Digərləri
2023-02-26 12:35:00
Xocalı faciəsi bəşəriyyət üçün böyük fəlakət idi.
2023-02-26 12:24:00
Xocalı insanlığa sığmayan vəhşi cinayətdir.
2023-02-26 11:58:00
Daxili İşlər orqanlarında növbəti kadr təyinatı baş tutub.
2023-02-26 11:51:00
Xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edib.
2023-02-26 11:40:00
Xocalı soyqırımı qurbanlarının qisası alınıb.
2023-02-26 10:55:00
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
2023-02-26 10:23:00
Honq-Konqda məşhur modelin keçmiş əri pul mübahisəsinə görə onu qohumları ilə birlikdə öldürüb doğramaqda şübhəli bilinir.
2023-02-26 10:00:00
"Bəşəriyyət tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə deyib: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi". XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, əslində, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır." Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
2023-02-26 09:59:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 77 gündür ki, davam edir.
2023-02-26 09:51:00
Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
2023-02-26 09:40:00
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
2023-02-26 09:31:00
Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.
2023-02-26 09:20:00
Biz Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq, unutmayacağıq.
2023-02-26 09:09:00
Son.az lent.az-a istinadən vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
2023-02-26 08:59:00
Mikoplazmoz kəskin infeksion xəstəlik olub, özünü sidik-cinsiyyət və tənəffüs sistemi xəstəlikləri ilə biruzə verir. Xəstəliyin əmələ gəlməsində Mikoplasma mikroorqanizmlərinin rolu böyükdür. Xəstəlik mikrob və mikrobgəzdirən insanlar tərəfindən yoluxur. Mikoplazma hava damcı yolu ilə burun vasitəsilə yoluxur. Yoluxduqda yuxarı tənəffüs yolunun infeksiya xəstəlikləri əlamətləri özünü göstərir. Bu ən çox yaz və payız aylarında baş verir. Xəstəliyə ən çox gənç adamlarda rast gəlinir. Bu zaman xəstələrdə qrip, paraqrip və pnevmoniya əlamətləri özünü biruzə verir. Mikoplazmozun inkubasiya dövrü 4-8 gündür. Xəstəlik yoluxduqdan sonra bir müddət ərzində boğazda quruluq, burun tutulması, səsdə kallaşma baş verir. Daha sonra isə faringir, laringit, boronxit əlamətləri meydana çıxır. Xəstəlik dərinləşdikcə öskürmə başlayır. Öskürmə əvvəlcə quru sonra isə bəlğəmli olur. Xəstəlik 1-2 həftə davam edir. Mikoplazma traxeya və bronxların epitel hüceyrələrinin zədələyir. Vaxtında və düzgün müalicə tədbirləri görülməsə, xəstəliyin müddəti uzana bilir. Bunlardan başqa xəstələrdə aşağıdakı əlamətlər özünü göstərə bilir: - halsızlıq - baş ağrıları - yüksək temperatur - leykositoz Xəstədə fiziki aktivliyin azalması, nəfəsalmada çətinləşmə baş verir. Xəstənin bəlğəmi qatı irinli möhtəviyyatlı olur, nadir hallarda plevranın zədələnməsi baş verə bilir. Bronxlardan möhtəviyyatın geri sorulması 3-4 həftə və daha çox vaxt apara bilir. Xəstənin qanında EÇS-nin miqdarı yüksəlir. Xəstəlik uzun sürərsə, pnevmaniyaya çevrilə bilir.
2023-02-26 08:55:00
Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsindən ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miqdarının, rənginin pozulması, ödemlər, baş ağrıları, baş gicəllənməsindən şikayət edirlər. Bəzi xəstələr isə görmənin zəifləməsi, ürək nahiyyəsində ağrı, təngnəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma, hərarətin yüksəlməsindən narahat olurlar. Bəzən əlamətlər uzun illər xəstələri narahat etmir. Belə halda xəstələrdə tədricən böyrəklərin büzüşməsi baş verir və ancaq xroniki böyrək çatışmazlığının aşkar kliniki əlamətləri meydana çıxdıqda xəstə həkimə müraciət edir. Böyrək xəstəlikləri zamanı ağrının lokalizasiyasının təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Böyrək mənşəli ağrılar əsasən bel nahiyyəsində, qabırğa altı sahədə olur. Sidik axarının patoloji dəyişiklikləri zamanı ağrılar sidik axarı boyunca qarının aşağı yan hissəsində baş verir. Sidik axarının patolojiyalarında ağrılar bel və bud nahiyyələrə də vurur. Böyrək ağrıları birtərəfli və ikitərəfli ola bilir. Xarakterinə görə ağrılar küt və sançılar şəklində, vaxtaşırı və daimi ola bilir. Böyrək nahiyyəsində küt ağrılar kəskin qlomerulonefritdə, kəskin pielonefritdə, paranefritdə, ürək dekompensasiyasında, böyrək xərçəngingə olur. Sancışəkilli ağrılar böyrəkdaşı xəstəliyində, sidik axarının qan laxtası və irinlə tutulması zamanı, yaxud patoloji hərəkətli böyrəyin sidik axarının bükülməsi nəticəsində meydana gəlir. Böyrək sancısı birdən-birə böyrək nahiyyəsində kəskin, bəzən tədricən başlayaraq getdikcə şiddətlənir, bir-neçə saatdan tutmuş, bir-neçə günə qədər davam edə bilir. Adətən böyrək sancısı gəzdikdən və ya avtomobillə hərəkət etdikdən sonra baş verir. Böyrək sancısı adətən birtərəfli olub, böyrək nahiyyəsindən başlayaraq qarın, qasıq və bud nahiyyəsinə, cinsiyyət orqanlarına vurur. Böyrək sancıları zamanı xəstə ağrının şiddətindən yataqda müxtəlif vəziyyətlərdə oturmağa çalışır. Sancılar baş verdikdə xəstədə ürəkbulanma, qusma baş verir, xəstənin nəbzi tezləşir, temperatur bəzi hallarda qalxır. Böyrək sancısının baş verməsinə böyrək ləyəninin və sidik axarının daşları, böyrək sallanması, hidronefroz, böyrək vərəmi, xərçəng və pieloinefrit ola bilir. Böyrək xəstəlikləri zamanı xəstəliyə diaqnoz qoymaq üçün kompyuter tomoqrafiyasının, USM və labotator müayinələrin nəticələri əsas götürülür. Müalicə əsasən həkim tərəfindən aparılır. Böyrək xəstəlikləri zamanı xalq təbabəti vasitələrindən də geniş istifadə edilir, xəstəyə isti vanna edilir və isitqac qoyulur.
