Digərləri
2023-02-12 08:15:00
Pornoqrafiyaya baxmağın nəticələri müsbət olmasa da insanların əksəriyyəti bundan vaz keçə bilmirlər. İnsan bədəninin və seksual əlaqələrin nümayişi əksər insanı özünə cəlb edir və təsadüfən də olsa ekrana gözü sataşan adam gözünü kənara çevirməkdə çətinlik çəkir. Bəzən də pornoqrafiyaya baxmaq bir vərdiş olur və əks cinslər arasında olan əlaqələrin pis formalaşmasına səbəb olur. Bəs bu vərdişdən necə xilas olmaq olar? 1 Özünüzə cavabdeh olmağa çalışın Pornoqrafiyaya baxmaq istədiyiniz diski ortadan qaldırın. Əgər bunu etməyə əliniz gəlmirsə o zaman yaxınlarınızdan diski aradan qaldırmağı xahiş edin. Bu sizin işinizi yüngülləşdirəcək. 2 Dolabınızda olan parnoqrafik şəkilləri və jurnalları ortadan qaldırıb atın. 3 Kompyuterinizə və mobil əşylarınıza anti-poro proqramlar yükləyin . Bu pornoqrafiyadan uzaq durmağın ən yaxşı üsuludur. Bunun bir-neçə variantı var * Qustodio proqramı istənilən kompyuterə və mobil əşyaya yüklənə bilir. Bu proqramın yüklənməi isə pulsuzdur. * Windows proqramı üçün Microsoft Family Safeti belə yükləmələrdən biridir. * Norton Family Online proqramı da kompyuterə pulsuz yüklənir və 30 gün müddətində öz funksiyasını pulsuz yerinə yetirir. Bu Windows,Android və Ios mobil operatorlastına asanləqla yüklənir. * Covenant Eyes kompaniyası iaə ayda 10 dollara kompyuter və mobil operatorları parnoqrafik saytlardan qoruyur. Bunlardan əlavə siz pornoqrafiyaya baxmaqdan özünüzdən asılı olan müxtəlif vasitələrlə də xilas ola bilərsiniz. * Kompyuter və mobil alətlərdən istifadə etməyin və ya modeminizi WiFi-yə qoşmayın. * Özünüzə müxtəlif iş və ya əyləncə tapın. - Hər gün idmanla məşğul olun. Bu sizin endorfininizi artırar və özünüzü yaxşı hiss edərsiniz. - İstirahətə çıxın və vaxtınızı daha çox açıq havada keçirin. - Özünüzə hobbi tapın və vaxtınızı ona sərf edin. * Psixoloqlardan və ya tibbi ekspertlərdən məsləhət alın. Bu üsul pornoqrafiyaya baxmaqdan uzaqlaşmaq üçün ən yaxşı vasitə hesab edilir və əksər hallarda öz yaxşı nəticəsini göstərir. Yuxarıdakılara əməl etsəniz siz bu vərdişdən əl çəkə biləcəksiniz. * Sizin pornoqrafiyaya baxmağa həvəsiniz olmayacaq. * Pornoqrafiyaya baxmağı boş və mənasız hesab edəcəksiniz. * Sizin cinsi əlaqdə olduğunuz adamla münasibtiniz dəyişəcək. * Siz pornoqrafiyaya baxmaqdansa sekslə məşğul olmağı üstün tutacaqsınız. Pornoqrafiyadan əl çəkməyin ən yaxşı vasitələrindən biri də romantik sekslə məşğul olmaqdır.
2023-02-12 08:11:00
Qaraciyərin funksiyası orqanizmdəki toksinləri filtir edib orqanizmdən xaric etməkdir. Bizim orqanizmimiz hər gün çoxlu miqdarda toksinlər qəbul edir. Bu səbədən də qaraciyər fasiləsiz işlyir. Müasir zamanımızda qızardılmış qidalar, qatqı maddələri əlavə edilmiş qidalar, havadakı toksinlər, qəbul etdiyimiz dərmanlar qaraciyərimizdən filtirasiya edilir. Bu isə zaman keçdikcə qaraciyərin fəaliyytinə mənfi təsir edir və qaraciyərin filtirasiya qabiliyyəti aşağı düşür.
