Digərləri
2023-01-08 17:31:00
Xankəndində ermənilər qaçaq rusiyalı milyarder Ruben Vardanyanın girovluğundan qurtulmaq üçün hər cür çıxış yolu axtarırlar.
2023-01-08 16:20:00
Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Heç bir xarici müdaxilə olmadığı təqdirdə, doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı doğulmalıdır. Hazırda isə ölkəmizdə doğulan hər 100 qız uşağına 116 oğlan düşür. BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 çox olacaq.
2023-01-08 15:41:00
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 9 yeni xidməti avtomobil təqdim edilib.
2023-01-08 15:30:00
Yaxın gələcəkdə Rusiya Federasiyasında hərbi xidmətə çağırışın yeni dalğası elan oluna bilər.
2023-01-08 15:19:00
Ötən il Böyük Britaniyada 1,61 mln. ədəd yeni avtomobil qeydiyyatdan keçib.
2023-01-08 14:56:00
E-poçt xidmətləri tərəfindən görülən bütün ehtiyat tədbirlərinə baxmayaraq, e-poçt hesablarının sındırılması istifadəçilər üçün tez-tez baş verən bir hadisədir.
2023-01-08 14:44:00
Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
2023-01-08 14:26:00
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında nümayişlər keçirilir.
2023-01-08 14:20:00
Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.
2023-01-08 13:56:00
"Microsoft"-un "Windows 7" və "Windows 8" əməliyyat sistemi 2020-ci ilin yanvarında dayandırılmışdı. O vaxtdan bəri əməliyyat sistemləri yalnız təhlükəsizlik yeniləmələrini alırdı.
2023-01-08 13:32:00
Gümrü şəhərində polislər elan edilən anti-Rusiya aksiyasından əvvəl Rusiyanın bu şəhərdə yerləşən 102-ci hərbi bazasına girişləri bağlayıb.
2023-01-08 13:08:00
XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu Omikron alt variantı kimi təhlükə yaradır və tərkibindəki mutasiyalar sayəsində sürətlə yayılaraq hüceyrələrə yapışmağa və çoxalmağa imkan verir.
2023-01-08 13:00:00
Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.
2023-01-08 12:56:00
İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.
2023-01-08 11:56:00
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan xalqına təşəkkür edib.
2023-01-08 11:08:00
Sosial şəbəkə fenomeni Geabriella Ellis paylaşımı ilə diqqət çəkib.
2023-01-08 10:50:00
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 28-ci gündür ki, davam edir.
2023-01-08 10:26:00
Yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.
2023-01-08 10:10:00
Şəmkirdə eyni vaxtda iki yanğın hadisəsi baş verib.
2023-01-08 09:45:00
Bu qadının nə etmək istədiyini nə sürücülər anlaya bilir, nə polis, nə də izləyicilər...
2023-01-08 09:36:00
Yevlaxda keçmiş polis əməkdaşı öldürülüb.
2023-01-08 09:18:00
Sosial şəbəkədə yayılan görüntülər maraqla qarşılanıb.
2023-01-08 09:09:00
Türkiyədə qəribə olay yaşanıb.
2023-01-08 09:08:00
Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.