2023-02-26 08:51:00
Arterial təzyiqin əmələ gəlmə səbəblərindən biri böyrək parenximasının xroniki xəstəlikləridir. Arterial təzyiqin əmələ gəlməsində 50-70% böyrək xəstəliklərinin ikitərəfli zədələnmələrini səbəb olduğu söylənilir. Təzyiqin yüksəlməsinə səbəb olan böyrək xəstəlikləri aşağıdakılardır: İkitərəfli xəstəliklər: - birincili qlimerulonefrit - birləşdirici toxumanın sistem xəstəlikləri - vaskulitlər - diabetik nefropatiya - böyrəklərin polikistozu - analgetik nefropatiya - intersistal nefrit. Birtərəfli xəstəliklər: - polinefrit - reflyuks nefropatiya - seqmentar hipoplaziya - potobstuktiv böyrək - renin ifraz edən şiş - hidronefroz - böyrək vərəmi - böyrəyin tək nəhəng kistası - böyrəyin bədxassəli şişi - böyrəyin travması. Fəaliyyətdə olan nefronların kəskin azalması zədələnmiş böyrəyin su və natrium funksiyasını pozur. Nəticədə hipervolemiya inkişaf edir, ürək vurğusu yüksəlir ki, bu da təzyiqin artmasına səbəb olur. Sonralar arterial təzyiq damarların müqavimətinin artması nəticəsində sabitləşir, damar müqavimətinin artım mexanizmi renin-angiotenzin sistemin aktivliyindən asılı olur. Bu zaman xəstələrdə şişkinlik, oliqouriya, proteinouriya, hematuriya ilə yanaşı arterial təzyiq də yüksəlir. Böyrəklərdəki patoloji proseslər davam etdikcə təzyiq bədxassəli şəkil alır. Xroniki pielonefrit zamanı təzyiq nefroskleroz inkişaf etdikdə böyrək parenximasının kütləsi getdikcə azalır. Patoloji proses çox zaman ikitərəfli olur. Bu zaman xəstənin sifətində şişkinlik, titrətmə, dizuriya, oliqouriya, sidikdə qan və iltihab əlamətləri də qeyd olunur. Anamnez zamanı xəstənin sidik yollarında da obstruktiv dəyişikliklər meydana çıxır. Böyrəklərin polikistozu zamanı arterial təzyiq nefroskleroza, işemiyaya səbəb olur. Xəstəliyə diaqnozun qoyumasında bir çox laborator müayinə üsullarının nəticələrinin olması vacibdir: - sidiyin bakterioloji analizi - sidiyin ümumi analizləri - qanda kreatinin - qanda sidik cövhərinin təyini - qan elektrolitləri - qan albumini - sutkalıq sidikdə zülalın miqdarı - sutkalıq sidikdə kreatinin miqdarı - ehtiyac olduqda böyrəklərin biopsiyası. Digər bəzi müayinələrin də olunması xəstəliyə diaqnozun qoyulmasında mühüm sayılır: - sidik yollarının infeksiyaları - nefrotoksik preparatların tətbiqi - şəkərli diabet - proteinouriya - eritositar slindirlər - periorbital şişlər - anemiya.
2023-02-26 08:46:00
Sistit sidik kisəsinin selikli qişasının və ümumiyyətlə digər qişalarının bu prosesə cəlb olunması ilə baş verən iltihabi xəstəliyidir. ETİOLOGİYSI VƏ PATOGENEZİ: Xəstəlik mikroblar, viruslar, parazitlər tərəfindən törədilir, kimyəvi maddələr ,zəhərlənmələr,şüalanma və s. nəticəsində baş verir.Mikroorqanizmlərin sistitin yaranmasında əsas rol oynadığı danılmazdır.Mikroplazma və xlamidiya nəticəsində baş verən sistitlərdə mikroblar çətin aşkar edildiyi üçün çox zaman baktreial sistit diaqnozu qoyulur.Sistit kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.Xəstəliyin patogenezində soyuqlama və orqanizmin müqavimətinin aşağı olmasının xüsusi əhəmiyyəti vardır. Sİdik ifrazının çətinləşməsi, hormonal pozğunluqlar, kiçik çanaq orqanlarında durğunluq xəstəliyin əmələ gəlməsində böyük rol ounayır.Prostatın hiperplaziyası,sidik kisəsinin daşları,divertikulu da sistitə səbəb ola bilir. KLİNİKASI:Kəskin sistit zamanı tez-tez ağrılı siyimə, sidik kisəsi nahiyəsində ağrılar, piuriya və terminal hemouriya kimi əlamətlərlə təzahür edir. Ağrının intensivliyi, sidiyə getmə aktlarının tezliyi iltihabi prosesin aktivliyindən asılıdır. Xəstələr hər 20-30 dəqiqədən bir sidiyə çıxırlar. Sidik aktı çox ağrılı olur və axırda bir neçə damcı qan görünür. Qasıq arxası ağrı siyimə aktı arası dövrdə və sidik kisəsinin palpasiyası zamanı müşahidə olunur. Ağrı nəticəsində detruzorun tonusunun yüksəlməsi baş verir. Bu zaman sidik kisəsində yığılan kiçik miqdarda sidik belə interativ siyimə aktına səbəb olur. Siyimə zamanı sidik iltihablaşmış uretradan keçdikdə güclü ağrı yaratığı üçün uşaqlar siyimə aktını təxirə salırlar və hətta oğlanlarda sidiyin kəskin tutulması meydana çıxa bilir. Sidikdə çoxlu miqdarda leykositlər, eritrositlə, bakteriyalar və sidik kisəsi epiteli olsuğu üçün rəngi bulanır. Az hallarda xəstələrdə bədən hərarəti yüksəlir, amma böyrəklər iltihabi prosesə qoşularsa üşütmə və yüksək hərarət olur. Gedişi: adətən kəskin sistitin gedişi yaxşı nəticələnir. 