Digərləri

Zəlzələdə həlak olan tələbə Gündüz Nəzərzadə dəfn edilib

2023-02-16 11:23:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri dəfn edilib.

Azərbaycan könüllülərinin zəlzələ bölgəsindəki növbəti günü

2023-02-16 11:14:00

Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər.

Emin Əmrullayev nazir müavininin yerinə onu

2023-02-16 11:08:00

Elm və Təhsil nazirliyində növbəti kadr dəyişikliyi olub.

Tələbələrin dəfn ediləcəyi yer məlum oldu

2023-02-16 11:06:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə bu gün dəfn ediləcəklər.

Müstəntiq rüşvətə görə

2023-02-16 10:57:00

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

Fevralın 21də şagird yerdəyişməsinə başlanılır

2023-02-16 10:55:00

Şagird yerdəyişməsinə başlanılır.

Qaliblərə hədiyyələr təqdim edildi

2023-02-16 10:48:00

Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd ToyotaCorolla avtomobili, 10 ədəd MacBookAir və ya 10 ədəd iPhone 14 Prosmartfonu qazanmaq şansı əldə etmişlər. 26 yanvar 2023-cü il tarixindəİctimai Televiziyanın canlı efirində keçirilən lotereya tirajı zamanı 23 ədəd Birbank kartının sahibi qiymətli hədiyyələr qazandı.

Komandoların taktikixüsusi təlimi keçirilir

2023-02-16 10:44:00

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim keçirilir.

Cəbrayılda DSXnin yaşayış binaları istifadəyə verilib FOTO

2023-02-16 10:22:00

Fevralın 15-də Cəbrayılda DSX-nin yaşayış binaları istifadəyə verilib.

Bu boru kəmərinin ötürücülük qabiliyyəti ildə

2023-02-16 09:24:00

İon-Adriatik Boru Kəməri (IAP) layihəsi hələ ki hazırlıq mərhələsindədir.

Bakıda 34 yaşlı qadın itkin düşdü

2023-02-16 09:16:00

Bakıda 34 yaşlı qadın itkin düşüb.

Cüzam

2023-02-16 08:59:00

Cüzam dərinin, selikli qişaların, periferik sinirlərin, daxili orqanların zədələnməsi ilə xarakterizə olan uzun inkubasiya dövrlü və xroniki gedişli infeksion xəstəlikdir. Xəstəliyin törədiciləri hüceyrədaxili, turşuya davamlı, qida mühitində çox ləng artan bakteriyadır. Cüzamın mənbəyi xəstə insan olsa da xəstəliyə yoluxmaq üçün uzunmüddətli , təkrar təmas lazımdır. Xəstəliyə əsasən uşaqlar və kişilər xəstələnirlər. Mikrob dəridə, selikli qişalarda, limfa düyünlərində xarakter dəyişikliklər əmələ gətirir. Dərinin zədələnmələri üzdə - burunda, yanaqlarda, qaşlarda yerləşir. Həmçinin qulaq seyvanları, biləklər, diz və dirsək oynaqlaqrı, sarğılar da zədələnir. Dərin infiltirasiya dəridə,  xüsusilə alnda qırışlar əmələ gətirir. Burunun selikli qişası xoralaşır, burun çəpəri dağılır, periferik sinirlər iltihablaşır, qalınlaşır, ağrıyır. Bu da əzələlərin atrofiyasını verməklə aşağı və yuxarı ətrafları deformasiyaya uğradır. Xəstəlik get-gedə ağırlaşır, qara ciyərə, dalağa, sümük iliyinə yaylır. KLİNİKASI: Cüzamın törədicisi insanın qanında 6 aydan on illə qədər gizli şəkildə yaşaya bilir. Xəstəlik qızdırma, zəiflik, iştahsızlıq, yuxululuq əlamətləri ilə başlayır. Xəstəlik çox ağır və yoluxucu olur. Xəstənin dərisində piqment ləkələr olur və bu ləkələr müxtəlif ölçülərə malik olur, ləkələrin qeyri dəqəq sərhədləri olur. Xəstəlik müddətində ləkələr böyüyür, qalınlaşır, dəridən hündürə qalxır. Sonra qaşüstü qövslər önə çıxır, burun formasını dəyişir, yanaqlar, dodaqlar, çənə paycıqlanır. Xəstə cüzam üçün xarakter olan görkəm - "şir sifəti" alır. Zədələnən dəri dartılır, hamarlaşır, qaşın tükü tökülür, çoxlu piy ifrazı dərini parlaq və nəm edir. DİAQNOZU: Xəstəliyin diaqnozu yara yerindən götürülən materialların mikroskopiyası və seroloji reyaksiyasına əsasən qoyulur. MÜALİCƏSİ: Müalicə etioprop dərmanlarla aparılır. Müalicə 1 ay fasilə verməklə 6 ay davam etdirilir. Müalicənin nəticələri bakterioskopiya və histoloji müayinələrlə müəyyən edilir.