2023-01-08 08:59:00
1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti paltarları çıxartmaq, alnına yaş əski qoymaq, tempratur 38 dərəcə C-dən artıq olarsa, qızdırmasalıcı dərmanlar vermək lazımdır. Qızdırmanı aşağı salmaq mümkün olmadıqda həkimə müraciət etmək lazımdır, çünki qızdırma hər hansı bir xəstəliyin əlaməti ola bilər. 2. Mədə-bağırsaq pozğunluqları zamanı qarında ağrı, qusma və ishal baş verir. Bu zaman xəstəni ailə üzvlərindən tədric eləmək və anus ətrafını yaxşı yumaq lazımdır. Bir-neçə gün pəhriz və bitki müalicələri ilə əlamətlər aradan qalxmasa, mütləq həkimə müraciət etmək lazımdır. 3. Zəhərlənmə zamanı həkim gələnə qədər təcili xəstəni qusdurmaq lazımdır. Xəstənin dilinin qaidəsinə basmaqla, xəstənin süni surətdə qusdurulması müalicənin yarısı deməkdir. 4. Qıcolma zamanı həkiməqədər xəstəyə yardım etmək vacibdir. Bu zaman xəstəni düz yerə uzadıb, üzünü yana çevirmək lazımdır. Xəstəni əynindəki sıxıcı paltarlardan azad eləmək, pəncərələri açmaq, ətrafdakı adamları xəstədən kənarlaşdırmaq lazımdır. 5. Burun qanaxması zamanı xəstəni sakit uzadıb, aınına soyuq suda isladılmış dəsmal qoymaq lazımdır. Qanaxma güclü olarsa burun dəliklərinə tampon qoymaq və mütləq həkimə müracirət etmək lazımdır. Çünki burun qanaxmaları həyat üçün təhlükəli sayıla bilir. Burun qanaxmalarına qanyaradıcı orqanların xəstəlikləri zamanı, yüksək arterial təzyiq olduqda, burunun selikli qişalarının genişlənməsi və yaralanmalara səbəb ola bilir. 6. Yanıqlar zamanı ilk yardım yanığı törədən səbəbi aradan qaldırmaqdır. Bədənə yapışmış paltarları çıxarmaq və ya yanmış hissəni cəld cırıb çıxarmaq lazımdır. Yanıqlar zamanı dəriyə əllə toxunmaq olmaz. Kimyəvi yanıqları bol su ilə yumaq, mütləq həkimə müraciət etmək lazımdır. Bütün yanıqlar zamanı xəstəyə bol su içirmək lazımdır. 7. Qusma bir çox xəstəliklərin əlaməti ola bilər. Bu xəstəliklərə mədə xorası, kəllədaxili təzyiq, qastrit, öd kisəsi xəstəlikləri, miqren, zəhərlənmə və s. aiddir. Qusma zamanı xəstənin başını tutaraq qusmasına yardım etmək, sonra isə onu yatağa uzatmaq lazımdır. Xəstənin paltarının yaxasını açmaq, alnına soyuq suda islanmış əski qoymaq lazımdır. Qusmanın ardı-arası kəsilmirsə və səbəbi aydın deyilsə mütləq həkimə müraciət etmək lazımdır.
2023-01-08 08:55:00
1. Ayaq göbələyi. Ayaqdakı göbələklərdən xilas olmaq üçün ayağınızı vanna edəcək suya antiseptik ağızyaxalayıcısı tökün və bu prosesi bir neçə seans təkrarlayın. Bu zaman ayağınızdakı göbələk xəstəliyi tamamilə sağalacaq. 2. Bərkiyib əyilmiş barmaqlar. Bu kalsium defisiti, artrit və s. zamanı yarana bilir. Ayaq barmaqlarınızın əyildiyini hiss edirsinizsə o zaman barmaqlarınızı gimnastika edin. Mütəmadi ayaq barmaqlarının isti vanna və gimnastika edilməsi barmaqlarda baş verən deformasiyanın qarşısını alır. 3. Mazollar. Mazol olan hissəyə tünd dezedorant sürtüb selofonla bükmək mazolun yumuşalıb əriməsinə səbəb olur. 4. Ayaq sümüklərində ağrı. Qırmızı acı bibər blenderdə üyüdülür və vazilenə qatılır. Qarışım ayağa sürtülür və yanğı hissi başlayandan bir müddət sonra silinir. Qarışım ayaqda iltihab səbəbli əmələ gələn ağrıların aradan qalxmasına səbəb olur. 5. Döyənək. Alma sirkəsinə rəndələnmiş soğan əlavə edilib döyənəklərin üstünə qoyulub salafana bükülür və corab geyinilir .Bu proses döyənək yumşalıb qopana kimi təkrarlanır. 6. Podaqra. Podaqranın əmələ gəlməməsi üçün qida rasionunuzdan şəkəri çıxarın. Əgər hər səhər yarım çay qaşığı sodanı bir stəkan suya qatıb içsəniz, bu sizin orqanizminizin turşu balansını normallaşdıracaq və podaqranın inkişafını ləngidəcək. 7. Barmaqların arasında mikoz. Sarımsaq soyulub təmizlənir. Uzununa doğrandıqdan sonra barmaqların arasına qoyulur. Bu barmaqların arasında olan göbələk xəstəliyinin əlamətlərini aradan qaldıracaq və sağalma prosesindən sonra ayalardakı iy aradan qalxacaq. 8. Zədə. Ayaqlardakı zədələnmə səbəbli baş verən ağrıları aradan qaldırmaq üçün ağrıyan nahiyəyə mentol sürtmək lazımdır. Zədələnmə dərin olduqda isə mütləq həkimə müraciət etmək lazımdır. 9. Qalınlaşmış dəri. Ayaqlarda olan qalınlaşmış dərini aradan götürmək üçün 2 litr siya 6 xörək qaşığı hidrogen peroksid töküb ayaqları vanna etmək lazımdır. Bu zaman həmin hissə yumşalır və qalın dəri asanlıqla təmizlənir.