7-10 gün sonra əlamətlər sönməyə başlayır, xəstənin vəziyyəti yaxşılaşır. Xroniki sistit müstəqil xəstəlik kimi olmur. Çünki əksər hallarda o ikincili olaraq sidik ifrazat sistemi xəstəlikləri zamanı meydana çıxır. Xroniki sistitin əmələ gəlməsinə sidik kisəsi daşı, divertikulu, şişi, prostatın xoşxassəli hiperplaziyası, uretranın strukturası və s.səbəb ola bilir. Diaqnoz: Kəskin sistitin diqanostikası ağrı, dizuriya, piuriya, terminal hematuriya simptomlarına əsasən qoyulur. Əlləmə zamanı xəstə qasıqüstü sahədə ağrı hiss edir. Sidiyin müayinəsi zamanı orada leykositlərin çoxluğu aşkar edilir. Ultrasəs müayinəsi və rentgenoloji müayinələr bütün sidik-ifrazat sisteminin vəziyyətini qiymətləndirməyə imkan verir. Müalicəsi: Xəstəyə yataq rejmi tövsiyyə olunur. Kəskin və qıcıqlandırıcı qidalardan imtina edilməlidir. Qəbul edilən maye miqdarı artırılır. (üələvi-mineral sular, şirələr gün ərzində 2 l.dən çox olmalıdır). Xəstələr sidik kisəsi nahiyəsinə istiqac qoyduqda yaxud isti vannadan sonra rahatliq tapırlar. Xəstəyə 3-4 gün ərzində iltihabəleyhinə preparatlar verilir. Xəstəlrə nitrofuqallardan,ftorxinolon qrupundan preparatlar tətbiq olunur. Xroniki sistitdə əsas etibarilə sistiti yaradan amili aradan qaldırmaq lazımdır ( sidik kisəsi divertikulu, sidik kisəsi daşı və s.) Antibakterial preparatla yanaşı sidik kisəsinin instillasiya olunur.
2023-02-26 08:41:00
Sidik yollarının infeksiyası geniş yayılmış bakterial infeksiya olub ümumi iltihabi xəstəliklər arasında , xüsusilə də seksual aktiv qadınlar arasında daha çox yayılmışdır.Bu xəstəlik bakteriuriyadan tutmuş ağır sepsisə qədər gətirib çıxarır. Sidik yollarında sidik steril şəkildə olur.Sidik yollarının infeksiyisı zamanı isı bu yollarda bakteriyaların sayı artır. ETİOLOGİYASI: Sidik yollarının infeksiyası əksər hallarda qadınlarda təsadüf olunan xəstəlikdir.Sidik kisəsinə infeksiyanın asanlıqla keçməsi qadınlarda uretranın qısa olması ilə əlaqədardır.Sidik kisəsində qalıq sidiyin olması bakteriyaların sidik yollarına inokulyasiyası və orada artıb çoxalmasına səbəb olur.Kontrasepsiya vasitəsilə istifadə olunan bəzi vasitələr də uşaqlıq yolunun normal florasını dəyişərək sidik yollarının infeksiyalarına səbəb olur. Sidik yollarının infeksiyalarına müxtəlif mikroorqanizmlər səbəb ola bilər.Amma bakteriyalar xəstəlik törətməkdə və ağırlaşmalarda mühüm rol oynayır. Bakterial sistitin etiologiyası məlum deyil, amma xəstəliyin baş verməsində çoxlu faktorlar rol oynayır.Qızlarda bunun səbəbi vulvit, qurd invaziyası,qadınlarda antiseptiklər,dezodorantlarla qıcıqlanmalar nəticəsində baş verə bilər. TƏSNİFATI: Sidik yollarının infeksiyalarının elə bir qəbul olunan təsnifatı yoxdur.Xəstəliyin aşağıdakı növləri ayırd edilir: 1.Gənc qadınlarda ağırlaçmış sistit 2 .Gənc qadınlarda residivverici sistit 3.Ağırlaşmış sidik yollarının infeksiyası 4.Sidik kisəsinin kateterizasiyası ilə əlaqədar olan 5.Gənc qadınlarda ağırlaşmış piolonefrit 6.Kişilərdə sidik yollarının infeksiyaları 7.Simptomsuz bateriuriya Ənənəvi olaraq sidik yollarının infeksiya xəstəliyini 2 yerə ayırırlar 1.Yuxarı SYİ 2 .Aşağı SYİ SYİ xəstəliyi vaxtında və düzgün müalicə olunmazsa aşağıdakı ağırlaşmaiara gətirib çıxarır -sidik yollarının anotomik, struktur, funksional dəyişikliklərinə -böyrəklərin parenximatoz xəstəliklərinə -immunitetin pozulmasına. KLİNİKASI: Xəstəliyin klinikası özünü müxtəlif şəkildə göstərir.Sidik yolları xəstəliklərinin kliniki təzahürləri bunlardır: 1.Tezləşmiş sidik ifrazı.Bu bakterial sistit,abakterial sistit,kəskin pielonefrit ,kəskin prostatit zamanı baş verir 2 .Gizli simptomsuz gediş MÜALİCƏSİ: Sidik yollarının infeksiyaları zamanı müalicə sidik yollarının anotomik quruluşundan,böyrəklərdə infeksiya zamanı ağırlaşmaların olub olmamasıdan,infeksiyanın nğvündən asılı olaraq təyin edilir.