Mədədə köp və qaz əlamətləri

2023-02-16 08:55:00

Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır. Mədədə köp və qazın olması bağırsaqlarda xəstəliklərin olmadığı zamanlarda da meydana gələ bilıir. Bu qəbul edilən qidalarla da əlaqəli ola bilir. İnsanın gün ərzində 10 dəfə qaz çıxarması normal hesab edilir. Mədədə əmələ gələn qazları sadə yollarla da çıxarmaq mümkündür. Mədədə köp və qazın olmasının əlamətləri aşağıdakılardır: * kəskin qarın ağrısı * spazmlar * qarında bir şeyin dolaşması hissi * qarında köp əlamətləri * qarında sancılar. Bəzən kor bağırsaq sancıları, ürək və öd kisəsi xəstəlikləri də mədə köpünə bənzər əlamətlərlə meydana gələ bilir. Müalicə tədbirləri götürməzdən əvvəl mütləq sancıların nə səbəbli meydana çıxdığı həkim tərəfindən araşdırılmalıdır. Mədə və bağırsaqlarda qaz və köpün olması patologiya sayılmasa da bəzi hallarda bu əlamətlərlə birlikdə aşağıdakı əlamətlər də meydana çıxarsa, mütləq həkimə müraciət etmək lazımdır: * uzun zaman baş verən qarın ağrıları * nəcsin rəngində baş verən dəyişikliklər * həddindən artıq arıqlama * şiddətli sinə ağrıları * qalıcı və tez-tez baş verən ürəkbulanmalar. Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: * meyvələr * tərəvəzlər * kəpəkli taxıl məhsulları * lobya və paxlakimilər * qazlı içkilər * sürətli yemək * həzm sistemində pozumalar * xronik bağırsaq xəstəlikləri * sintetik qidalar * rejimsiz qidalanma.

Dünya Bankının prezidenti

2023-02-16 08:55:00

Dünya Bankının (DB) prezidenti David Malpas vəzifəsindən istefa verib.

Qəbizlik nədir?

2023-02-16 08:51:00

Qəbizlik atonik və spastik olmaqla 2 yerə ayrılır. Atonik qəbizlik yoğun bağırsağın əzələ qişasında tonusun azalması və peristaltikanın zəifləməsi nəticəsində əmələ gəir. Spastik qəbizliyin əmələ gəlməsinə isə bağırsaq divarının dairəvi əzələlərinin spazmı nəticəsində yaranır. Bu zaman bağırsaqda ximusun (bağırsaq möhtəviyyatı) hərəkəti pozulur, nəcis bərk konsistensiyalı hissəciklər şəklində olur. Uzun müddət çəkən qəbizlik yoğun bağırsağın qeyri-adi dərəcədə uzun və qalın olması ilə xarakterizə edilir. Bu Girşprunq xəstəliyinin əsas əlamətlərindən biri sayılır. Bundan başqa, yoğun bağırsağın aşağıdakı patologiyaları da qəbizliyə səbəb ola bilir: - bağırsağın innervasiyası - bağırsağın əzələ qişasının zəifləməsi (xüsusən ahıl yaşda) - B1 vitamini çatışmazlığı - astixolin sintezinin pozulması. Bəzən qəbizlik bağırsaqlarda olan qida kütlələrinin və eloktrolitlərin azalması nəticəsində baş verir. Spastik qəbizliyin əmələ gəlməsinə isə azan sinir tonusunun pozulması, psixi gərginlik və intoksikasiyalar (qurğuşun zəhərlənməsi) səbəb olur. Qəbizlik uzun müddət davam etdikdə bağırsaq şirələrinin sekresiyası azalır və həzm sistemi pozulur. Atonik qəbizlik bağırsaqların hddindən artıq genişlənməsinə, nəcis durğunluğuna və nəcis daşlarının əmələ gəlməsinə səbəb ola bilir. Bu zaman bağırsaqlarda çürümə və qıcqırma prosesləri sürətlənir, meteorizm əmələ gəlir.

