Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ: Dönərxananın fəaliyyəti məhdudlaşdırıldı YENİLƏNİB
Digərləri 22 May 2025 15:30:00 72 0
15:30
Bu xəbəri də oxu: Məşhur serialda yataq səhnəsi qalmaqal yaratdı
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Son.az xəbər verir ki, yeddi nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus "Kassap dönər" adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb./oxu.az
13:18
Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddinəfər yerləşdirilib.
Son.az report.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: "Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb".
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli "fastfood2 qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən də açıqlama verilib. Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən "Kassap dönər" adlı iaşə obyektində qeydə alınıb.
"Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - o qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m

Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyala

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə

Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.

Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capi

STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" seria

İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində oğurlan