2023-02-26 08:35:00
İnsanın yerişi onun aşağı ətraflarının quruluşundan, dabanından asılıdır. Amma insan yaşlandıqca onun səhhətində baş verən dəyişikliklər, sümük sistemində və onurğada baş verən patologiyalar onun yerişinin dəyişilməsinə səbəb olur. Yerişdə dəyişilmələrin olması psixoloji problemlərlə də əlaqədar ola bilir. Yürümək bizim fizionomiyamızda avtomotikləşmiş bir funksiyanı idarə edir. Lakin bəzən yerimədə də patologiyalar səbəbli pozulmalar baş verə bilir. 40-50 yaşdan sonra insanların bir çoxunda yürümə pozğunluqları özünü göstərir. Buna aşağıdakı xəstəliklər səbəb ola bilir: - osteoxondroz - radikulit - ayaqlarda qıcolmalar - dizlərdə artrozların olması - pəncə və ayaq barmaqlarında anormallıq - dabanda şporların olması - dabanda əyilmələr. Dabanda əyilmələrə qadınlarda daha çox rast gəlinir. Bunu qadınların dikdaban ayaqqabı geymələri ilə əlaqələndirirlər. Lakin daban əyilmələrinə bəzən kişilərdə də rast gəlmək olur. Əksər hallarda hər iki dabanın içəri doğru əyilmələri baş verir ki, bunun üçün ortoped həkimə müraciət etmək lazımdır. Belə dabanlara sahib olan adamlar enli ayaqqabı geyməməliridlər. Onların geydikləri ayaqqabının daban hissəsi hər iki tərəfdən dar olmalıdır. Yastıayaqlılıqdan da yerişdə dəyişilmələr baş verə bilir. Bu zaman ortopedin məsləhəti ilə supinatorlu ayaqqabı və ya xüsusi tikilmiş ortapedik ayaqqabı geyilməlidir.
2023-02-26 08:31:00
Bədənin təmizlənmə prosesində böyrəklərlə yanaşı başqa orqanlar da iştirak edir. Belə orqanlar arasında qarın boşluğu orqanları və periton daxildir. Bəzi halda böyrək əvəzedici terapiya kimi periton dializi seçilir. Bu zaman cərrah əvvəlcə xüsusi cərrahi əməliyyat vasitəsilə periton boşluğuna kateter qoyur. Bu kateter vasitəsilə xəstənin periton boşluğu xüsusi tərkibli steril məhlulla doldurulur. Bu məhlula toksinlər və qanda olan metabolitlər keçir. Bir neçə saatdan sonra məhlul qarın boşluğundan çıxarılır, belə ki, məhlulda həll olmuş maddələr də bədəndən çıxır. Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumlarının köməyi ilə edə bilir. Yəni gündə 4-5 dəfə qarın boşluğundakı mayeni yenisiylə dəyişir. Məhlulun dəyişilməsi çox sadə əməliyyat olub 20 dəqiqə vaxt aparır. Bu əməliyyatı aparmaq üçün xüsusi bilik, təcrübə tələb olunmur. Amma əməliyyat zamanı gigyenik və aseptik qaydalara əməl eləmək lazımdır. Bəzi xəstələr periton dializinə üstünlük verirlər, çünki bu zaman özlərini daha azad və sərbəst hesab edirlər. Ölkəmizin ucqar bölgələrində yaşayanlar üçün periton dializinin əvəzedici böyrək dializi kimi tətbiqi daha əlverişlidir. Amma məhlulların bahalığı və həkimlərin informasiyasızlığı üsulun yayılmasına mane olur.
2023-02-26 08:25:00
Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən əhəmiyyətli orqanlarına aiddir. Orqanizmin normal həyat fəaliyyətinin saxlanılmasında onların rolu, əhəmiyyəti əvəzolunmazdır. Böyrəklərin strukturu və funksiyaları bir-biri ilə sıx əlaqədardır. Ekzogen və endogen xarakterli təsirlər nəticəsində böyrəklərin makro və mikro strukturunun pozğunluqları orqanın funksional qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Böyrəklər səbəbli əmələ gələn patologiyalar əksər hallarda həyat ilə uyuşmayan, hemostazın ağır dəyişikliklərinə səbəb olur. Ona görə də böyrəklərin morfolojiyası və histologiyası, funksiyalarının öyrənilməsi anatomların və patoloqoanatomlarının, fizioloqlarının diqqət mərkəzində durur. Böyrəklər cüt orqan olub, lobya formasındadır. Normal şəxslərdə uzunluğu11-14 sm, eni 5-7 sm, qalınlığı 3-4 sm bərabərdir. Yaşlı insanda bir böyrəyin çəkisi 150-160 qram olur. Böyrəklər orqanizmdə aşağıdakı proseslərin baş verməsində rol oynayır: - su-duz mübadiləsi - azot mübadiləsi - qələvi-turşu mübadiləsi - qanın laxtalanma prosesi - arterial təzyiq - tər vəzilərinin funksiyası. Bədəndən çıxarılması vacib olan mayenin xaric olunmasında əsas rolu böyrəklər oynayır. Böyrəklərin funksiyasının azalması və ya dayanması hemostazın ağır pozulmaları ilə müşayiət olunur. Böyrəklərin bu funksiyaları, yəni hemostazın tənzim olunması və maddələr mübadiləsinin son məhsullarının orqanizmdən çıxarılması bədənin heç bir orqanı tərəfindən kompensasiya oluna bilmir.