2023-02-12 08:05:00
Qalxanabənzər vəzi hormon ifraz edir və bu hormonlar orqanizmdə bir növ " batareya" rolunu oynayır. Qalxnabənzər vəzin hormonu beyinə, ürəyə, əzələlərə, qaraciyərə və maddələr mübadiləsinə birbaşa təsir edir. Qalxanabənzər vəzin hormonunun çatışmazlığı isə adları çəkilən bütün orqanların funksiyasına mənfi təsir edir. Hopotrioz hətta uşaqlıqda düyünlərin əmələ gəlməsinə səbəb ola bilir. Qalxanabənzər vəzi hormonunun çatışmazlığı aşağıdakı əlamətlərlə özünü göstərir: * halsızlıq və fiziki gücün olmaması * metobolizmin zəifləməsi * çəkinin artması və ya azalması * xroniki yorğunluq * qəbizlik və ya tez-tez baş verən ishal * üşümə * ətraflarda şişkinlik * saçlarda quruluq * cinsi həvəsin azalması * depressiya Aşağıdakı şirədən hər gün içməklə siz qalxanabənzər vəzin funksiyasını yaxşılaşdıra bilərsiniz. Bu da sizi orqanizminizdə əmələ gələ biləcək patologiyalardan qoruyar. Şirə aşağıdakı qaydada hazırlanır: * 1 stəkan turş zoğalın şirəsi * 7 stəkan su * ½ çay qaşığı darçın * ¼ qaşıq zəncəfil * ¼ çay qaşığı darçın * ¾ fincan təzə sıxılmış portağal suyu * ¼ çay qaşığı üyüdülmüş qoz * ¼ stəkan təzə sıxılmış limon şirəsi Hazırlanma qaydası: 1. Su qaynadılır, üzərinə zoğal şirəsi əlavə edilir. 2. Darçın, zəncəfil, qoz əlavə edilir və 5 dəqiqə sonra su odun üstündən götürülür, qarışdırılır. 3. Limon və portağal şirəsi əlavə edilir. Bu şirəni hər gün içməklə siz aşağıdakılara da əməl etsəniz qalxanabənzər vəzin funksiyasını normallaşdıra bilərsiniz, çünki şirənin qəbulu orqanizminizdə A, D, K2 vitamininin miqdarını artmasına səbəb olur. * qida rasionundan soya yağlarını çixarın * qidanızda selenin miqdarını artırın * qlütein və kazeinin miqdarını azaldın * qanınızda olan yodun miqdarını müayinə etdirin * dəniz məhsulları qəbuılunu artırırn * kakos yağından itifadə edin
2023-02-12 08:01:00
* Döşün üstündə, ətrafında və yan əzələlərində kiçik çökəkliklərin olması * Döşün birindən rəngsiz (süddən fərqli) və ya qanlı axıntının gəlməsi * Döşün ölçüsünün, formasının dəyişilməsi * Süd vəzinin üst hissəsinin ətraf toxumadan seçilməsi * Döşün ucunda qaşınma, ağrı hissinin olması * Döş giləsinin içəriyə doğru dartılması. Mütəxəssislər yuxarıdakı əlamətləri döş xərçənginin əsas əlamətləri kimi qəbul etsələr də xəstəliyin digər fərqli xüsusiyyətlərinin olduğunu da qeyd edirlər. Bu əlamətlər isə döş xərçənginin müayinəsi zamanı meydana çıxır.
2023-02-12 07:51:00
Bir çox analar uşaqlarını duzlu su ilə qarqara eləməyə məcbur edirlər. Bu əksər hallarda boğazda iltihabi proseslər baş verdiyi zaman olur. Duzlu su ilə qarqara etmək boğazda xəstəliyin əlamətlərini azaldır və xəstənin ümumi vəziyyətini yüngülləşdirir.
2023-02-12 07:41:00
Əvəllər qurd xəstəliyinin kasıb ölkələrdə daha çox olması barədə məlumatlar yayılırdı. Buna səbəb isə onların yaşayış, səhiyyə və sanitariya səviyyəsinin aşağı olması göstərilirdi. Son illərin statistikası isə qurd xəstəliyinin inkişaf etmiş ölkələrdə də yayıldığını qeyd edir. Son illərin araşdırmaları isə Yer kürəsi əhalisinin 50%-nin qurd xəstəliklərindən əziyyət çəkdiyini göstərir.
