DTX əməliyyat keçirdi Saxlanılan şəxslər ölkəyə gətirildi


Digərləri 19 May 2025 13:01:00 61 0

DTX əməliyyat keçirdi  Saxlanılan şəxslər ölkəyə gətirildi

Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq ölkəyə gətiriliblər.

Son.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir.

Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir. DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir.

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur. Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı like
  • 19 May 13:00  
Digərləri Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi ilə bağ

arrow Ətraflı
Pensiyalarla bağlı MÜHÜM XƏBƏR like
  • 19 May 12:51  
Digərləri Pensiyalarla bağlı MÜHÜM XƏBƏR

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğ

arrow Ətraflı
MAXE olmaq istəyənlərlə görüş keçirilib like
  • 19 May 12:44  
Digərləri MAXE olmaq istəyənlərlə görüş keçirilib

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrind

arrow Ətraflı
Sabah Bakıda 26 dərəcə isti olacaq like
  • 19 May 12:36  
Digərləri Sabah Bakıda 26 dərəcə isti olacaq

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Evinizdəki bu köhnə əşyaları atmayın  İçində qızıl var like
  • 19 May 12:31  
Digərləri Evinizdəki bu köhnə əşyaları atmayın İçində qızıl var

ETH Zürix universitetində çalışan alimlər elektronika tullantılarından q

arrow Ətraflı
Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı like
  • 19 May 12:23  
Digərləri Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Bakıda yerləşən 200 saylı məktəb-lisey kompleksinin direktoru  işində

arrow Ətraflı
Övladını bağçaya qoymaq istəyən valideynlərin nəzərinə like
  • 19 May 12:15  
Digərləri Övladını bağçaya qoymaq istəyən valideynlərin nəzərinə

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi �

arrow Ətraflı
"Bakubus" "Toyota" ilə toqquşdu, maşın aşdı  VİDEO like
  • 19 May 12:10  
Digərləri "Bakubus" "Toyota" ilə toqquşdu, maşın aşdı VİDEO

Bakıda Bakubus avtobusu ilə "Toyota Fielder" toqquşub.

arrow Ətraflı
Türkiyənin səfiri vəfat etdi like
  • 19 May 12:07  
Digərləri Türkiyənin səfiri vəfat etdi

Türkiyənin Maltadakı səfiri Erdeniz Şen vəfat edib.

arrow Ətraflı
Xanımı ilə birgə ölən qazi maşını əks istiqamətdə sürürmüş like
  • 19 May 12:04  
Digərləri Xanımı ilə birgə ölən qazi maşını əks istiqamətdə sürürmüş

Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif

arrow Ətraflı
Saxta qızıllar satılır  DİQQƏTLİ olun  AÇIQLAMA like
  • 19 May 12:00  
Digərləri Saxta qızıllar satılır DİQQƏTLİ olun AÇIQLAMA

Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər ni

arrow Ətraflı
Atatürkün nadir görüntüləri yayıldı  İlk dəfədir like
  • 19 May 11:50  
Dünya Atatürkün nadir görüntüləri yayıldı İlk dəfədir

Atatürkün studiyada çəkilmiş nadir görüntüləri ilk dəfə yayımlanıb

arrow Ətraflı
Qazaxıstanda təyyarə təcili eniş etdi  Ekipaj itkin düşdü like
  • 19 May 11:48  
Dünya Qazaxıstanda təyyarə təcili eniş etdi Ekipaj itkin düşdü

Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə "An-2"

arrow Ətraflı
DYPdən XƏBƏRDARLIQ like
  • 19 May 11:40  
Digərləri DYPdən XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı xəbərdarl�

arrow Ətraflı
Bakıda sərxoş sərnişin aləmi biribirinə qatdı like
  • 19 May 11:25  
Digərləri Bakıda sərxoş sərnişin aləmi biribirinə qatdı

Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.

arrow Ətraflı