2023-02-26 08:21:00
Diz ağrılarından şikayət edənlərin sayı günü-gündən artmaqdadır. Dizlərdə ağrılar bir çox səbəblərdən baş verə bilər. Bəs ağrıların səbəbi nədir? Adətən dizlərdə ağrı ən çox yaş həddi və travmalarla əlaqdar olur. Diz oynaqlarında olan degenerativ-distrofik xəstəliklər səbəli dizlər daha çox ağrayır. Ağrılar özünü ən çox pilləkən çıxan zaman, uzun müddət oturub ayağa durduqda göstərir .Bu cür ağrılara səbəb aptroz xəstəliyidir. Aptroz xəstəliyi zamanı dizlərdə ağrılarla yanaşı səs də olur. Aptroz əsasən yaşlı adamlarda, sümüklərin kövrəkləşməsi nəticəsində baş verir. Xəstəliyin əmələ gəlməsində irsi faktor da böyük rol oynayır. Dizlərdə ağrıların olmasının başqa səbələri də vardır. Maddələr mübadiləsinin pozğunluğu zamanı da dizlərdə ağrılar olur. Bu zaman böyrəklər sidik turşusunu normal süzmək qabiliyyətinə malik olmur və nəticədə sidik turşusu qana keçir və podaqra xəstəliyi əmələ gəlir ki, bu zaman dizlərdə ağrı hissi olur. Sümük toxumasında kalsiumun miqdarının az olması ilə əlaqədar orqanizmdə kalsium çatmazlığı baş verir ki, bu zaman dizlərdə ağrılar müşayiət olunur. İnfeksiya səbəbli diz ağrıları oynaqlarda iltihabi proseslər baş verdiyi zaman olur. Artritlər, sidik-cinsiyyət orqanlarında infeksion xəstəliklər zamanı, kəskin bağırsaq infeksiyalarında dizlərdə ağrılar müşayiət olunur. Həddindən artıq fiziki yüklənmə də dizlərdə ağrılara səbəb ola bilir. Bu oynaqlarda mübadilə pozğunluqları baş verdiyi zaman oynaqarası toxumaların atrafiyaya uğraması nəticəsində baş verir. İmmuniteti aşağı olan adamlarda soyuq havalar zamanı dizlərdə ağrılar baş verə bilir. Düzgün olmayan qidalanma və həyat tərzi də dizlərdə ağrılara səbəb ola bilir. Revmatizm və revmatoid artrit xəstəlikləri dizlərdə sızıldayıcı ağrılara səbəb olan xəstəliklərdəndir. Bu xəstəliklər zamanı diz oynağı adətən soyuq havalarda sızıldayır. Artıq çəki problemi dizlərdə ağrıya səbəb olur. Belə ki, bədənin çəkisi normadan çox yüksək olduqda dizlərə güc düşür.
2023-02-26 08:15:00
Xroniki qlomerulonefrit geniş yayılmış böyrək xəstəliklərindəndir. Bu xəstəlik kişilər arasında daha çox yayılıb ETİOLOGİYASI: Bu xəstəlik vaxtında düzgün müalicə olunmamış kəskin qlomerulonefritin xroniki hala keçməsi nəticəsində baş verir.Bəzi hallarda müalicə olunmamış hamiləlik hefropatiyası da xroniki qlomerulonefritin əmələ gəlməsinə səbəb ola bilir.Xəstəlik böyrəyin yumşaq toxumasının zədələnməsi ilə xarakterizə olunur ki bu da tədricən inkişaf edib nefroskleroz və böyrək çatışmazlığına səbəb olur. Xroniki qlomerulonefrit çox vaxt müstəqil xəstəlik kimi meydana çıxır.Bəzi hallarda isə infeksion endokardit,qırmızı qurd eşənəyi hemorragik vaskulit də xəstəliyin əmələ gəlməsinə səbəb olur. PATOGENEZİ: Böyrəklərin zədələnməsi 2 variantda ola bilər 1İmmun 2Antitel İmmunokompleks variantda immun komplekslər böyrəklərdən ifraz olunmur,bu proses xroniki hala keçib xroniki qlomerulonefritin əmələ gəlməsinə səbəb olur. İkinci variantda bədənə antigenlər daxil olduqda ona qarşı anticismlər yaranır.Bu anticismlər eyni zamanda böyrək yumaqcıqlarının dibinə çökür və orada fiksasiya olur. PATOLOJİ ANATOMİYASI: Xəstəlik böyrək yumaqcıqlarının kapilyar daxili zədələnmələri ilə müşayət olununur.Xəstəlik təsnifatına görə bir neçə növlərə ayrılsa da hamısının kilinikası təxminən eynidir. KLİNİKASI Xroniki qlomerulonefrit ödem,hipertoniya və sidik simptomları , son mərhələdə isə xroniki böyrək çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir.Arterial təzyiqin artması xəstəliyin əsas əlamətidir.Patoloji əlamətlər sidikdə özünü daha çox biruzə verir.Buraya proteinuriya,slindruriya,leykosituriya,hemoturiya və başqa dəyişikliklər aiddir.Xəstəlik zamanı təzyiqin yüksək olması bəzi ağırlaşmalar verir ki , bunlara ürək çatışmazlığı ,ürək əzələsinin infarktı,insutu misal göstərmək olar. MÜAYİNƏSİ Xəstəliyin müayinəsində sidiyin analizi mühüm rol oynayır.Müayinə zamanı sıdıkdə qanın , zülalın , proteinin ,leykositlərin miqdarı normadan artıq olduğu aşkar olur. MÜALİCƏSİ: Əsasən 3 hissədən ibarətdir 1.Pəhriz 2.Rejim 3.Dərmanlar
2023-02-26 08:11:00
Müasir günümüzdə əhalinin əksər hissəsinin böyrəklərlə bağlı problemləri var. Böyrək xəstəlikləri sırasında birinci yerdə böyrək daşı xəstəliyi durur. Böyrəkdə daşın əmələ gəlməsinə müxtəlif səbəblər şərait yaradır. Bunlara aşağıdakılar aiddir. - duz əmələ gətirməyə meyilli qidalar - içməli su - irsi faktor - böyrəyin funksiyasının pozulması. Böyrəkdə daş olduqda böyrək funksiyası pozulur və qanda azotun, zülalın, kreatinin miqdarı artır ki, bu da orqanizm üçün təhlükəli sayılır. Bunun qarşısını almaq üçün vaxtaşırı böyrəklərn təbii yollarla təmizlənməsi lazımdır. Böyrəkləri təmizləməzdən əvvəl mütləq USM-dən keçmək və həkimə müraciət etmək lazımdır. Böyrəklərin təbii yollarla təmizlənməsinin bir-neçə üsulu var: 1. Acqarına 1 stəkan xiyar suyu içməklə böyrəklərinizi təmizləyə bilərsiniz. Bu proseduru istədiyiniz qədər təkrarlaya bilərsiniz. 2. Bağayarpağı şirəsini 10-15 gün müddətində hər səhər acqarına içmək böyrək təmizlənməsində faydalıdır. 3. 1 armudu stəkan zeytun yağının üzərinə 1 limon sıxılır və acqarına içilir. 4. Qarpızla təmizlənmə zamanı gün ərzində çoxlu miqdar qarpız yeyilir. Qarpız sidikqovucu təsirə malikdir və böyrəyin təmizlənməsində tayı-bərabəri yoxdur. Bu təmizlənmə üsulundan şəkərli diabet xəstələri və böyrəklərinin süzmə qabiliyyəti zəif olan adamlar istifadə etməkdən çəkinməlidirlər. 5. Yarpız çayı dəmləməsi də böyrəklərin təmizlənməsi üçün əvəzsiz müalicə vasitəsidir. 6. Cəfəri və kərəviz çayları da güclü böyrək təmizləmək qabiliyyətinə malikdirlər. Amma bu çaylardan çox istifadə etmək arterial təzyiqi aşağı sala bilər. Buna görə də cəfəri və kərəviz çaylarından istifadə edən zaman təzyiqi nəzarət altında saxlamaq lazımdır.