2023-02-12 07:31:00
Dəridəki lipomaya bənzər şişkinliklərdən necə qurtarmağın yolunu bilirdinizmi? Dəridə əmələ gələn piy toxuması (lipoma) dərialtı piy toxumasına yerləşir və estetik görüntünü pozur. Lipomaya əksər insanlarda rast gəlinir və əzələ qatı ilə dəri arasında əmələ gəlir. Bu xoşxassəli şiş xəstəliyi sayılır. Lipoma kiçik ölçüyə malik olur və hərəkətlidir. O yumşaq konsistensioyaya malik, elastik və ağrısız olur. Onlar ləng inkişaf edərək əmələ gəlir və dəyişməz ölçüdə qalır. Lipoma şiş xəstəliyi sayılsa da xərçəng xəstəliyi hesab edilmir. Lipomaya ən çox kürək, əl, bud və sarğı nahiyədə, az hallarda isə bədənin digər nahiyələrində rast gəlinir. Adətən lipoma müalicə tələb etmir, amma, fiziki hərəkətə mane olur. Buna görədə həddindən çox böyüdükdə onun cərrahi yolla xaric edilməsi vacib sayılır. Lipomadan ev şəraitində xilas olmaq üçün onun üstünə təbii yağlardan və bitkilərdən hazırlanmış krem sürtmək lazımdır. Kremin əsas tərkibi kətan yağından ibarət olur. Bu müalicə üsulundan qədim Hindistanda geniş istifadə edilib. Kətan yağının tərkibi Omeqa-3 yağı ilə zəngindir. Omeqa 3 yağında olan amin turşuları dəri altındakı iltihabi prosesləri sağaldır, piy toxumalarındakı hüceyrələrin sıxılmasına bə həll olmasına səbəb olur. Bu yağ hətta ağır metalların, sərbəst radilakkarın da miqdarının azalmasına səbəb olur. Kətan yağının antioksidant, qanda şəkərinvə xolesterinin miqdarını normallaşdərmaq qabiliyyəti vardır. Dərialtı piy toxumaından qurtarmağın bir yolu da onu nassəj etməkdir. Massaj edərkən isə mütləq kətan yağından istifadə etmək lazımdır. Kətan yağı ilə massaj lipomanın balacalanmasına səbəb olur. Kətan yağı lıə qarışıq bitkilərin dəmləməsindən hazırlanmış qarışım isti hada lipomanın üstünə qoyularaq bağladıqda isə lipoma tədricən sorulur və itir.
2023-02-12 07:21:00
Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, aminturşuları və antioksidantlarla zəngindir. Təbii yollarla bəslənmiş toyuq yumurtasının tərkibindəki qiymətli maddələrin dəyəri isə onun tərkibində hormonların və antibiotiklərin olmaması səbəbindədir. İnsan orqanizmin 11 növ əvəzolunmaz yağ turşusu istehsal edir. Bu yağ turşuları orqnizmin funksiyalarının normal fəaliyyət göstərməsi üçün vacib sayılır. Yumurtanın tərkibində bu yağ turşularının 9 -u var. Bu yağ turşuları xroniki yorğunluğu aradan qaldırır, dərinin və saçların sağlamlığını qoruyub saxlayır, immun sistemin möhkələnməsinə səbəb olur. Gün ərzində 1-2 ədəd yumurta yemək immun sistemi möhkələndirir, orqanizmi infeksiya xəstəliklərin yoluxmaqdan qoruyur. Buna səbəb yumurtanın tərkibindəki selen və mikroelementlərin çox olmasıdır. Yumurtanın tərkibindəki aminturşuları orqanimdəki həyəcanı və stressi aradan qaldırır, insanın psixi sağlamlığını qoruyur. Bunun səbəbi yumurtanın tərkibindəkilərin orqanizmdə serotoninin miqdarını artırmasıdır. Serotonon orqanizmə rahatlıq, sakitlik və xoş əhval-ruhiyə bəxş edən hormondur. Yumurta dişlərin və sümüklərin də möhkəmlənməsinə səbəb olur. Buna səbəb də onun tərkibində D vitaminin çox olmasıdır. Yumurta dərinin sağlamlığına təsir edir, görməni yaxşılaşdırır, qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Bu da onun tərkibində B2 və B12 vitaminlərinin çox olmasıdır. Hər gün yumurta yemək insanın sinir sistemini möhkəmləndirir. Hər gün yumurta yemək çəkinin azalmasına səbəb olur. Bəzi dietoloqlar hətta gün ərzində yanlız yumurta yeməklə pəhriz saxlayıb sağlam arıqlamağı məsləhət görürlər.