2023-01-08 08:51:00
1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına düşüb buynuz qişanı zədələyə bilər. Buna görə də çalışıb ondan tez xilas olmaq lazımdır. Yad cisim adi qum və ya kül dənəciyi ola bilir və insanda narahatçılıq hissi yaradır. Gözə yad cisim düşdükdə ovuşdurmaq olmaz, çünki buynuz qişa zədələnə bilər. Gözdən yad cismi cıxarmaq üçün aşağı və ya yuxarı göz qapağını qabağa doğru dartır, suda islanmış təmiz yaylığın ucu ilə çıxardırlar. Əgər bu da kömək eləmirsə, dərin qaba su töküb gözü suyun içində bir-neçə dəfə açıb yumaq lazımdır. 2. Gün vurması zamanı xəstədə baş ağrıları, ürəkbulanma, qarında ağrılar və huşun itməsi baş verir. İlk yardım məqsədilə xəstəni sərin yerdə uzatmaq və təmiz havaya çıxarmaq, onu soyundurub nəm mələfəyə bükmək, başına buz və ya soyuq kompres qoymaq, buzlu içkilər vermək lazımdır. 3. Günəş yanıqları əmələ gəlməsin deyə dəriyə badam, qoz və ya şit yağ sürtmək lazımdır. Xalq arasında günəş yanıqları zamanı dəriyə xiyar suyu və ya qatıq sürtülür. 4. İldırım vurması zamanı xəstəyə təcili süni tənəffüs vermək və naşatır spirti iylətmək lazımdır. Xəstə təcili həkimə çatdırılmalıdır. 5. Qida zəhərlənmələri zamanı xəstəni təcili qusdurmaq lazımdır. Mütləq həkimə müraciət etmək lazımdır. 6. Oynaqların gərilməsi zamanı oynaqlarda ağrı, şişkinlik, hərəkətin çətinləşməsi baş verir. Gərginlik hiss olunan yerə sarğı qoyulub həkimə müraciət etmək lazımdır. 7. Sınıq və çıxıq şübhəsi olduqda həmin hissədə siddətli ağrılar olur və xəstə həmin nahiyyəni hərəkət etdirə bilmir. Bu zaman sınıq şübhəsi olan hissəni tərpənməz hala gətirib, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır. 8. Ürək -damar xəstəliklərinin əlamətləri təngnəfəslik, taxikardiya, sifətin göyərməsi, soyuq tər və sairədir. Bu zaman xəstəyə sakitlik vermək lazımdır. Onu yatağa uzatmalı başının altını isə hündür etmək lazımdır. Xəstənin üzünə və döşünə soyuq su çiləyir, pışikotu dəmləməsi və ya korvolol vermək olar. Xəstəni vəziyyətdən çıxardıqdan sonra mütləq həkimə müraciət edilməlidir.
