Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub”


Siyasət 23 May 2025 10:20:00 47 0

Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub”

"Bu il mayın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə dair bir çox mühüm məsələlər müzakirə olunub. Dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında qeyd edib ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir".

Bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, cənab Prezident tarixi köklərə malik olmalarını ölkələrimizin oxşar cəhətlərindən biri kimi vurğulayıb. "Məlumdur ki, Macarıstan və Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri bütün Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məhz buna görə də iki ölkənin rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyət daşıyır. Diqqətəlayiq haldır ki, Macarıstanın Baş naziri öz bəyanatında son 20 il ərzində ölkələrinin istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətlərdə üzləşdiyi hər hansı çətinlik zamanı hər zaman cənab Prezident İlham Əliyevin onların yanında olduğunu xüsusi vurğulamışdır. Baş nazir Azərbaycanın Macarıstanla hər zaman dost olduğunu, bu gün isə artıq bütün Avropa üçün strateji tərəfdaş ölkəyə çevrildiyini qeyd edib".      

K.Qafarov Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsini də mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirib:

"Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsi də mühüm siyasi anlam kəsb edən bir hadisədir. Məlumdur ki, Macarıstan TDT-nın tamhüquqlu üzvü deyil və yalnız müşahidəçi ölkə statusuna malikdir. Bununla belə,  ölkə bu gün Təşkilatın Zirvə toplantısına ev sahibliyi edir. Bu faktın özü bir daha Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən biri olması ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin obyektivliyini təsdiq edir. Dövlət başçımızın bəyanatında qeyd olunduğu kimi,  Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətin bir məsələdir. Çünki bir çox qaydalar və oturuşmuş prinsiplər mövcuddur. Avropa İttifaqının vahid xarici siyasət xətti də gözlənilməsi mütləq şəkildə tələb olunan prinsiplərdən biridir. Bütün bunlara baxmayaraq, Macarıstanın dövlət siyasətində məhz milli maraqların üstün tutulması təqdirəlayiq haldır. Azərbaycan və Macarıstanın uzun illər ərzində apardıqları uğurlu siyasət bu gün enerji sahəsində əməkdaşlıq üçün də  əlverişli şərait yaradıb. Hazırda Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, bu yanacağı digər Avropa ölkələrinə tranzit edən ölkə kimi də  tanınır. Azərbaycan isə özünün zəngin neft-qaz resursları sayəsində hələ bundan sonra da ən azı yüz il ərzində Avropa üçün bu sahədə etibarlı tərəfdaş olaraq qalacaq".

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq like
  • 23 May 10:19  
Digərləri Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

İyun 2025-ci ilə qədər olan dövrdə bürclər arasında həyatını dəyiş

arrow Ətraflı
Bu rayonunun bir hissəsində qaz olmayacaq like
  • 23 May 10:10  
Digərləri Bu rayonunun bir hissəsində qaz olmayacaq

Ordubad rayonunun bir hissəsində qaz olmayacaq.

arrow Ətraflı
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT  Oğul atasını süfrə arxasında öldürdü like
  • 23 May 10:07  
Digərləri Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT Oğul atasını süfrə arxasında öldürdü

Xaçmaz rayonunda atası Hacıkərim Nəmətovu öldürməkdə təqsirli bilinə

arrow Ətraflı
Bakıda salınacaq bulvar ərazisindən GÖRÜNTÜLƏR like
  • 23 May 09:50  
Digərləri Bakıda salınacaq bulvar ərazisindən GÖRÜNTÜLƏR

Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli ş�

arrow Ətraflı
11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU like
  • 23 May 09:41  
Digərləri 11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Azərbaycanda beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı, iri narkoti

arrow Ətraflı
Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı like
  • 23 May 08:57  
Digərləri Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı

Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəb�

arrow Ətraflı
Bu ixtisaslarda keçid balı qalxacaq  AÇIQLAMA like
  • 23 May 08:48  
Digərləri Bu ixtisaslarda keçid balı qalxacaq AÇIQLAMA

"Bu il ali məktəblərə keçid balı artıla bilər". 

arrow Ətraflı
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” like
  • 23 May 08:25  
Digərləri “12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar”

Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşl

arrow Ətraflı
Talıb yeni doğulan qızı ilə like
  • 23 May 08:13  
Şou-biznes Talıb yeni doğulan qızı ilə

Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale ata olub.

arrow Ətraflı
Bakı metrosunda veyp xəbərdarlığı like
  • 23 May 08:08  
Digərləri Bakı metrosunda veyp xəbərdarlığı

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlan�

arrow Ətraflı
Zaminin maaşından borc nə qədər tutula bilər?  AÇIQLAMA like
  • 23 May 07:35  
Digərləri Zaminin maaşından borc nə qədər tutula bilər? AÇIQLAMA

Bir çoxumuz bəzən heç düşünmədən dost-tanışımıza zaminlik edirik. K

arrow Ətraflı
Röya Ayxan qırmızı xalıda like
  • 23 May 06:35  
Şou-biznes Röya Ayxan qırmızı xalıda

Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxıb.

arrow Ətraflı