2023-02-12 07:11:00
Biz hamımız tərəvəzlərin insan orqanizminə lazımlı və vacib olduğunu bilirik. Son illərdə bazarlara geni gəyişdirilmiş tərəvəzlərin də daxil olduöğundan hamımız xəbərdarıq. Geni dəyişdirilmiş qidaların qəbulu insan sağlamlığına son dərəcə zərərlidir Onun Insan geninə mənfi təsir etməsi hamıya məlumdur. Belə qidalar insanın genini korlayır və sağalmayan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Meyvə-tərəvəzlərin geninin dəyişdirilməsi ilə tərəvəz yetişdirən qurumlar məşğul olur. Onların məqsədi qısa müddət ərzində tərəvəzləri yetişdirib satışını təşkil etməkdən ibarəıt olur. Qidaların geninin dəyişdirilməsi Afrika qitəsində aclıqdan əziyyət çəkən ölkələri meyvə-tərəvəzlə təmin etmək üçün nəzərdə tutulub. Sonralar isə bu vasitədən biznesmenlər də istifadə etməyə başlamışlar. Geni dəyişdirilmiş qidaları hansı əlamətlərinı görə tanımaq mümkündür? 1 Bu cür meyvə-tərəvəzlərə həşəratlar qonmur. 2 Belə meyvələrin üstündə çürük olmur. 3 Bu meyvələrin üstündə etiket olur. 4 Onların işarəli kodu olur. Fransa, Almaniya, Lüksemburq, Yunanıstan, Macarıstran və Avstrya ölkələri belə qidaların ölkələrinə daxil olmalarına qadağa qoyub. Mütəxəssislər genetik modifikasiya olunmuş qidaların insan genetikasına təsir etdiyini qeyd edərək, insanları bu qidalardan uzaq durmağa və onlarla qidalanmamağa səsləyir.
2023-02-12 07:01:00
Fol turşusu (vitamin B9) suda həll olan vitaminlərdəndir. Alimlər və həkimlər bu vitaminin orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. B 9 vitamini bağırsaqlarda sintez olunur və orqanizm tərəfindən sorulur. Fol turşusu qanda eritrositlərin, leykositlərin və trombositlərin sintezində fəal iştirak edir, RNT-də aminturşuların sisntezini, yeni hüceyrələrin əmələ gəlməsini, fermentlərin aktivliyini təmin edir. B9 vitamini quru və təzə mayada, malın və toyuğun qara ciyərində, araxisdə, ispanaqda, kərəvizdə, nanədə, moruq yarpaqlarında olur. Apteklərdə satılan fol turşusunun həbləri ən ucuz dərmanlardadır. Amma, onun orqanizmə faydasının misli bərabəri yoxdur. Bu vitamin orqanizmin bütün sistemlərinin funksiyasına müsbət təsir göstrir, heceyrələrin yenilənməsini sürətləndirir, xərçəng hüceyerələrinin əmələ gəlməsinin qarşısını alır. Fol turşusu zehni yorğunluğu aradan qaldırır,mərkəzi sinir sisteminin fəaliyyəini artırır, qanaxma zamanı əmələ gələ bilən patologiyaların aradan qalxmasına səbəb olur. Bu vitamin orqanizmdə yaddaşla əlaqədar problemlərin, qanazlığının, stomatitin, vaxtından əvvəl saçların ağarmasının, miqrenin, insultun baş verməsinin qarşısını alır. Orqanizmin B9 vitamininə olan ehtiyacı ödənmədikdə insanın sağlam həyat tərzinin səviyyəsi aşağı düşür. Mütəxəssislər idmanla məşğul olanların, spirtli içki içənlərin, siqaret çəkənlərin, plyajda qaralmağı sevənlərin, hamiləlik əleyhinə dərman qəbul edənlərin B9 vitamini qəbul etmələrini məsləhət bilir. Orta yaşlı insan gün ərzində 200-500 mq fol turşusu qəbul etməlidir. Normal miqdarda qəbul edilməyən fol turşusu isə fiiki və zehni zəifliyə, strrssə səbəb olur. Saçların zəifləməsi, tökülməsi, parlaqlığını itirməsi, dırnaqların qırılması da orqanizmdə fol turşusunun çatışmazlığı səbəbindən baş verir.