2023-01-08 08:46:00
Epididimit xaya artımının iltihabi prosesi olub, angina, qrip, pnevmoniya və başqa xəstəliklər zamanı hematogen yolla infeksiyanın xaya artımına keçməsi nəticəsində baş verir. Infeksiya xaya artımına toxumçıxarıcı axar vasitəsilə onun antiperistaltik hərəkətləri sayəsində, sidik kanalının iltihabi prosesi zamanı , həmçinin kateterin sidik kanalında uzun müddət qalması zamanı baş verir. Klinikası: Epididemit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı meydana çıxır. Bədən hərarəti 38-40 dərəcəyə yüksəlir. Iltihabi proses və ödem xaya qişaları və xayalığa yayılır, xaya şişir, dərisi dartınır, hamarlaşır, hiperemiyalaşır və xaya qişalarının suluğu baş verir. Ağrılar qasıq nahiyəsinə, bəzən belə, büzdümə ötürülür. Hərəkət zamanı güclənir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında müalicə aparıldıqda 2-3 gün sonra ağrı və ödem azalır, bədən hərarəti normallaşır. 3-4 həftəyə kəskin epididemit tamam sorulur və iltihabın zədələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irinliklər birləşib xaya artımının absesini meydana çıxara bilir. Müalicəsi: İlk növbədə xəstəyə yataq rejmi təyin olunmalıdır. Pəhrizdə kəskin və qıcıqlandırıcı qidalardan imtina olunur, çoxlu maye qəbul olunur. Xəstə suspenzoriydən istifadə etməlidir, xaya nahiyəsinə buz kisəciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün geniş spektrli antibiotiklərdən istifadə edilir , yaxud ximiopreparatlardan , ftorxinolonlardan istifadə olunur. Kəskin iltihabi proses sakitləşdikdən sonra isti-xayaya qızdırıcı kompres, diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kömək edir. Xaya artımında abses baş verdikdə onu cərrahi yolla işləmək lazım gəlir.
2023-01-08 08:41:00
1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgər arxadan qabağa doğru və oradan da qasıq nahiyyəyə vurursa, bu daşın böyrəkdən sidik axarına düşdüyü zaman baş verir. Əgər xəstənin sidiyində qan görünürsə, bu diaqnozu təsdiqləyir. Bu zaman xəstəyə ediləcək ilk tibbi yardım onu isti yatağa uzatmaqdan ibarətdir. Belə vəziyyətlərdə xəstənin ağrıyan nahiyyəsinə isitqac qoyulur, xəstəyə ağrıkəsici dərman verilir. Sancı tutmaları zamanı xəstəyə bol maye içirtməkdə və isti vannaya oturtmaqda fayda var. Həkimə mütləq müraciət edilməlidir. 2. Öskürək bronxlarda, ağciyərlərdə və yuxarı tənəffüs uzvlərinin xəstəliklərində meydana çıxır. Quru, xırıltılı və yaş ola bilir. Öskürək uşaqlarda göyöskürək və qızılca zamanı da təzahür edə bildiyinə görə, mütləq həkimə müraciət etmək lazımdır. Xəstəyə ev şəraitində yardım məqsədi ilə isidici və tərlədici tədbirlərdən istifadə etmək olar. 3. Öd kisəsinin ağrıları xolisistit və öd kisəsinin daşı zamanı baş verir. Bu zaman xəstə qəfildən sağ qabırğaaltı nahiyyədə sancı hiss edir, ağrı sağ kürəyə də təsir göstərir və qusma ilə müşayiət olunur. Öd sancıları adətən yağlı, qızardılmış və xəmir xörəklərindən sonra tutur. Həkiməqədər ilk yardın xəstəni sakit yerdə uzatmaqdır. Xəstəyə spazmolitikdən başqa ayrı dərman vermək olmaz. 4. Appendisit korbağırsağın iltihabi xəstəliyidir. Sancılar baş verən zaman xəstəyə isitqac qoymaq və yemək verək olmaz. Xəstə təcili xəstəxanaya çatdırılmalıdır. 5. İlan sancması zamanı xəstənin ilan sancan yerdən yuxarı hissəsini bərk sıxmaq lazımdır. Bağı 1 saatdan sonra açıb yenidən bağlamaq lazımdır. Çalışıb xəstəni bir saat müddətində xəstəxanaya çatdırmaq lazımdır. 6. Arı sancması zamanı çalışıb steril iynə vasitəsilə arının neştərini çıxarmaq lazımdır. Arı sancan yerə durulaşdırılmış spirtdə isladılan əski qoymaq lazımdır. 7. Əqrəb sancması qorxulu hal hesab edilir. Çünki bu zaman xəstədə boğulmalar əmələ gəlir, xəstənin temperaturu yüksəlir, ümumi zəiflik əlamətləri müşayiət olunur, xəstə titrəyir. Həkiməqədər ilk tibbi yardım əqrəb sancan yeri qızdırılmış bıçaqla dağlamaqdır.