Manqo xəstəliyi

2023-02-16 08:46:00

Mango - septisemiya, toxuma və orqanlarda spesifik düyünlər, abseslər əmələ gətirən zoonoz mənşəli infeksiyadır. Xəstəliyi Pseudomonas mallei çöpləri törədir. Epidemiologiyası: Xəstəliyin mənbəyi və rezervuarı xəstə at, qatır, eşşək, dəvədir. Atla təmasda olanlar, baytar işçiləri xəstələnirlər. Patogenezi və patoloji anatomiyası: Mangonun törədiciləri dəri və selikli qişaların zədələnmə yerindən daxil olaraq limfa damarlarıqan vasitəsilə toxuma və orqanlara yayılır. Mikrobun düşdüyü yerdə epiteloid hüceyrələr və neytrofil , letkositlərdən ibarət xüsusi qranulomerlər əmələ gəlir. Tezliklə onlar irinləyir və absesə çevrilir. Abses ocaqları bütüb daxili orqanlarda, əzələlərdə, oynaqlarda, sümükdə yerləşdiyindən prosesin gedişi septisemiyanı xatırladır. Klinikası: Mangonun gizli dövrü 1-5 gün, bəzən 2-3 həftə çəkir. Xəstəliyin kəskin və xroniki formaları ayırd edilir. Klinik gedişi ağır olur. Kəskin formada əvvəlcə intoksikasiya - üşütmə, 38,8-39,50 dərəcə temperatur, baş ağrısı, oynaqlarda əzələlərdə ağrı, zəiflik, əzginlik qeyd edilir. Gün ərzində qızdırma dalğavari gedir. Infeksiya qapısında tezliklə qızartı, infiltrat əmələ gəlir, tezliklə qanlı möhtəviyyatı olan suluğa çevrilir. 1-2 gün ərzində suluqlar deşilir, yerində kənarları cırılmış dibi "piyli" yara əmələ gəlir. Ağciyərlərin iltihabı özünü öskürmə, döşdə ağrı, selikli-irinli yaxud irinli bəlğəmin olması ilə özünü göstərir. Dodaq və burunda sianoz ocaqları, töyşümə, akrosianoz inkişaf edir. Xəstəliyin son mərhələsində ishal, irinli artrit, fistullar əmələ gəlir. Qızdırma dövrü ürək tonları karlaşır, taxikardiya, arterial hipertenziya, ağır hallarda kəskin ürək çatışmazlığı inkişaf edir. Əksər hallarda xəstədə qaraciyər və dalaq böyüyür. Periferik qanda neytrofilyoz, leykositoz, EÇS qeyd olunur. Diaqnozu: Diaqnoz bakterioloji, bakterioskopik, seroloji, bioloji metodlarla və dəri-allergik sınaqlarla təsdiq edilir. Meliodioz, taun, təbii çiçək, qara yara, frunkulyoz, karbunkulyoz xəstəlikləri, sifilisin bəzi formaları, limfa düyünlərinin vərəmi, septisemiya ilə differensiyasiya olunmalıdır. Müalicəsi: Xəstələr xüsusi palatalarda yerləşdirilməlidir. Müalicə gedişində sulfanilamidlər və antibiotiklər uzun müddət istifadə olunmalıdır. Sulfanilamidlərlə birlikdə penisillin, streptomisin yaxud mallein yeridilir. Əsas diqqət patogenetik müalicəyə yetirilməlidir.

Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

2023-02-16 08:45:00

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Əli Həsənovun gülünc təkzibinə

2023-02-16 08:28:00

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənova məxsus Təchizatçı ASC-nin Binəqədi rayonu Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşən 1,8 hektara yaxın torpaq sahəsinin 12 milyon manata satıldığı haqda məlumat vermişdik.

Bağırsaqların funksiyasının pozulması

2023-02-16 08:25:00

Bağırsaqlarda həzm prosesinin normal gedişi bir-biri ilə əlaqədar olan 3 prosesdən ibarətdir: - həzm şirəsinin sekresiyası - qida maddələrinin hidrolizi - sorulma. Bunlardan başqa bağırsaqların hərəki, inkretor və ekskretor funksiyaları vardır. Mədədən onikibarmaq bağırsağa gün ərzində 4-6 litrə qədər qida qarışığı (qida maddələri, su, həzm şirələri) keçir. Həmin müddət ərzində buraya 1,5 l-ə qədər öd, 2 l-ə qədər mədəaltı vəz şirəsi və 2 l-ə qədər bağırsaq şirəsi tökülür. Bu maddələrin qarışığına isə ximus deyilir. Mədədən onikibarmaq bağırsağa keçən qida kütlələrinin həzmi mədəaltı vəz şirəsinin, ödün və bağırsaq şirəsinin iştirakı ilə davam edir. Bağırsaq şirəsinin tərkibində olan maddələr və fermentlər həzmin gedişini sürətləndirir. Nazik bağırsaqda isə həzm prosesi zəifləyir. Nazik bağırsaqların aşağı hissəsində qəbul edilən qida maddələri qana və limfa damarlarına keçir. Bəzi patoloji proseslər isə bağırsaqların funksiyasının pozmaqla həzmin getməsinə mane olur. Bağırsaqların sekretor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir: - iltihabi proseslər - duodenit - enterit - kolit * onikibarmaq bağırsağın xora xəstəliyi. İltihabi xəstəliklər mədə şirəsinin tərkibində seliyin miqdarının artmasına səbəb olur. Nazik bağırsaqlarda həzm prosesinin gedişi mədəaltı vəz şirəsinin və ödün sekresiyasından asılıdır. Nazik bağırsaqlarda həzm aşağıdakı hallarda pozula bilir: * mədəaltı vəzin çıxacaqlarının tutulması zamanı * kəskin və xroniki pankreatitlər * onikibarmaq bağırsağın iltihabı * azan sinirin zədələnməsi * mədəaltı vəzin şirələri * allergik zədələnmələr. Bağırsaq funksiyalarının pozulmalarına öd sekresiyasının axmaması və ya azalması, mədəaltı vəzin şirəsinin azalması və ya axmaması, mədəaltı vəzin travmaları da səbəb olan amillərdən sayılır.