2023-02-12 06:02:00
Qalınlaşmş quru və kobud daban bir çox insanın probleminə çevrilib. Qurumuş və çatlamış daban insanlarda diskomforta səbəb olur. Bu problem bir çox müxtəlif səbəblərdən əmələ gələ bilir. Ayağa rahat oturmayan ayaqqabı, dabanlara qulluğun olmaması, düzgün olmayan qidalanma, kobud ləpiklər, aşağı ətraflara qanın yaxşı işləməməsi daban dərisinin kobudlaşmasına, qurumasına və çatlamasına səbəb olur. Sizlərdə də daban problemləri varsa o zaman bərkimiş nahiyələri yumşaq və incə etmək üçün aşağıdakı təbii vasitələrdən istifadə edə bilərsiniz. Bu vasitə ilə siz ayaqlarınızdakı varikozlardan və mazollardan da xilas ola bilərsiniz. Bunun üçün isə aşağıdakı qarışımı hazırlamaq lazımdır. Qarışımın tərkibi aşağıdakılarda ibarətdir: * 250 ml 70*- li spirt * 10 həb aspirin Hazırlanma qaydası: 1. Aspirinlər toz halına salınana kimi üyüdülür və spirtlə qarışdırılır. 2. Qarışım 1-2 gün sərin yerdə saxlanəılır. 3. Qarışımı pambıq tampona batırılır. 4. Bərkimiş və çatlamış nahiyəyə qarışımdan sürtülür və polietilen paketlə bükülür. 5. Ayaqlara sıx corab geyilir. 6. Prosedur axşam yatmazdan qabaq edilir və ayaqlar səhər yuyulur. Proseduru 10 gün davam etdirmək mümkündür.
2023-02-12 05:31:00
"Arka sokaklar" serialındakı Zeynep obrazı ilə populyarlaşan keçmiş aktrisa Qamze Özçelik də zərərçəkənlərə yardım əlini uzadanlardan olub.
2023-02-12 05:01:00
Üç litirlik şüşə balona təbii yollarla hazırlanmış litr yarım 55%-li araq tökülür. Arağın üzərinə aşağıdakı bitkilər əlavə edilir: - kəklikotu - nanə yarpağı - itburnu - yemişan kökü - aqoniya - şam qozası - qaraqınıq - dazıotu - alıc otu - dəvədabanı Bankanın qapağı örtülür. Adları çəkilən bitkiləri aptekdən quru halda da alıb arağa qatmaq olar. Quru bitkilərin hərəsindən yarım stəkan arağa qatılmalıdır. Banka 2 həftə ərzində soyuq və qaranlıq yerdə saxlanılır, sonra şüşə butulkaya süzülüb soyuducuya qoyulur. Gün ərzində 1 çay qaşığı bundan içmək baş ağrılarını kəsir.
2023-02-12 04:03:00
4 güclü təsirə malik qidanın qarışımının faydası barədə Kerolayn Anderson ilk dəfə bəyanat verib. Çünki, qarışımın yaradıcısı onun özüdür. Qarışım xərçəng xəstəliyinin öldürücülüyünü aradan qaldırır. Qarışımın effektliyi onun qədim hind ənənələri ilə hazırlanmasıdır. Hindinstanın xalq təbabətində bu qarışımdan xərçəng xəstəliyinin müalicəsində istifadə edilib. İşin maraqlı olan tərəfi isə bu qarışımla xərçəng xəstəliyinin əlamətlərinin aradan qalxmasını Hindistan həkimləri də təsdiqləyir və tibbdə istifadə edirlər. Qarışımdan hər gün istifadə edən xərçəng xəstələri isə xəstliyin əmələ gətirdiyi əlamətləri minimuma endirirlər. Lazım olanlar: *1 xörək qaşığı təbii zeytun yağı (yağ soyuducu tempraturunda olmalıdır) * ¼ çay qaşığı üyüdülmüş qara istiot * ½ çay qaşığı zəncəfil * ½ çay qaşığı sarıkök Adları yazılan məhsullar qarışdırılır və qəbul ediən bütün qidaların üstünə tökülür.Qarışımı isit yeməklərin, salatların üstünə tökə və ya sərbəst şəkildə içə bilərsiniz. Qarışımı tək halda aşağıdakı kimi qəbul edə bilərsiniz. Əvvəlcə gündə bir dəfədən başlayaraq, 3-4 dəfəyə qədər qədər, hər dəfə 1 çay qaşığı qəbul etməlisiniz. Bəs reseptin sirri nədədir? Qara istiot sarıkökün bağırsaqlardan asan sorulmasını sürətləndirir. İstiotun tərkibindəki liperin maddəsi sarıkökün bioloji aktivliyini 2000 dəfə atırır. Zəncəfil xərçəng əleyhinə təsir göstərməsi isə tibb elminə çoxdan məlumdur. Bu reseptin əsas komponenti sarıkök hesab edilir. Onun iltihabəleyhinə və antioksidant təsirə malik olması qarışımın təsirini sürətləndirir. Tibbi araşırmalar sarıkökün aşağıdakı xərçəng növləri zamanı faydalı olduğunu təsdiq edir: * mədəaltı vəzi xərçəngi * yumurtalıqların xərçəngi * süd vəzilərinin xərçəngi * qalxanabənzər vəzin xərçəngi Qarışımdan qəbul edən və xərçəng xəstəliyindən əziyyət çəkməyənlər bu qarışımın onların arterial təzyiqini aşağı saldığını, yuxularını normallaşdırdığını söyləmişlər.