2023-01-08 08:35:00
Prostat vəzin xoşxassəli hiperplazioyası prostatın qeyri - şiş mənşəli böyüməsi olub sidik ifrazının qıcıqlanması ilə müşayət olunur. Əvvəlki dövrlərdə işlədilən adenoma sözü son illərdə hiperplaziya ilə əvəz olunub. Xəstəlik ən çox 50 yaşdan yuxarı kişilərdə müşayət olunur. 60 yaşdan yuxarı kişilərdə 50%, 70 yaşdan sonra isə 90% kişilərdə xəstəliyin əlamətləri tapılır. Hiperplaziya əsasən sidik kisəsinin boynunda, sidik axarının ətraf toxumalarında baş verir. Prostat vəzdə birəşdirici toxuma mənşəli düyünlər əmələ gəlir ki, bu düyünlər sidik kisəsini qıcıqlandırır. Xəstəlik sidik ifrazı zamanı ləngimənin olması, tez-tez, qırıq-qırıq sidiyə getmə, sidik şırnağının azalması əlamətləri ilə özünü göstərir. Sidik ifrarının tezləşməsi, miqdarının azalması və sidik ifrazına çağırış kimi siqnallar xəstəliyin əsas əlamətlərindən biridir. Xəstəlik vaxtında və düzgün müalicə olunmazsa ağaırlaşmalara səbəb olur. Prostat vəzin hiperplaziyasının ağırlaşması sidik kisəsinin dolu olub sidiyə çıxa bilməməkdir. Kisədə yığılıb qalan sidik ya qeyri-ixtiyari damcılayır, ya da sidik kisəsində qalıb infeksiyalaşır. İnfeksiyalaşmış sidik böyrəklər üçün əsil təhlükə mənbəyidir. Diaqnozu: Xəstənin anamnezinə əsaslanaraq, rektal müayinənin və USM-in nəticələrinə əsaslanaraq qoyulur. Müalicəsi: Müalicəsində hiperplaziyanı aradan qaldıran bitki və dərman vasitələrindən istifadə olunur. Xəstəlik müalicəyə tabe olmazsa cərrahi müdaxilə edilir.
2023-01-08 08:31:00
Bayılma düşüncənin qəfildən pozulması ilə xarakterizə olunan simptomdur.O beyin toxumasında qidalanmanın kəskin surətdə pozulması səbəbinən baş verir. Beyin damarlarının qısamüddətli spazmı və ya ürək yığılmalarının kəskin surətdə zəifləməsi bayılmaya səbəb ola bilir. Bu yığılmalara aiddir: - ürəyin blokadası - ekstrasistoliyadan sonra olan kompressator pauza. Beyin damarlarının qısamüddətli spazmına səbəb olan müxtəlif amillər (mənfi emosiyalar ,ağrı), bəzi farmokoloji preparatların (qanqiloblakatorların) həddindən artq qəbulu, bir sıra reseptor zonaların (sinokarotid zona, vestibulyar aparat) kəskin surətdə qıcıqlanması bayılmaya səbəb ola bilir. Bəzən insan həddindən artıq fiziki gərginliyə məruz qaldıqda da bayılma vəziyyətinə düşə bilir. Bayılma adətən bir neçə dəqiqədən artıq davam etmir. Bu dövrdə xəstədə aşağıdakılar baş verir: - xəstənin ümumi vəziyyəti pisləşir - narahatlıq hissi yaranır - damar tonusu azalır - əzələ tonusu azalır - xəstənin huşu itir. Bayılma baş verməzdən əvvəl xəstədə ümumi zəiflik, baş ağrıları, öyümə, ürək nahiyyəsində xoşagəlməz hissiyyat müşahidə edilir. Bunun ardınca xəstənin gözləri qaralır, qulaqlarda küy yaranır. Bu dövrdə xəstədə vegetativ damar pozğunluqları müşahidə edilir, dərinin və selikli qişaların rəngi avazıyır, arterial təzyiq aşağı düşür. Bir neçə saniyədən sonra xəstə huşunu itirir və yıxılır. Bayılma zamanı xəstənin huşunun bərpa edilməsi prosesin ağırlığından asılı olaraq bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər dəyişir.