2023-02-26 08:05:00
Xroniki böyrək çatışmazlığı simptomokompleks olub, hemostazın pozulması ilə meydana çıxan, nefronların durmadan məhvinə səbəb olan, xroniki, ikitərəfli böyrək xəstəlikləri nəticəsində baş verən, böyrəklərin funksiyasının uzun müddətli, proqressiv pozulmasıdır. Bununla belə böyrəklər müxtəlif metobolitlərin ekskresiyası, su-duz, qələvi-turşu, osmotik hemostazın sabitliyini təmin etməkdə böytük kompensator imkanlara malikdir. Hətta 50% nefronların məhvi adətən simptomsuz keçir və heç bir əlamət vermir. Dünya Səhiyyə Təşkilatı böyrək çatışmazlığı xəstələrinin günü-gündən artdığını bildirir. Xroniki böyrək çatışmazlığının 3 mərhələsi ayırd edilir I mərhələ - Bu zaman böyrək çatışmazlığının əlamətləri müşahidə edilmir, amma böyrək zədələnməsi əlamətləri ön planda diqqəti cəlb edir. Bu əlamətlərə aiddir: - nefrotik sindrom - tubulyar sindrom - sidik sindromu - arterial təzyiqin yüksəlməsi - proteinuriya - ödemlər. II mərhələ - Bu mərhələ böyrək çatışmazlığı simptomlarının müxtəlif kombinasiyası və onun dərəcəsi ilə müşahidə olunur. Bu mərhələdə birinci mərhələnin simptomlarına uremiya simptomu əlavə olunur. III mərhələ - Bu mərhələ son mərhələ hesab olunmaqla böyrəklərin ən ağır vəziyyəti hesab edilir. Bu zaman əgər dializ müalicəsi başlamasa, uremik intoksikasiyanın ağır təzahürləri meydana çıxır. Böyrək çatışmazlığının əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır: Böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər - xroniki qlomerulonefrit - yarımkəskin qlomerulonefrit - pielonefrit - intersistal nefrit. Böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın diffuz xəstəlikləri - qırmızı qurd eşənəyi - sistem sklerodermiya - düyünlü periarterit - hemoragik vaskulit Mübadilə pozğunluğu xəstəlikləri - şəkərli diabet - amiloidoz - podaqra - sistinoz - hiperkalsinuriya böyrəklərin anadangəlmə, irsi xəstəlikləri - böyrək polikistozu - diffuz mezangial nefroskleroz - nefropatiya ilə keçən skletin anadangəlmə xəstəlikləri Damarların birincili zədələnmsi - bədxassəli hipertoniya xəstəliyi - esensial hipertoniya Obstuktiv nefropatiyalar - böyrəkdaşı xəstəliyi - hidronefroz - sidik-cinsiyyət sisteminin şişləri.
2023-02-26 08:01:00
Pielonefrit böyrək ləyəni və kasacıqlarının,böyrək parenximasının,xüsusən ara toxumanın qeyri spesifik iltihabi xəstəliyidir.Xəstəlik ən çox uşaq yaşlarında təsadüf olunur.Yaşlılarda isə uşaq vaxtı sağalmamış pielonefritin davamı kimi xarakterizə olunur.Kişilər arasında xəstəliyin baş vermə səbəbi kimi prostat vəzin xoşxassəli hiperplaziyası göstərilir. Pielonefrit ən çox rast gəlinən böyrək xəstəliklərindən olub ən çox yayılmış xəstəliklər sırasındadır. TƏSNİFATI:
2023-02-26 07:51:00
İnfeksion rinit virus infeksiyaları tərəfindən törənən xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində orqanizmin müxtəlif faktorları rol oynayır. Yaş, fiziki aktivlik, yaşanan şərait, orqanizmin immuniteti, adaptasiyası, keçirdiyi xəstəliklər bu faktorlara daxildir. İnfeksion rinit xəstəliyinə ən çox azyaşlı uşaqlar yoluxurlar. Xəstəlik ən çox epidemiya şəklində yayılır və məktəb, bağça uşaqlarının demək olar ki, hamısına yoluxur. İnfeksion rinit xəstəliyi əsasən payız və qış aylarında epidemiya şəklində baş verir. Xəstəliyin 2 forması var: - kəskin - xroniki. İnfeksion rinit xəstəliyinin kəskin fotması burunun selikli qişasının zədələnməsi ilə özünü biruzə verir. Xəstəlik qrip, paraqrip, adenovirus, kəskin-respirator virus xəstəliklərinin əlamətləri kimi özünü biruzə verir. Xəstəliyin əmələ gəməsində Streptococcus pneumoniae, Streptococcus pyogehes bakteriyaları mühüm rol oynayır. Bu bakteriyaların müxtəlif streotipləri bir-birini əvəz edib xəstəliyin əmələ gəlməsinə səbəb ola bilirlər. Xəstəliyi törədən mikroblar burun yollarına hava-damcı vasitəsilə yoluxurlar. Burun boşluğuna düşən mikrob burun-boğaz nahiyyəsində də hüceyrə membranına daxil olur və həmin hissənin toxumalarını zədələyir. Zədələnən hissədə qızartı, şikinlik və infiltrat əmələ gəlir. İnfeksion rinitin baş verməsinə yalnız bakteriyalar deyil, quru isti hava, kimyəvi maddələr (ammonyak, formalin, azot qazı, bəzi turşu məhlulları) də səbəb ola bilir. Xəstəliyin ilkin əlaməti burun yollarının tutulması və boğazda quruluq hissinin olmasıdır. Qısa müddətdən sonra burun açılır və selik axmağa başlayır. Bu zaman burun və burunətrafı nahiyyədə qızartı və şişkinlik əlamətləri qeyd olunur. İlk günlər burundan axan selik, bir-neçə gün sonra irinli iltihabla əvəz olunur. Bunlardan başqa xəstədə aşağıdakı əlamətlər özünü biruzə verir: - əzabverici öskürək - qızdırma - halsızlıq - əzələlərdə ağrı. Xəstəliyin kəskin dövrü 7-10 gün olur. İnfeksion rinitin xroniki formasına nadir hallarda rast gəlinir. Xəstəyə yataq rejimi təyin edilir. Çoxlu maye qəbulu məsləhət görülür. Xəstəliyin ağırlaşmasının baş verməməsi üçün həkimə müraciət etmək lazımdır.