2023-02-12 03:31:00
Məşhur müğənni Şakira Türkiyə və Suriyadakı zəlzələdən zərərçəkənlər üçün yardım istəyib.
2023-02-12 03:03:00
Perekisin faydaları haqqında çox sözlər söylənilir. Sizi onun haqqında bilmədiklərinizlərlə məlumatlandırmaq istəyirik. 1. Meyvə-tərəvəzi yaxşı yuduqdan sonra perekis qatılmış suda bir-neçə dəqiqə saxlayın. Bu vasitə ilə siz meyvə-tərəvəzlərin üstündəki bakteriyalardan xilas ola bilərsiniz. Çünki, bir-neçə dəfə yuyulmasına baxmayaraq bəzi bakteriyaları qida məhsullarının üstündən xaric etmək mümkün olmur. 2. Qulaqların təmizlənməsi bəzən ağrılı olur. Bir-neçə damcı perekisi qulağa damdırmaqla siz təmizlənməni asanlaşdıra bilərsiniz. Bunun üçün qulağınıza 2-3 damcı perekis damızdırın. Perekis oradakı bakteriyaları, kirləri qabardır və siz rahatca qulaqlarınızı təmizləyə bilərsiniz. Bu proses sizin qulaqlarınızda olan göbələk xəstəliyindən də xilas olmağınıza səbəb olacaq. 3. Dırnaqlarınızdakı solğunluqları aradan qaldırmaq istəyirsinizsə o zaman perekis vannası edin. Bu sizin dırnaqlarınızın parıltısını özünə qaytaracaq və dırnaqlarınız təravətli görünəcək. 4. Saçlarınızın rəngini açmaq istəyirsinizsə o zaman bahalı salonlara müraciət etmək lazım deyil. Siz bunun üçün 3%-li perekisdən istifadə edə bilərsiniz. 5. Xalçanizin üstünə qırmızı şərab tökülübsə o zaman perekislə maye sabunu eyni miqdarda qarışdırıb ləkənin üstünə yayın. Bir-neçə dəqiqədən sonra isti su və dəsmalla yuduqda ləkə tamamilə yox olacaq. 6. Piltənin üstündəki ləkəni təmizləmək mümkün olmadıqda perekislə un qarışığından hazırlanan pastanı ləkənin üstünə axşam yapışdırın və səhər sərt dəsmalla silib təmizləyin. 7. Dişlərinizin ağarmasını istəyirsinizsə o zaman perekisi ağzınıza alıb saxlayın, amma udmayın. Bir-neçə dəqiqə ağzınızda qalan perekis dişlərinizi ağardacaq. 8. Diş ağrıları zamanı perekisi eyni miqdarda su ilə qarışdırın ağrayan dişin üstünə qoyun. Bu ağrı hissinin azalmasın səbəb olacaq. 9. Dərinizdə olan yaraların tez sağalmasını istəyirsinizsə, o zaman yaranı perekislə yuyun. 10. Üzünüzdəki makiyajı təmizləmk üçün bahalı təmizləyicilərə pul xərcləyinsə üzünüzü 3 %-li perekislə silıb təmizləyin.