Öd daşları və onların növləri

2023-02-16 08:21:00

Öd daşları tərkiblərinə görə bir-birindən fərqlənir. Radiar xolesterin daşları. Radiar xolesterin daşları kürə və ya oval şəklində olur.Onların en kəsiyində radial istiqamətli kobud xətlər nəzərə çarpır. Bəzən xətlər daşın mərkəzində piqmentdən və kalsium duzlarından ibarət olan kristallaşma nüvəsinin ətrafında bir-birilə kəsişir. Lakin çox vaxt kristallaşmanın özəyi olmur. Bu daşlar ödün tərkibində olan xolesterinin çöküntüyə keçməsi nəticəsində əmələ gəlir. Qarışıq xolesterin-duz daşları. Bu daşlar öd kisəsinin və öd yollarının iltihabi nəticəsində əmələ gəlir. Onların koaqulyasiyaya uğramış zülalları ödün tərkibinə keçir. Bu zaman özəyi xolesterindən olan üzərində konsentrik dairələr şəklində başqa maddələr yerləşən daşlar əmələ gəlir. Piqment daşları. Bu daşların rəngi tünd olur, ölçüləri iri olmur. Onlar nadir hallarda öd kisəsində və ya öd yollarında əmələ gəlirlər. Bu daşların tərkibi əsasən bilirubindən ibarət olur. Əhəng daşları. Bu daşlar nekrozlaşmış hüceyrələrin və ya koaqulyasiyaya uğramış zülalların üzərinə çökən kalsium duzlarından ibarətdir. Piqment-əhəng daşı Bu daşlar zülal təbiətli nüvədən, öd piqmentlərindən, kalsium duzlarından və az miqdar misdən ibarətdir.

Polietilen torbaların pullu satışına başlandı:

2023-02-16 08:18:00

Bu gündən Azərbaycanda ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca haqq alınacaq. Kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq.

Skarlatina

2023-02-16 08:15:00

Skarlatina intoksikasiya, udlağın iltihabı, dəridə nöqtəvari səpgi və limfoadenopatiya ilə təzahür edən kəskin infeksion xəstəlikdir. Epidemiologiyası - Mənbə skarlatinalı xəstə və streptokokk gəzdirənlərdir. Yoluxma hava-damcı və hava-toz vasitəsilə olur. Patogenezi: Streptokokklar yumşaq damağın və burun-udlağın selikli qişasına çökür, eritrogen toksini qana sorulur, intoksikasiya və xəstəliyin digər əlamətlərini verir. Klinikası: Inkubasiya dövrü 1-11 gün çəkə bilər. Xəstəlik yüksək qızdırma və qusma ilə başlayır. Xəstə vurnuxur, həyəcanlı olur, çox danışır, bəzən sayıqlayır və ya əzginləşir, zəifləyir. Nəbz sürətlənir, ürəkdöyünmənin sayı artır. Yumşaq damaq kəskin hiperemiyalaşir - (alovlu damaq ), ödəmləşir, yumşaq damağın sərt damağa keçdiyi yerdə hiperemiya qurtarır. Hiperemiya sahəsində selikli fibrinoz, hətta nekrotik ərp əmələ gəlir. Dil əvvəlcə ağ ərplə örtülür, 4-cü gündən sonra al qırmızı rəngdə olur, üzərində məməciklər böyüyür - moruğu rəng alır. Boyun limfaları şişir. Xəstəliyin 1-2-ci günlərində ətrafların bükücü səthlərində, oynaq büküşlərində, qarında, döşdə, boyunda nöqtəvari razeolalar görünür. Burun dodaq üçbucağının solğunluğu da xəstəlik üçün xarakterikdir. Xəstəliyin 4-5 ci günlərindən səpgilər qabıqlanmağa başlayır. Diaqnozu: Klinik-epidemioloji məlumatlara, streptokokkun tapılmasına və differensiyasiya olunmasına əsasən skarlatina xəstələrinə diaqnoz qoyulur. Müalicəsi: Etiotrop müalicə təyin olunur. Furasilinlə, evkaliptlə, kalendula dəmləməsi ilə qarqara məsləhət görülür. Antiallergik preparatlar, kardiotoniklər və infuzion məhlullarlar müalicə göstərişlərə əsaslanır. Xəstə 6-7 gün yataq rejmində olmalıdır.