2023-02-26 07:41:00
Böyrək çatışmazlığı xəstələrində aşağıdakı ümumi əlamətlər özünü göstərir: - baş ağrıları - baş gicəllənmə - süstlük - ürəkbulanma - öyümə - qusma - ödemlər - pozulmuş sidik ifrazı. Bunlardan başqa böyrək çatışmazlığı xəstənin daxili orqanlarında da bəzi patoloji əlamətlərlə özünü biruzə verir: Tənəffüs orqanları: Xəstələrdə təngnəfəslik və asidoz özünü göstərir. Ağciyərlərdə azot mübadiləsinin son məhsulları yığılır və durğunluq əmələ gəlir ki, bu da ağır dəyişikliklərə səbəb olur. Rentgenoqrammada ağciyərlərin kökündə kəpənək qanadlarına oxşayan kölgə görünür ki, bu da uremik ağciyər adlanır. Xəstəliyin ağır hallarında plevraya su yığılır, bəzi xəstələrdə pnevmoniya inkişaf edir. Ürək. Böyrək çatışmazlığı zamanı ürəyin vəziyyəti arterial təzyiqin səviyyəsindən asılı olur. Böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər. Xroniki böyrək çatışmazlığı xəstələrində perikardit əmələ gəlir ki, bu da hemodializlə müalicə olunmadıqda 2-3 həftə ərzində xəstənin ölümünə səbəb olur. Mədə-bağırsaq sistemi. Xroniki böyrək çatışmazlığı xəstələrində stomatit, parotit, qastrit, enterit, kolit və uremik psevdoperitonit müşahidə olunur. Xəstələrin dili quru, üstü qəhvəyi ərplə örtülmüş olur. Ürəkbulanma, qusma, iştahsızlıq, ağızda pis qoxunun olması belə xəstələr üçün xarakterik sayılır. Sümük-oynaq sistemi. Kalsium-fosfor mübadiləsinin pozulması nəticəsində böyrək çatışmazlığı xəstələrinin sümük-oynaq sistemində ağır dəyişikliklər baş verir. D vitamininin büzüşmüş böyrəklərdə aktiv formaya keçə bilməməsi nəticəsində kalsiumun bağirsaqlardan qana sorulması prosesi pozulur. Xroniki böyrək çatışmazlığı zamanı mədə-bağırsaq sistemi vəziləri bədəndəki zəhərlənməni aradan qaldırmaq məqsədilə çoxlu miqdarda azot mübadiləsinin son məhsullarını ifraz edirlər. Bu da mədə-bağırsaq sistemi üzvlərinin selikli qişalarının zədələnməsinə səbəb olur. Sinir sistemi. Böyrək çatışmazlığı xəstələrinin sinir sistemində və psixi fəaliyyətində baş verən dəyişikliklər hıçqırma, hipotermiya, əzələdə qıcolmalar, psevdotetaniya, süstlük, yuxululuq, koma şəklində təzahür edir. Dəri. Xroniki böyrək çatışmazlığı xəstələrinin dərisinin rəngi avazımış, sarımtıl, yaxud qəhvəyi torpaq rəngində quru və elastikliyini itirmiş olur. Dərid qaşınmalar baş verir ki, bu da dəridə dırnaq cızması izlərinin olmasına səbəb olur. Bəzən dəridə müxtəlif yaralara, allergik səpgilərə rast gəlmək olur.
2023-02-26 07:31:00
Böyrək səbəbli arterial təzyiqin olmasının tibbdə renovaskulyator arterial hipertenziya adlanır. Xəstəlik hər iki böyrəyin arterial qanla təchizatının pozulması nəticəsində əmələ gəlir. Xəstəlik ən çox 40 yaşdan yuxarı şəxslərdə rast gəlinir. Xəstəliyin əmələ gəlməsinə böyrək arteriyalarının aterosklerotik stenozu, bəzi hallarda fibromuskulyar displaziyasıdır. Renovaskulyator arterial hipertenziya yalnız baş böyrək arteriyasının deyil, həmçinin böyrəklərin tək-tək seqmentlərini qanla təchiz edən böyrək arteriyasının kiçik şaxələrinin aterosklerotik zədələnməsi nəticəsində meydana çıxa bilir. Böyrək səbəbli arterial təzyiqin qalxmasına səbəb böyrək arteriyasının birtərəfli daralması nəticəsində böyrəklərin hormonal sisteminin və sinir sisteminin pozulmasıdır. Xəstəlik daima yüksək olan arterial təzyiq, kreatinin artması və böyrəklərin funksiyasının pozulması ilə müşayiət olunur və təzyiq terapiyaya tabe olmur. Diaqnoz angioqrafiyanın, uroqrafiyanın, radionuklid renoqrafiyanın nəticələrinə əsaslanır. Müalicə 2 istiqamədə aparılır: 1. Arterial təzyiqə nəzarət. 2. Böyrəklərin funksiyasının yaxşılaşması. Müalicə həm cərrahi, həm də medikamentoz üsulla aparılır. Angioplastika və cərrahi müdaxilənin nəticələri yaxşılaşdıqca dərman müalicəsinin əhəmiyyəti azalır. Buna baxmayaraq arterial təzyiq nəzarət altında saxlanırsa, böyrəklərin funksiyası pozulmursa, xüsusən də yaşlı şəxslərdə medikamentoz müalicə uzun müddət davam edir.
