Ədalət 845 gün sonra yerini tapdı


Siyasət 21 May 2025 12:45:00 68 0

Ədalət 845 gün sonra yerini tapdı

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti göstərdi ki, onun üçün ədalət boş söz yox, konkret nəticə deməkdir. Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktına görə məsul olan şəxsin bu gün edam edilməsi bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının hüququ və təhlükəsizliyi harada olur-olsun, dövlət tərəfindən qorunur və heç bir haqsızlıq cavabsız qalmır.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum baş verib. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin əməkdaşı Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb. Yasin Hüseynzədə adlı şəxs səfirliyin binasına silahla daxil olub və birbaşa atəş açmağa başlayıb. Hücumun görüntüləri yayılıb və bu görüntülər onun planlı şəkildə, məqsədyönlü şəkildə səfirliyə hücum etdiyini açıq şəkildə göstərib.

Azərbaycan tərəfi bu hadisəyə dərhal sərt reaksiya verib. Rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətini dayandıraraq əməkdaşlarını geri çağırıb. Prezident İlham Əliyev hücumu qətiyyətlə pisləyib və bu hadisənin arxasında təşkilatlanmış niyyətin olduğunu vurğulayıb. Bakı məsələni "şəxsi motiv" kimi təqdim etmək cəhdlərini rədd edib və İrandan şəffaf, obyektiv istintaq, cinayətkarın ciddi şəkildə cəzalandırılmasını tələb edib.

İranda Azərbaycan səfirliyinə qarşı terror törətmiş cinayətkarla bağlı məhkəmə qərarının icra edilməsi, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ədalətin bərpa olunması naminə sərgilədiyi qətiyyətli mövqeyin birbaşa nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti göstərdi ki, onun üçün ədalət boş söz yox, konkret nəticə deməkdir. 

Uzun müddət İran tərəfi bu hadisəyə qarşı passiv mövqe sərgiləyib. Lakin Azərbaycan tərəfinin apardığı davamlı beynəlxalq təzyiqlər və hüquqi əsaslandırılmış diplomatik fəaliyyət nəticəsində məsələ gündəmdə saxlanılıb. Nəhayət, İranın Ali Məhkəməsi bu ilin əvvəlində Yasin Hüseynzədəyə çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb və bu gün - 2025-ci il mayın 21-də səhər saat 08:00-da hökm icra olunub. Edam xəbəri İranın rəsmi məhkəmə orqanları tərəfindən təsdiqlənib.

Azərbaycan dövləti vətəndaşına qarşı törədilmiş zorakılığı cavabsız qoymayıb və beynəlxalq hüquq çərçivəsində ədalətin bərpa olunmasına nail olub. Bu, həm də Azərbaycanın güclənən dövlətçilik ənənələrinin və xarici siyasətdə sərgilədiyi prinsipial mövqeyin bariz nümunəsidir. Hücumu törədən şəxsin edamı təkcə cinayətə verilmiş cəza deyil, həm də Azərbaycan dövlətinin əzmini göstərən tarixi nəticədir.

Bu hadisə Azərbaycan dövlətinin vətəndaşının hüquqlarının müdafiəsində heç vaxt geri çəkilmədiyini və harada olur-olsun, onun hüququnun bərpası üçün sonadək mübarizə apardığını göstərir. Dövlətimizin bu məsələdə göstərdiyi prinsipiallıq və qətiyyətlə bütün dünyaya açıq mesaj verdi ki, Azərbaycan vətəndaşı heç vaxt tək deyil!.

Qeyd edək ki, hazırda Azərbaycan və İran arasında münasibətlərdə normallaşma mərhələsi yaşanır. Səfirlik hücumundan sonra yaranmış gərginlik aradan qaldırılıb, tərəflər arasında diplomatik dialoq bərpa olunub. Qarşılıqlı səfərlər, iqtisadi əməkdaşlıqlar və sərhəd bölgələrində birgə layihələr bu münasibətlərin yenidən qurulduğunu deməyə əsas verir.

İslam Son.az

Kuba Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb like
  • 21 May 12:40  
Siyasət Kuba Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respubli

arrow Ətraflı
Bakıda şadlıq sarayında toy zamanı yanğın like
  • 21 May 12:24  
Digərləri Bakıda şadlıq sarayında toy zamanı yanğın

Bakının Sabunçu rayonunda yerləşən "Louvre Palace" şadlıq sara

arrow Ətraflı
Sabah 29 dərəcə isti olacaq like
  • 21 May 12:15  
Digərləri Sabah 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən

arrow Ətraflı
Çin peykində yeni növ bakteriya aşkarlandı  FOTO like
  • 21 May 12:00  
Dünya Çin peykində yeni növ bakteriya aşkarlandı FOTO

Çin kosmik stansiyasında yeni bakteriya növü aşkarlanıb.

arrow Ətraflı
“BakuBus”da ata qızını döydü like
  • 21 May 11:55  
Digərləri “BakuBus”da ata qızını döydü

"BakuBus"a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə

arrow Ətraflı
Pakistanda məktəb avtobusu partladıldı  Ölənlər var like
  • 21 May 11:52  
Dünya Pakistanda məktəb avtobusu partladıldı Ölənlər var

Pakistanda məktəb avtobusuna kamikadze hücumu olub.

arrow Ətraflı
Rusiyada əcnəbilər üçün YENİ QAYDA  Bu tarixdən giriş çətinləşəcək like
  • 21 May 11:30  
Digərləri Rusiyada əcnəbilər üçün YENİ QAYDA Bu tarixdən giriş çətinləşəcək

Dövlət Duması plenar iclasında Moskva və Moskva vilayətində miqrantların

arrow Ətraflı
“OBA”nın “Qonşum Qazansın” lotereyasının qalibləri müəyyənləşib  VİDEO like
  • 21 May 11:30  
Digərləri “OBA”nın “Qonşum Qazansın” lotereyasının qalibləri müəyyənləşib VİDEO

"OBA" marketlər şəbəkəsinin 1 mart - 30 aprel tarixlərini əhat�

arrow Ətraflı
Bu peraparatın ölkəyə idxalı qadağan edilir?  RƏSMİ like
  • 21 May 11:20  
Digərləri Bu peraparatın ölkəyə idxalı qadağan edilir? RƏSMİ

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə

arrow Ətraflı