2023-02-12 02:31:00
Bəzi insanlar var ki, ürəklərindən keçənləri üstüörtülü formada ifadə etməyi adət halına gətiriblər. Xüsusilə də, onlar sevmədikləri insanlara sətiraltı söz atmasalar, dayana bilməzlər. Bu bəzən vəziyyəti dava-dalaş həddinə qədər gətirib çıxarır.
2023-02-12 02:02:00
Kişilər seksi darıxdırıcı olmasından qorxduqları üçün yeni həyəcanlara hər vaxt açıq olurlar. Porno izləmələrinin bir səbəbi də bu darıxdırıcı cinsi həyatdan xilas olmaq və yataq otağına rəng qatmaq. Lakin kişilər heç bir zaman pornoda izlədiklərini birə-bir tətbiq etməzlər, yalnız məsləhət alarlar. Fantaziyalar Kişilər porno izləyərək seks həyatlarını daha azad edirlər. Fantaziya dünyalarını inkişaf etdirmək və dəli xəyallarını bəzəmək üçün porno izləməyi seçirlər. Çılpaq qadınlar Kişilər qadın bədəninə heyran olduqları üçün çılpaq qadın görmək xoşlarına gedir. Kişilərin porno izləmələrindəki bir səbəb də çılpaq qadın görmə sevdası. Çətinlik Kişilərin bir çoxu edəcək daha əhəmiyyətli işləri olmadığı üçün porno izləyir. Öyrənmək üçün Qadınları cinsi mənada təsir etmək və cinsəllik cəhətdən müvəffəqiyyətli olmaq üçün bir çox kişi porno izləməyi seçir. Pornoyu cinsi təhsil olaraq görür. Zövq almağı asan hala gətirmək Kişilərin bir çoxu porno izlərkən mastürbasyon edir. Bu da, onların cinsi olaraq zövq almasını daha asan hala gətirir. Seks həyatlarında daha məhsuldar olmaq üçün pornoya müraciət edirlər.
2023-02-12 01:14:00
Siçan zərgərlik mağazasından almaz boyunbağı oğurlayıb.
2023-02-12 01:01:00
Orta yaşdan yuxarı olanlar və arterial təzyiqdən əziyyt çəkənlər mütləq oxusunlar! Bu şirəni içməklə siz özünüzü bir çox baş və beyin xəstəliklərindən xilas edə bilərsiniz.
2023-02-12 00:31:00
Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopez sevgililər günü ilə bağlı paylaşım edib.
2023-02-12 00:08:00
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.
2023-02-12 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-11 23:55:00
Bir gеcә Mәnsurun әmri ilә İmаm Sаdiqi (ә) аyаqyаlın vә әbаsız оnun hüzurunа gәtirdilәr. Mәnsur qәzәblә Hәzrәtә dеdi: Еy Cәfәr! Bu yаşlı vахtındа utаnmırsаn, hаkimiyyәt üçün çаlışır vә müsәlmаnlаr аrаsındа fitnә yаrаtmаq istәyirsәn? Sоnrа qılıncını qınındаn çıхаrıb İmаmın bоynunu vurmаq istәdikdә, birdәn Pеyğәmbәri (s) qаrşısındа görüb оnu qınınа qоydu. İkinci dәfә bu işi görmәk istәdikdә yеnә Pеyğәmbәri (s) qаrşısındа gördü. Nәhаyәt, üçüncü dәfә Hәzrәti öldürmәk fikrindә оlsа dа bu işdәn dаşındı. Sоnrаlаr о, İmаmı zәhәrli üzümlә şәhid еtdi.
2023-02-11 23:50:00
Kəhanət-cinləri təsxir etməkdir. Bu yolla bəzi qeybi işlərdən agahlıq tapmaq olur. Cinin vasitəsilə oğurlanmış bir malı tapmaq olar.
2023-02-11 23:45:00
İnsan ömrünün üçdə biri yuxuda keçir. Yuxunun keyfiyyətinə isə yatağımız və yastığımız təsir edir. Bəzi adamlar ümumiyyətlə iri, hündür yastıq istəmir, bəziləri isə əksinə bir yastıq yox, 2 yastıqda yatır.