2023-02-26 07:21:00
Nefropatiya -böyrəklərin funksiyası ilə əlaqədar olan xəstəlikdir. Ümumi məlumatlar. Şəkərli diabetdə nefropatiya böyrək damarlarının zədələnməsi nəticəsində meydana gəlir. Səbəbləri. Böyrəklərin damar sisteminin pozulmasına səbəb hiperqlikemiya və yüksək arterial təzyiqdir. Bu zaman böyrəklər öz filtirasiya funksiyasını yerinə yetirə bilmir, sidikdə konsentrasiyası yüksək olan maddələr toplanır( zülal). Simptomları . Bu ağırlaşmanın əsas təhlükəsi ondan ibarətdir ki, çox ləng və tədricən inkişaf edir,uzun müddət gizli qalır, çünki kliniki olaraq xəstədə diskomfort hissi olmur. Böyrəklərin çox kəskin patoloji mərhələsində ( çox vaxt terminal ) xəstələr böyrəklərində ağrıdan şikayətlənir, bu da orqanizmin azotlu birləşmələri ilə intoksikasiyası ilə əlaqədardır. Belə ki , bu mərhələdə xəstəyə yardım etmək həmişə mümkün olmur. Özünüzə qarşı diqqətli olun və aşağıdakı simptomlar meydana çıxdıqda, həkimə müraciət edin: - əllərdə, topuqlarda və ya gözlərin altındakı şişkinlik - yeriş zamanı və ya dağa qalxarkən baş verən təngənəfəslik - yorğunluq - yuxusuzluq - iştahanın itməsi - ürəkbulanma Bu zaman həkimin və pasiyentin əsas məqsədi diabetik nefropatiyanın diaqnozunu vaxtında qoymaq və bu xəstəliyə qarşı adekvat terapiyanı aparmaqdan ibarətdir. Diabetik nefropatiyanı ilkin mərhələlərdə aşkar etmək mümkündür. Bundan ötrü müntəzəm olaraq sidiyin analizini vermək,(mikroalbumunuriyaya görə,kreatinin və sidik cövhərinə görə) birinci tip şəkərli diabet xəstələri yarım ildə bir dəfə, xəstəliyin başlanğıcından 5 il sonra bu analizləri verməlidirlər. Ikinci tip şəkərli diabet xəstələr isə ildə 1 dəfə bu analizləri verməlidirlər. Bu analizlər nefropatiyanın kliniki əlamətləri üzə çıxana qədər onun başlanğıcını aşkar etməyə imkan verir və onun qarşısını almağa kömək edir. Bundan əlavə mikroalbuminuriyanın müxtəlif express-diaqnostika metodları mövcuddur: - sidik üçün test-zolaqlar,absorbsiyaedici tabletlər və s. Bu metodlardan istifadə etməklə 5 dəq. müddətində sidikdə çox dəqiq albuminin mikrokonsentrasiyasını müəyyən etmək olar. Əgər sidiyin ilkin analizində təkrarən albuminin miqdarı 20mq/ l olarsa onda sutkalıq sidiyin müayinəsi tələb olunur. Bu analliz sidiyin xüsusi çəkisini və sidikdə zülalın miqdarını müəyyən etməyə imkan verir. Daimi olaraq mikroalbuminuriyanın olması ( ilk 5-7 il) diabetik nefropatiyanın inkşafını təsdiq edir. Bunun müalicəsində şəkərli diabetin kompensasiyasını həyata keçirmək, yüksək təzyiqi normal həddə çatdırmaq lazımdır. Nefropatiyanın inkişaf mərhələsində zülalı məhdudlaşdıran xüsusi pəhriz təyin olunur. Profilaktik tədbirlər. Bu zaman arterial təzyiqə nəzarət etmək( təzyiq 130/85 - dən yuxarı olmamalıdır) , siqaretdən imtina etmək( nikotin damardaraldicı effektə malikdir) və qanda şəkərin miqdarına nəzarət etmək lazımdır.
2023-02-26 07:11:00
Kinbek xəstəliyi insanın sümük toxumasının strukturunu dəyişməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəlik onu ilk dəfə kəşf edən avstryalı həkim Kinbekin şərəfinə adlandırılmışdır. Xəstəlik sümük toxumasının əriməsi nəticəsində oynaq sümüklərinin tam və ya hissəvi məhv olmasıdır. Xəstəliyin əmələ gəlməsinə sümük toxumasının müxtəlif travmalar nəticəsində nekroz toxumayla əvəz edilməsi səbəb olur. Kinbek xəstəliyinin klinikası osteoxondropatiyaların klinikasına bənzəyir. Xəstəlik zamanı xəstə sümük toxuması yerləşən nahiyyədə ağrı hissi, ağırlıq hissi, gərginlik, zəiflik hiss edir. Zədələnmiş sümük toxuması olan hissə ağırlığa davam gətirmir. Əgər əl və ya qol nahiyyədə xəstəlik əmələ gələrsə, həmin hissədə olan qolun yük götürmə qabiliyyəti olmur. Sakitlik şəraitində belə həmin sümüklərdə qəfil ağrılarla rastlaşmaq olur. Xəstəliyin dərəcəsi nə qədər ağır olursa, olsun dəri toxumasında heç bir patologiya görünmür. Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoqrafiyanın nəticələri əsas götürülür. Rentgendə xəstəliyə uğramış sümükləri deformasiyası, kiçilməsi və kövrəkləşməsi görünür, sümük toxumasının struktur dəyişikliyə uğraması aydınca hiss olunur. Kinbek xəstəliyinə tutulan adamlar qəfil hərəkət etdikləri zaman sümüklərində sınmalar və çatlamalar baş verir. Sümük toxumasında baş verən bu xəstəliyin diaqnozi vaxtında müəyyən edilərsə, müxrəlif fizioteratevtik müalicələrlə və dərman müalicəsi ilə xəstəliyin irəliləmə sürətini azaltmaq mümkün olur. Əgər xəstəlik irəliləmişsə, xəstəyə fiziki aktivlik zamanı diqqətli olmaq tapşırılır. Sınıqlar meydana gəldiyi zaman gips sarğısı tərtib edilir.