Sarılıq

2023-02-16 08:11:00

Sarılıq qanda bilirubinin artması nəticəsində əmələ gələn sindromdur. Sarılığın əsas əlamətləri aşağıdakılardır: - dərinin saralması - selikli qişaların saralması - gözün sklerasının saralması - qan serumunun sarı rəngə boyanması. Adətən qanda bilirubinin miqdarı 34,2 mkmol/l-dən artıq olduqda dəri örtükləri və selikli qişalar saralır. Sarılığın 3 növü ayırd edilir: * mexaniki * parenximtoz * hemolitik. Mexaniki sarılıq ödün qaraciyərdn ifraz edilməsinin çətinləşməsi nəticəsində əmələ gəlir. Öd yollarında durğunluq əmələ gətirən amillər mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Bu səbəblərə qaraciyər axacağının və ümumi öd axacağının daş, parazit və ya şişlə tutulması, ətraf toxumalarda əmələ gələn şişlərin axarları tutması və s. misal göstərmək olar. Öd yolları tam tutulduqda isə öd bağırsaqlara daxil ola bilmir və axaliya baş verir. Mexaniki sarılıq zamanı qanda bilirubinin miqdarı artır. Bu zaman sidikdə də bilirubin aşkar edilir. Ödün qana keçməsi sinir sisteminin də funksiyasına patoloji təsir göstərir. Parenximatoz sarılıq qaraciyər hüceyrələrinin bilirubini tutmaq, onu qlikogen turşusu ilə birləşdirmək və öd kapillyarlarına ifraz etmək qabiliyyətinin ayrı-ayrı və qarışıq şəkildə pozulmasıdır. Bəzi dərman maddələrinin (xüsusilə qurdqovucu dərmanların) yuüksək dozaları qaraciyər hüceyrələrinin bilirubini tutmaq qabiliyyətinin zəiflədir. Bu zaman hepatositlərin sitoplazmatik proteinləri sərbəst bilirubinlə birləşə bilmir. Nəticədə qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman parenximatoz sarılıq meydana gəlir. Parenximatoz sarılıq zamanı qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman qaraciyər hüceyrələri bir növ nekroza uğrayır. Parenximatoz sarılıq qaraciyərin  iltihabi xəstəlikləri zamanı baş verir. Məlumdur ki, sərbəst bilirubin toksiki maddədir. Onun qanda artması zamanı hepatositlərin funksiyası pozulur. Hemolitik sarılıq zamanı sidikdə bilirubin olmur. Sarılığın müxtəlif növlərində dərinin rəngi bir-birindən fərqlənir. İnsanın dərisi parenximotoz sarılıq zamanı limonu sarı, mexaniki sarılıq zamanı isə yaşıl və ya tünd zeytunu rəngdə olur.

Ağız suyu vəzilərinin funksiyası

2023-02-16 08:05:00

Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkretor funksiya. Sekretor fəaliyyətin məhsulu ağız suyu qidanı islatmaqla udma aktını asanlaşdırır. Ağız suyunun tərkibində polisaxaridləri hidrolitik yolla parçalamaq qabiliyyətinə malik olan ferment - amilaza olur. Bundan əlavə ağız suyunda aşağıdakı fermentlər var: - lizosim - karbonhidraza - nukleaza - fosfataza - peroksidaza. Bu fermentlərin bir hissəsi orqanizmə zərərli maddələrin daxil olmasının qarşısını alır, amma bəzilərinin bioloji rolu hələ də aydınlaşmayıb. Məsələn, lizosim bir sıra mikroorqanizmləri, nukleazalar isə virusları parçalamaq qabiliyyətinə malikdir. Normal şəraitdə insanın ağız suyu vəziləri gündə 1-2 litr şirə ifraz edir. Ağız suyunun ifrazının artmasına hipersalivasiya, azalmasına isə hiposalivasiya deyilir. Hipersalivasiya sekretor sinirlərin bilavasitə və ya reflektor yolla qıcıqlanması hesabına baş verir. Buna aşağıdakı hallarda rast gəlinir: - bulbar iflic - stomatit - qinqvit - mədənin selikli qişalarının iltihabı - qida borusu xəstəlikləri - qurd xəstəlikləri - hamiləlik toksikozları - vegetativ zəhərlərlə zəhərlənmə. Hiposalivasiya isə çox vaxt orqanizmin susuzlaşması səbəbli baş verir. Bu adətən şiddətli tərləmə və ishal zamanı baş verir. Bəzən parasimpatik sinir sisteminin xəstəlikləri də ağız suyu ifrazının azalmasına səbəb olur. Hiposalivasiyaya aşağıdakı xəstəliklər səbəb ola bilir: - parotit - emosiona stress - ishal - ağız suyu vəzilərinin şiş xəstəlikləri - vəzləri axacağının daşla tutulması.