2023-02-11 23:40:00
Biz müasir zamanda İmam Mehdi (ə.f) haqqında məsum imamlardan nəql olunan bir çox hədislər vasitəsi ilə zühur, məhdəviyyət və s. mövzular barədə məlumatlar əldə edirik. İndi isə həmin hədislərdən istifadə edərək bir daha İmam (ə.f) haqqında məlumat əldə etməyə çalışaq: - İmam Mehdinin (ə.f) iki qeyb dövrü olacaq və onlardan biri digərindən daha uzun çəkəcək. İmam Mehdi (ə.f) qeybdə olarkən onun imamətinə yalnız imanı möhkəm və mərifəti kamil olan şəxslər inanacaqlar. - İmam Mehdinin (ə.f) qeybəti dövründə dini qorumaq vacibdir. Buna görə də möminlər çalışmalıdırlar ki, heç bir kəs onları dinlərindən uzaq salmasın. Çünki qeyb zamanı bir çox möminlər əqidələrindən dönəcəklər. İmam Mehdinin (ə.f) qeybə çəkilməsi isə öz istəyi ilə deyil, Allahın istəyinə bağlıdır. Allah-Taala məhz bu qeyb vasitəsilə bəndələrini sınağa çəkir. - O kəslər ki, Allah-Taala onların qəlbini iman nuru ilə doldurmuşdur, məhz onlar qeybət dövründə İmama (ə.f) qarşı olan əqidələrini qoruyub saxlaya biləcəklər. - Gözlənilən imam qiyam etməmişdən əvvəl qeybdə olacaqdır. Bu qeybin səbəblərindən biri də İmamın (ə.f) həyatının təhlükədə olmasıdır. - İmam Mehdinin (ə.f) qeybət dövrlərindən birində bir dəstə insan İmamın (ə.f) ölməsi iddiasında olacaqlar. - İmam Mehdi (ə.f) zühur edərkən boynunda heç bir kəsin beyəti olmayacaqdır. - İmam Mehdinin (ə.f) qeybət dövrlərindən biri digərindən uzun çəkəcəkdir. - Dünyanın sonuna bir gün qalmış olsa da, Allah-Taala o günü elə uzadar ki, İmam Hüseynin (ə) nəslindən olan bir kişi qiyam edib zülm ilə dolmuş dünyanı ədalətlə doldurar. - Gözlənilən Mehdi (ə.f) Əhli-Beytdəndir. O elə bir şəxsdir ki, qeybdə olarkən möminlər onun (ə.f) zühurunu gözləməli və zühurdan sonra əmrinə tabe olmalıdırlar. Allah-Taala Musa peyğəmbərin (ə) işini bir gecədə həll etdiyi kimi, İmam Mehdinin (ə.f) inqilabını da bir gündə həll etməkdə yardımçı olacaqdır. Belə ki Musa peyğəmbər (ə.f) ailəsi üçün od gətirməyə getmişdi və dönərkən ona peyğəmbərlik verilmişdi. Dünyanın sonuna bir gün qalmış olsa da, İmam Mehdi (ə.f) öz missiyasını icra edəcəkdir. - Əhli-Beyt (ə) tərəfdarları üçün ən gözəl iş İmam Mehdinin (ə.f) zühurunu, qiyamını gözləmək, bu inqilab üçün şərait yaratmaq və fərəc üçün dua etməkdir.
2023-02-11 23:30:00
Vitamin baxımından zəngin olan, yol kənarlarında yetişən razyana bitkisi dəmləmə üsulu ilə çay kimi içilir. Bundan başqa yeməklərdə də istifadə edilən bu bitki fərqli müddətdə və iqlimdə yetişir.
2023-02-11 23:20:00
Әhli-sünnə alimlərinin şiələrin səhabələrə olan münasibətlərinə, bəzən səhabələrin tənqid olunmasına irad etmələrinin köklərini araşdırmaq lazımdır. Nə üçün əhli-sünnə məzhəbləri bu qədər kəskin şəkildə səhabələrin arasında fərq qoymadan onları müdafiə edirlər?
2023-02-11 23:15:00
Türkiyəli dietoloq Eda Balçı sarımsağın bəzi xəstələrdə zərərli ola biləcəyini açıqlayıb.
2023-02-11 23:10:00
"Rəcət" lüğətdə "qayıtmaq", dini terminologiyada isə "insanların öldükdən sonra bu dünyaya və qiyamətdən öncə qayıtması" mənasınadır. Bu, imam Zamanın (ə) ümumbəşəri hərəkatı zamanı baş verəcəkdir. Bu müddəanın nə əql ilə ziddiyyəti var, nə də vəhy məntiqi ilə.