
Şou-biznes 24 May 2025 16:45:00 59 0
Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirak etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: "O şəkilləri cırdım və mikrofonu da çıxartdım"
Son.az bildirir ki, texnobloger Fərid Pərdəşünas isə bu mövzuda qalmaqallı və sərt açıqlaması ilə diqqət çəkib.
O qeyd edib ki, Röya Ayxanın aldığı "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatının Kann Film Festivalına heç bir aidiyyəti yoxdur:
"Bu mükafat sadəcə həmin tarixdə və eyni məkanda keçirilən bir kənar tədbirə aiddir. Tədbirin isə yalnız kiçik bir Instagram səhifəsi var. Rəsmi saytlarını belə tapa bilmədim."
Fərid Pərdəşünas əlavə edir ki, Kannın qırmızı xalçasına çıxmaq heç də əlçatmaz bir proses deyil:
"Mən 2018-ci ildən bəri o xalçada az qala salto vurmadığım qalıb. Hələ mən Kannın digər yaradıcılıq tədbirinə rəsmi media olaraq dəvət alıram. Akkreditasiyalarla daxil oluram. Kim istəyirsə, gələn il 10,000 dollara onu da apararam".
Onun fikrincə, Röya Ayxan və Anar Ağakişiyevin qırmızı xalçaya çıxması şəxsi təşəbbüsdür, şəxsi əlaqələr və şəxsi PR addımıdır. "İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırtmaq doğru deyil.
Faktiki olaraq uğur - orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür. İstəyən olsa, gələn il 10 min dollara göndərə bilərəm.
Uğura gəlincə, mən düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən "NRJ Music Awards"da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil.
Məncə, daha yaxşı danışılmalı olan məsələ bu il ilk dəfə Kann Film Festivalında bir Azərbaycan mediasının (Filmaç) Hacı Səfərov timsalında təmsil olunmasıdır". /Musavat.com
Ebru Gündeşə bənzədilən müğənni: “Sıfır estetiklliyəm”

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

Oktyabrın 30 - dan noyabrın 2-dək Bakıdünyarəqsmədəniyyətinin mərkəzi

Müğənni Rəqsanə İsmayılova metroda özünü videoya çəkdirib.

Müğənni Damla stadionda keçirilən konsertdə mahnılarını ifa edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzasında həya

"Kurtlar Vadisi" serialındakı Çakır obrazı ilə könülləri fət

Dəb gecələrinin birində maraqlı görüntülər qeydə alınıb.

Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı

Rusiyada miqrantlara birdən çox telefon nömrəsi işlətmək qadağan edilə

Üç gün ərzində Konqres MərkəzindəkeçiriləntədbirAzərbaycanın və d�
