Digərləri

Üzük qaşlarındakı yazılar haqqında

2023-01-03 23:10:00

Rəvayətlərdən birində deyilir: Nuh (ə) gəmisinə mindiyi zaman Allah-təaladan belə bir vəhy olundu. "Ey Nuh ! Tufan şiddətləndiyi zaman gəminin qərq olma təhlükəsi olarsa min dəfə (La ilahə illəllah) kəlməsini təkrarla və nicat tapmanız üçün dua et. Gəmi yola düşür, bir qədər getdikdən sonra cox şiddətli bir tufan başlayır. Nuh (ə) min dəfə la illahə illəllah kəlməsini iqrar edə bilməyəcəyini görüb Səryanı dilində

Çarli Çaplinin sevdiyi “CÜCƏLƏRİM”in ruhunu necə öldürdülər? –

2023-01-03 23:08:00

Nə az, nə çox 45 illik ömründə yaratdığı əsərləri ilə hələ də yaddaşlardan silinməyən sənətkar. Yaradıcılığının ən gözəl, çiçəkləndiyi bir dövrdə həyatına, hər kəsə vida edən o şəxsiyyət Qəmbər Hüseynlidir. Demək olar ki, o, sənət aləmində xalqa xidməti həyatının əsas meyarına çevirmiş sənətkarlardan olub. Həyatı: Qəmbər Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dünyaya göz açıb. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Son.az bizim.media-ya istinadən bildirir ki, Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarır. Onu məşhurlaşdıran "Cücələrim" Bütün məşhur əsərlər, mahnılar kimi "Cücələrim"in də taleyi qəribə çətinliklərlə yadda qalıb. Belə ki, mahnı yazıldığı tarixdən düz 10 il sonra öz kulminasiya nöqtəsinə çatıb. "Cücələrim" əsərinin yaranması ilə bağlı bir sıra fərziyyələr irəli sürülür. Amma  həmin versiyalardan birində deyilir ki, 1947-ci ildə Gəncə Flarmoniyasında bədii rəhbər işləyərkən Qəmbər Hüseynli bu əsəri yaradır. "Cücələrim" Gəncə şəhəri 20 saylı orta məktəb şagirdlərinin xor kollektivinin Bakıdakı olimpiadada ifa etmələri üçün yazılır. Mahnının da ilk ifaçılarından biri Qəmbər Hüseynlinin rəhbəri olduğu Sazçı Qızlar Ansamblının solistlərindən Səmayə Mirzəyeva olur. Sonra isə mahnını Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Muğam Teatrının direktoru kimi çalışmış, mərhum Arif Qazıyev və Münəvvər Seyfullayev ifa ediblər. Arif Qazıyev sonradan verdiyi müsahibələrdə dəfələrlə vurğulayıb ki, "Cücələrim" mahnısı onun öz uşaqlığının xatirəsidir. "Cücələrim"i Çarli Çaplin belə səsləndirib... Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!". "Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Sənətkarın acı həyat sonluğu 300-dən çox sevilən musiqi əsərinin müəllifi olan Qəmbər Hüseynli heç də rahat həyat yaşamayıb və səhhəti çəkdiyi əzab-əziyyətlərə tab gətirə bilməyib. Böyük bəstəkar xalqımızın millətsevər övladları Hüseyn Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə görə həbsxana küncünə atılır. Bu "cinayət"ə görə repressiya qurbanına çevrilən Qəmbər Hüseynli həbsxanada da çalıb-oxuyanları ətrafına toplamış, hətta özü tar da düzəldibmiş. Həbsdən geri döndükdən sonra bəstəkar ailəsi ilə Bakıda zirzəmini xatırladan yarıqaranlıq mənzildə yaşamalı olur. Lakin bir gün də olsa, yaradıcılığından qalmır, sanki tanrının ona verdiyi ömrün çox qısa olduğunu duymuş kimi hər şeyə tələsir, gecə-gündüz çalışırmış. Sonralar Qəmbər Hüseynliyə təzə mənzil versələr də, həbsxana həyatı, neçə illər yaşadığı rütubətli ev "xalq düşmənləri"ni müdafiə etdiyinə görə aldığı ağır tənələr öz işini görmüşdü. Ağır xəstəlik onu 44-45-də yaxalayır və çox keçmədən - 1961-ci il iyulun 31-də 45 yaşında əbədi olaraq gözlərini yumur. Təzə mənzilində heç iki il də yaşaya bilmir. Qısa həyat sürsə də onun misilsiz musiqi əsərləri, bəstələdiyi mahnılar və xalqımızın laylasına çevrilən "Cücələrim" Qəmbər Hüseynlinin ruhunu sonsuza qədər yaşadacaq. Və heç şübhəsiz ki, hələ uzun illər nəinki xalqımızın, dünyanın bütün uşaqlarının sevimli nəğməsi kimi səslənməyə davam edəcək.

2022ci ildə həbs olunan MƏMURLAR –

2023-01-03 23:07:00

Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin isə həbsləri ilə yadda qaldı. Ələxsus da, külli miqdarda mənimsəmə və korrupsiyada ittiham olunan xeyli sayda məmur kreslodan birbaşa dəmir barmaqlıqlar arasına yollandı. Eyni zamanda ötən ilki həbslər müstəqillik tarixinin ən böyük mənimsəmə faktlarını da ortaya çıxardı.

Bu ölkə “Tesla” şirkətini

2023-01-03 22:58:00

Cənubi Koreya iş adamı İlon Maskın elektrikli avtomobil istehsal edən "Tesla" şirkətini 2,2 milyon dollar cərimələyib.

Yemək yeməyin qaydaları haqqında

2023-01-03 22:55:00

Yemək yeyərkən müstəhəb olan şeylər. Yaxşı olar ki, insan bardaş qurduğu və ya dizləri üstə oturduğu halda yeməyi sağ əli ilə yesin. Yemək yeyildikdən əvvəl və sonra əlləri yumaq və dişləri fırça ilə təmizləmək lazımdır. Yaxşı olar ki, insan yeməyi tək yeməsin. Süfrə açıldıqda qulluqçu və xidmətçiləri dəvət edib onlarla birlikdə yemək daha yaxşı olar. Ev sahibi yeməyə hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Ev sahibi əllərini hamıdan tez yumalı və sonra teşt onun sağ tərəfində oturana ötürülməlidir. Bu qayda ilə hamı əllərini yuyub ev sahibinin sol tərəfində əyləşən şəxsdə qurtarmalıdır. Yeməyə başlamazdan əvvəl "Bismillah", qurtardıqdan sonra isə "Əlhəmdulillah" deməyə xüsusi diqqət yetirmək lazımdır. Yaxşı olar ki yemək yeməzdən əvvəl və sonra bir qədər duz dadılsın.

Gülbahar Şükürlüdə yenidən xərçəng

2023-01-03 22:54:00

Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən baş qaldırıb.

Gecəni sübhə qədər namaz qılanlar

2023-01-03 22:50:00

Allah-taala "Furqan" surəsində özünün yaxşı bəndələrinin səciyyələrindən birinin gecəni sübhə qədər namaz qılmaq olduğunu qeyd edir: وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّداً وَقِيَاماً

Tovuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var

2023-01-03 22:46:00

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ürək tutması və infarkt zamanı yardım. Bu bilgilər insanın həyatını qurtara bilər

2023-01-03 22:45:00

Ürəkdə ağrı adətən fiziki gərginlik və ya stress nəticəsində əmələ gələ bilər. Əvvəl döş sümüyü arxasında sıxıcı ağrılar başlayır, sonra onlar kəsici xarakter alır.

Zarafat etməyin, gülməyin, danışmağın və qulağa söz deməyin...

2023-01-03 22:40:00

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Üç nəfərlik və ya sayı az olan məclis əhlinin ikisi bir-biri ilə pıçıltı ilə danışması üçüncünün (və ya orada iştirak edənlərin) narahatçılığına səbəb olar. Bu narahatçılıqların yaranmaması üçün məclis əhli bir-birləri ilə gülər üzlə davranmalı, can deyib can eşitməlidir."

Aşağı təzyiqdən əziyyət çəkənlər Həyati təhlükə var

2023-01-03 22:35:00

Arterial hipotenziya dünyada 30% insanın əziyyət çəkdiyi simptomdur.

Kəpək niyə əmələ gəlir?

2023-01-03 22:30:00

Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.

Türkiyə və Bolqarıstan arasında qaz sazişi

2023-01-03 22:27:00

Bolqarıstanın "Bulgargaz" şirkəti ilə Türkiyənin dövlət şirkəti "Botaş" çərşənbə axşamı terminallara və türk şirkətinin qaz nəqli şəbəkəsinə çıxışı təmin edən qaz müqaviləsi imzalayıb.

Qarın ağrılarının xəritəsi

2023-01-03 22:25:00

Qarın nahiyəsindəki ağrıları bu xəritə ilə analiz et

Ayaqqabbıların və çəkmənin rəngləri

2023-01-03 22:20:00

Gündəlik isdifadə olunan ayaqqabılar üçün ən münasib rəng ağ və sarıdır. Uzunboğaz çəkmələr isə yaxşı olar ki, qara rəngdə olsun. Uzaq yerlərə gedərkən yaxşı olar ki,qırmızı rəngli ayaqqabılardan isdifadə olunsun. Yaxın məsafələr üçün isə bu rəngli ayaqqabılar heç də əlverişli deyildir. Nəleyn qabaq və arxa hissəsi yaxşı olar ki, bir qədər hündür orta hissəsi isə azacıq batıq olsun . Nəleyn üçün isə ən münasib rəng ağ və sarı rənglərdir.

Yeni müalicə üsulu

2023-01-03 22:15:00

İspaniyalı alimlər fəqərələr arasında olan disklərin yırtıqlarının yeni müalicə üsulunu hazırlayıblar. Bu ciddi xəstəliyə düçar olan insanlar hərəkət edərkən çox güclü ağrılarla üzləşirlər.

Qeyriqida məhsulları sürətlə bahalaşır: Qiymətləri

2023-01-03 22:12:00

Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaşıb.

Gözə sürmə çəkmə haqqında

2023-01-03 22:10:00

Hələ qədim zamanlardan sürmədən müalicəvi məqsədlər üçün isdifadə olunurmuş.

Xaçmazda Sumqayıt sakininin

2023-01-03 22:08:00

Xaçmazda Sumqayıt sakini, 1962-ci il təvəllüdlü Əliyev İsmayıl Bəxtiyar oğlunun meyiti tapılıb.

Saxta pendirləri necə ayırd etməli?

2023-01-03 22:05:00

Pendir... Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər ən çox istifadə etdiyimiz qidalardan biri olsa da, onun necə hazırlanması, hazırlanarkən hansı saxtakarlığa yol verildiyi və keyfiyyətli qidaları necə ayırd edilməsi barədə bir çox insan məlumatszıdır.

Aralıq dənizi pəhrizi dəbdə olan pəhrizdir

2023-01-03 22:01:00

Bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhrizlərdən biridir. Sizə 5-günlük aralıq dənizi pəhrizinin bir variantını təqdim edirik.

Süni intellekt ölümü vaxtından əvvəl proqnoz etdi

2023-01-03 21:25:00

Süni intellekt sahəsindəki yeni çalışmalar insanın nə vaxt öləcəyini öncədən deməyə imkan verdi. Maşın 90% dəqiqliklə hər hansı insanın ölüm vaxtını deyə biləcək.

Təzə paltarların geyilməsi haqqında

2023-01-03 21:20:00

Peyğəmbər (s) və imamlardan nəql olunmuş hədis və rəvayətlərdə təzə paltar geyilərkən bəzi duaların oxunması tövsiyə edilmişdir. Məsələn: imam Məhəmməd Baqir (ə) bu duanın oxunmasını tövsiyə edərdi:

"3x4"ə şəkillərdə niyə gülmək olmaz?

2023-01-03 21:19:00

Bu günə olan mövzu sənədlərdəki fotolarda gülmüsəməyin niyə qadağan olması ilə bağlıdır.

Oturaq həyat tərzi təhlükəlidir

2023-01-03 21:15:00

ABŞ-inin alimləri xəbərdarlıq edirlər ki, oturaq vəziyyətdə işləyən insanlar daha tez-tez ürək xəstəliklərə düçar olurlar. Gün ərzində 6 saatdan artıq oturaq vəziyyətdə işləyəməyə məcbur olan  cavan insanların bir hissəsi 15 ildən sonra müxtəlif xəstəliklər  üzündən hətta dünyasını da dəyişə bilərlər.

Niyə yumurtalar ağ və sarı olur?

2023-01-03 21:14:00

Marketlərdə yumurta alarkən sarı və ağ rənglər arasında seçim edirik. Əksəriyyət isə onların fərqini bilmir.

Qablardan istifadə etmək haqqında

2023-01-03 21:10:00

Qızıl və gümüş qablardan bir şey yeyib-içməyə icazə verilmir.Şəriətdə bu iş haram sayılır.

Qaraciyəri dərmansız müalicə edən hərəkət

2023-01-03 21:05:00

İlk baxışdan onurğa və bel əzələləsi üçün əla hərəkət olan bu poza qaraciyərə gözəl terapevtik müalicəvi təsir edir.

Qıcolmalar zamanı ilk yardım

2023-01-03 21:01:00

Qıcolmalar - bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?

Allahın sifətləri

2023-01-03 20:55:00

İslam Bilik və Elm dinidir. Musəlmanlar gərək elmi bacardığları qədər öyrənsinlər.

Yeməkdən sonrakı qaydalar haqqında

2023-01-03 20:50:00

İmam Rza (ə)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: "Nahar yeməyindən sonra bir qədər uzanmaq mədənin həzminə müsbət təsir göstərir. Daha yaxşı olar ki, uzandığınız zaman sağ əlinizi başınızın altına, sol əlinizi mədənizin üstünə, sağ ayağınızı isə sol ayağınızın üzərinə qoyasınız. Şam yeməyindən sonra isə bir qədər uzanmaq daha məqsədə uyğundur.

Bazarlarda bu "VİRUS" yayılıb

2023-01-03 20:48:00

Son günlər demək olar ki, hər kəs bahalaşmadan gileylənir. Bayramlar isə bu gileyləri daha da alovlandırır. Məsələn, bu günlərdə paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.