Mədənin motor funksiyasının pozulması

2023-02-16 08:01:00

Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişasının tonusunun və peristaltikasının dəyişiklikləri səbəb olur. Mədə əzələsinin parezi, qida kütlələrinin hərəkətinə qarşı maneçilik törədən amillər mədə tonusunun zəifləməsinə və ya tamamilə itirilməsinə səbəb ola bilir. Bu maneələrə şiş, çapıq toxuması və s. misal göstərmək olar. Bundan əlavə psixi amillər, mənfi emosiyalar, depressiya da mədədə atoniyaya səbəb ola bilir. Bu da həzm prosesinin və motor funksiyasının ağır dərəcədə pozulmasına səbəb olur. Mədənin motor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir: * qastrit * hiperkinez * peristaltikanın artması * pilorospazm. Mədənin hərəki funksiyası baş verdikdə gəyirmə, hıçqırma, qıcqırma, ürək bulanması və qusma müşahidə edilə bilir. Qusma çox vaxt mədədə sinir reseptorlarının kimyəvi və mexaniki qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmalar keyfiyyətsiz qida maddələri, toksinlər, mədənin həddindən artıq dolması, diafraqmanın gərginləşməsi səbəbindən ola bilir. Bu zaman qusma mühafizə xarakteri daşıyır, yəni mədə lazımsız maddələri qusaraq orqanizmdən xaric edir.

Suçiçəyi

2023-02-16 07:51:00

Suçiçəyi - intoksikasiya, qısa qızdırma dövrü və ləkəli suluqlu səpgilərlə özünü göstərən, xoşxassəli virus infeksiyasıdır. Suçiçəyi inkubasiya dövrün 10-cu günündən axırıncı səpgilərin 5-ci gününə qədər xəstələrdən, bəzən də kəmərləyici dəmrovu olan xəstələrdən keçir. Yoluxma hava-damcı yolu ilə, eləcə də ana bətnində baş verir. Uşaqlar bu virusa daha həssas olurlar. Etiologiyası: Suçiçəyi virusları kəmərləyici herpesin törəmələrilə eyni olub, III tip herpes virusudur. Patogenezi: Yumşaq damağın və udlağın selikli qişalarından daxil olan virus əvvəlcə yoluxma yerinə yaxın limfa vəzilərində, qısamüddətli birincili virusemiyadan sonra uzaq düyünlərdə replikasiya olunur. 10-20 günlük çoxalma dövrü keçən virus 2-cili virusemiya verərərək qan və bütün orqanlara və beyinə yayılır. Dərinin selikli qişalarında və epitelidə toplanır. Ilk növbədə epidermisin səthi, tikanlı qatını vakoullaşdırır və diskompleksləşdirir. Tədricən epidermis hüceyrələri distrofiyaya uğrayaraq tam məhv olur. Epidermisin nekrozu və toxumarası mayenin toplanması nəticəsində suluqlar əmələ gəlir. Xəstəliyin ağır formalarında iri suluqlar əmələ gəlir. Bəzi selikli qişlarda - udlaqda, konyuktivada eroziya və xoralar yaradır. Yaşı böyük uşaqlarda və yaşlılarda ensefalit də yarana bilir, sinir toxumasında ödem, qansızma, distrofiya və nekroz aşkar edilir. Klinikası: Inkubasiya dövrü 10-21 gün, orta hesabla 14 gün çəkir. Əksər hallarda xəstəlik səpgi ilə başlayır. Eyni zamanda bundan bir qədər əvvəl yaxud sonra bədən temperaturunun yüksəlməsi də müşahidə olunur. Səpgilər ensiz, qırmızı haşiyə ilə əhatə olunur. Suluq bir boşluqdan ibarət olduqundan onu deşdikdə tamamilə boşalır. Suluqlar 1-3 gün ərzində quruyur, yastı qabarıqlığa çevrilir. Səpmə müxtəlif zamanlarda baş verdiyindən səpgilərin sağalma vaxtı da müxtəlif olur. Hər yeni səpmə zamanı qızdlrma 38-39 dərəcə C-ə çatır. Diaqnozu: Diaqnoz qoymaq çətinlik törətmir. Xəstəlik adətən uşaqlar arasında qış-yaz aylarında daha geniş yayılır. Laborator diaqnoz üçün morfoloji, seroloji və virusoloji metodlardan istifadə olunur.

Udma aktı və pozulmaları

2023-02-16 07:41:00

Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza - reflektor faza. Üçlü, dilaltı, azan və dil-udlaq sinirlərinin mərkəzi və periferik zədələnmləri udma aktının pozulmasına səbəb olur. Bunlar udma aktının iradi xəstəlikləri sayılır: - dil əzələlərinin parezi - bəzi psixi xəstəliklər - sərt damağın anadangəlmə və qazanılma qüsurları - yumuşaq damağın anadangəlmə və qazanılma qüsurları - angina - udlağın selikli qişasının xəstəlikləri (şiş, iltihab). Ağız boşluğunun bəzi iltihabı xəstəlikləri də udma aktımım müvəqqəti pozulmasına səbəb olan xəstəliklərdən sayılır. Udma aktının qeyri-iradi mərhələsi əzələlərin peristaltikası sayəsində həyata keçir. Bu proses qida borusu əzələlərinin iflici və ya spazmı nəticəsində pozula bilər. Bu tetanus, quduzluq, histeriya və s. xəstəlikləri zamanı baş verir. Kliniki şəraitdə qida borusunun daralmaları zamanı udma aktının pozulmasına daha çox rast gəlinir. Termiki və kimyəvi yaralanmalardan sonra da əmələ gələn çapıqlar və şişlər də udma aktının pozulmasına səbəb olan amillərdən hesab edilir.

Sarı qızdırma

2023-02-16 07:31:00

Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qara ciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır. Etiologiyası: Sarı qızdırmanın törədiciləri Flavirus cinsinə,Toqaviridae ailəsinə aid viruslardır. Xəstəliyi ağcaqanadlar yayır. Ağcaqanadlar virusa meymunlardan, gəmiricilərdən, kirpilərdən yoluxurlar. Ağcaqanadın bədənində virus 8-12 günə çoxalır. Şəhərlərdə infeksiya mənbəyi insanlardır, xəstəlik epidemiya şəklində yayılır. İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir. Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qara ciyəri, böyrəkləri, baş beyini zədələyir. Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir. Klinikası: Xəstəliyin inkubasiya dövrü 10 günə qədərdir. Sonra güclü üşütmə və dərhal qızdırma olur. Qızdırma 40 dərəcəyə qədər yüksəlir, xəstədə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər. Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar olur. DİAQNOZU: Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir. MÜALİCƏSİ: Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatic tədbirlər görülür. Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə reyvənd aparılır.

Bağırsaqlarda qıcqırma və çürümə prosesi

2023-02-16 07:21:00

Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisinin  10-30%-i bakteriyalardan ibarətdir. Bağırsaq bakteriyalarının orqanizm üçün müəyyən əhəmiyyəti vardır. İnsan və heyvan orqanizminin bəzi vitaminlərə olan təlabatının bir hissəsi həmin bakteriyaların köməyi ilə ödənilir. Bundan əlavə bakteriyaların bağırsaq boşluğuna ifraz etdiyi fermentlər sellüozanı xırda molekullu maddələrə çevrilir. Bağırsaqlarda çürümə və qıcqırma prosesləri bakteriyaların iştirakı ilə həyata keçir. Qıcqrma zamanı bağırsaqlarda spirt, karbon qazı və su əmələ gəlir. Çürümə nəticəsində isə bəzi toksok maddələr, bioloji aktiv maddələr, hidrogen sulfid, metan və s.əmələ gəlir. Sağlam orqanizmdə çürümə və qıcqırma proseslərinin sürəti məhduddur. Normal qida rasionu şəraitində bu proseslər arasında mütənasiblik müşahidə edilir. Belə ki, qıcqırma məhsullarının bağırsaqlarda yaratdığı turş mühit çürümə prosesinin sürətini artırır. Normal hallarda orqanizm bağırsaqlarda əmələ gələn çürümə və qıcqırma məhsullarını asanlıqla zərərsizləşdirir. Lakin bu məhsulların miqdarı artdıqda bağırsaq autointoksikasiyası əmələ gəlir. Bağırsaq peristaltikasının zəifləməsi və sekresiyanın azalması nəticəsində çürümə və qıcqırma prosesinin sürəti artır. Çürümə nəticəsində bağırsaqlarda əmələ gələn aminlərin bir hissəsi bağırsaq divarında aminooksidazaların təsiri ilə oksidləşir və zərərsiz maddələrə çevrilir. Bağırsaq autointoksikasiyaının inkişafında çürümə prosesinin sürətlənməsindən başqa bağırsaqların selikli qişasının keçiricilik xassəsinin artmasının, qaraciyərin baryer funksiyasının zəifləməsinin və böyrəklərin funksiyasının pozulmasınında rolu böyükdür. Patoloji şəraitdə toksik maddələrin miqdarı həddindən artıq olduqda qaraciyər onların hamısını zərərsizləşdirə bilmir. Belə olduqda çürümə məhsulları qan vasitəsilə bütün orqanizmə yayılır və toksik təsir göstərir. Qana düşən toksinlər damar divarında olan reseptorlara və beynin funksional mərkəzinin fəaliyyətinə təsir göstərir. Bunun nəticəsində baş ağrıları meydana gəlir, arterial təzyiq aşağı düşür, maddələr mübadiləsində pozulmalar baş verir.

“SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL

2023-02-16 07:15:00

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.

Bağırsaq tutulmaları (ileus) haqqında

2023-02-16 07:11:00

Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq tutulmaları baş verir. Adətən bu xəstəlik ağır keçir və ölümlə nəticələnə bilir. Kəskin bağırsaq tutulmasının aşagıdakı növləri var: - mexaniki bağırsaq tutulması - dinamik bağırsaq tutulması. Mexaniki bağırsaq tutulması bağırsaqlarda qida qalıqlarının hərəkətinin mexaniki surətdə tutulması ilə əlaqədar olur. Mexaniki bağırsaq tutulması aşağıdakı səbəblərdən baş verə bilir: 1. Bağırsaq hilgəyinin burulması. 2. Bağırsağın bir hissəsinin özü ilə yanaşı olan digər hissənin içərisinə daxil olması. 3. Bağırsağın yırtıq kisəsində və ya periton bitişmələri arasında sıxılması. 4. Bağırsaqda inkişaf edən şiş toxumasının onun boşluğunu daraltması və ya bağırsağın yad cisim vasitəsilə tutulması. Dinamik bağırsaq tutulması bağırsaqların əzələ qişasının spazmı zamanı və ya iflici əmələ gəlir. Bağırsaq tutulması orqanizmdə ümumi dəyişikliklər əmələ gətirir. Bu zaman orqanizmdə aşağıdakılar meydana çıxır: - qan dövranı pozulur - orqanizmdə suyun miqdarı azalır - qan qatılaşır - hiprxloremiya - azotemiya - alkaloz. Dəyişikliklərin baş verməsinə həzm şirələrinin hipersekresiyası, onların geri sorulması, şiddətli qusma və böyrəklərin fəaliyyəti ilə əlaqəli olur. Orqanizmdə ümumi dəyişikliklərin inkişafında toksikemiyanın və qarın nahiyəsində olan ağrıların da rolu vardır. Buradan verilən impulslar mərkəzi sinir sistemində qüvvətli oyanmalara səbəb olur. Bağırsağın zədələnmiş sahəsində venoz hiperemiya, ödem və iltihab əmələ gəlir. Bu proses uzun müddət davam etdikdə isə həmin hissə nekrozlaşır. Bağırsağın tutulması defekasiya aktının olmaması və qusma ilə müşahidə olunur.  Xəstəliyin diaqnozu anamnezə və rentgenoqrafiyanın nəticələrinə əsaslanaraq qoyulur. Müalicə əvvəlcə konservativ, lazım gəldikdə isə operativ üsulla aparılır.

Mədə sekretor funksiyasının pozulması

2023-02-16 07:01:00

Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandırıcıların təsiri altında fəaliyyət göstərir. Mədə şirəsinin reflektor sekresiyası bir sıra şərti və şərtsiz reflekslər vasitəsilə həyata keçirilir. Humoral sekresiya qastrin mədədə, enteroqastron bağırsaqlarda, sialoqastrin isə ağız suyu vəzilərində humoral amillər vasitəsilə tənzim edilir. Qastrin mədə sekresiyasını stimulyasiya edir, enteroqastrin və sialoqastron isə bu prosesin sürətini azaldır. Sağlam insanın mədəsində normal halda 1 gün ərzində 2 litrə qədər şirə ifraz edilir. Patoloji şəraitdə mədə şirəsinin miqdarı artıb-azala bilir. Mədədə əmələ gələn şirənin miqdarından asılı olaraq xlorid turşusunun 4 dərəcəsi ayırd edilir: 1. hyperaciditas - turşuluğun artması. 2. hypoasiditas - turşuluğun az olması. 3. axlorhidariya - xlorid turşusunun tamamilə olmaması. 4. axiliya - xlorid turşusunun və fermentlərin olmaması. Mədə şirəsinin normadan çox olması adətən mədədə turşuluğun artması ilə xarakterizə olunur. Bu əsasən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki qastritin bəzi növləri, pilorospazm və piloropstenoz zamanı baş verir. Bəzi dərman maddələrinin qəbulu, spirtli içkilər də mədə turşuluğunun artmasına səbəb ola bilir. Mədədə turşuluq çox olduqda qida mədədən onikibarmaq bağırsağa çətinliklə keçir. Bu zaman sfinktorda reflektor spazm baş verir. Əksər hallarda isə aşağıdakı əlamətlər meydana çıxır: * qıcqırma * gəyirmə * qusma * qəbizlik. Hipersekresiya zamanı mədə şirəsinin həzmedici aktivliyi artır ki, bu da mədənin selikli qişasının zədələnməsinə səbəb olur.