Digərləri
2023-01-04 15:02:00
Ekspert "İnter az" kanalı ilə bağlı gizlinləri açıqlayıb və cəmiyyətə çağırış edib "Cəmiyyət "İnter az" kanalı kimi yayım orqanları ilə mübarizədə diqqətli olmalı, kanalın auditoriyasına çevrilməməlidir".
2023-01-04 14:53:00
Hollivudun məşhur aktrisası Ancelina Coli 2023-cü ilə yeni sevgi ilə daxil olub.
2023-01-04 14:42:00
Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi "Niva" markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.
2023-01-04 14:31:00
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft cüzi ucuzlaşıb.
2023-01-04 14:09:00
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası baş verib. Qəza ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.
2023-01-04 13:14:00
Koreya Respublikasının ilk Ay zondu olan Danuri Ayın və Yerin səthinin ağ-qara fotoşəkillərini göndərib.
2023-01-04 10:39:00
Şəki xanı olmuş Hacı Əbdülqadir xan hakimiyyətə necə gəldi və hansı formada devrildi?
2023-01-04 10:28:00
Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb.
2023-01-04 09:44:00
Astana hava limanında güclü duman səbəbindən "Lufthansa"nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
2023-01-04 08:56:00
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətdə nominal effektiv məzənnəsi 96,6 bənd təşkil edib.
2023-01-04 08:55:00
Bakının Xəzər rayonununda 38 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.
2023-01-04 08:51:00
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 3 avtomobilin keçməsinə şərait yaradılıb.
2023-01-04 08:28:00
Gəncədə İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi vəfat edib.
2023-01-04 08:16:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq iyirmi dördüncü gündür ki, davam edir.
2023-01-04 07:55:00
Fevralın 3-də Bakıda təqdim olunacaq Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsi minimal vəsaitlə və Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın dərhal nəqlinə imkan verəcək.
2023-01-04 07:35:00
"Yalı çapkını" serialının baş rol oyunçusu uşaqlıq şəkillərini sosial mediada paylaşıb.
2023-01-04 07:07:00
Tovuz sakini özünü qatarın altına ataraq intihar edib.
2023-01-04 02:38:00
2023-cü ilin addım səsləri aydın eşidilməkdədir. Artıq 2022-ci il tarixə çevrilir. Tarixə çevrilən 2022-ci il yəqin ki, yaddaşlarda çoxlu sayda şirinli-acılı hadisələrlə qalacaq. Bir də məşhurların qalmqallı eşq macəraları ilə.
2023-01-04 01:48:00
Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kanalı antisanitar vəziyyətdədir.
2023-01-04 00:31:00
Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. Artım xüsusilə bayram günləri daha çox hiss edilir.
2023-01-04 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-01-03 23:55:00
Pul! Nədir pul? Varlı üçün hər şeydir, kasıb üçün heç nədir. Bu yerdə bu misralar düşür yada.
2023-01-03 23:50:00
Hər gecə öz-özünüzlə hesab çəkin. Ey insan, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf- çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsini ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, "Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin"
2023-01-03 23:45:00
Hər il depressiyadan əziyyət çəkən insanların sayı artır.
2023-01-03 23:40:00
Su, dünya və axirətin ən xeyirli və ən dadlı içkisidir. Ondan səmərəli isdifadə edin və israfa yol verməyin. Allahın bu gözəl nemətlərindən lazımınca isdifadə edən şəxs cənnətin bütün içkiləri ilə təmin edilər.
2023-01-03 23:35:00
Əgər siz özünüzü işə sərf edirsizsə, əvəzində rəhbərlikdən tərif, mükafat və irəliləmə görmürsüzsə, o zaman sizə ən axı xroniki stress və onun ağır fəsadları diaqnozunu qoymaq olar.
2023-01-03 23:30:00
Epilyasiya - üz və bədəndən arzuolunmaz tüklərin təmizlənməsidir. Salon epilyasiyasının bir neçə növü vardır. Hal-hazırda ən məşhurları lazerlə olan epilyasiya və fotoepilyasiyadır.
2023-01-03 23:25:00
Skleroz əleyhinə, damar genişləndirici, ürək və beyin damar spazmlarını aradan qaldıran bu resept ümumi səhhətinizə müsbət təsir göstərəcək.
2023-01-03 23:11:00
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb.
2023-01-03 23:10:00
Rəvayətlərdən birində deyilir: Nuh (ə) gəmisinə mindiyi zaman Allah-təaladan belə bir vəhy olundu. "Ey Nuh ! Tufan şiddətləndiyi zaman gəminin qərq olma təhlükəsi olarsa min dəfə (La ilahə illəllah) kəlməsini təkrarla və nicat tapmanız üçün dua et. Gəmi yola düşür, bir qədər getdikdən sonra cox şiddətli bir tufan başlayır. Nuh (ə) min dəfə la illahə illəllah kəlməsini iqrar edə bilməyəcəyini görüb Səryanı dilində
2023-01-03 23:08:00
Nə az, nə çox 45 illik ömründə yaratdığı əsərləri ilə hələ də yaddaşlardan silinməyən sənətkar. Yaradıcılığının ən gözəl, çiçəkləndiyi bir dövrdə həyatına, hər kəsə vida edən o şəxsiyyət Qəmbər Hüseynlidir. Demək olar ki, o, sənət aləmində xalqa xidməti həyatının əsas meyarına çevirmiş sənətkarlardan olub. Həyatı: Qəmbər Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dünyaya göz açıb. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Son.az bizim.media-ya istinadən bildirir ki, Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarır. Onu məşhurlaşdıran "Cücələrim" Bütün məşhur əsərlər, mahnılar kimi "Cücələrim"in də taleyi qəribə çətinliklərlə yadda qalıb. Belə ki, mahnı yazıldığı tarixdən düz 10 il sonra öz kulminasiya nöqtəsinə çatıb. "Cücələrim" əsərinin yaranması ilə bağlı bir sıra fərziyyələr irəli sürülür. Amma həmin versiyalardan birində deyilir ki, 1947-ci ildə Gəncə Flarmoniyasında bədii rəhbər işləyərkən Qəmbər Hüseynli bu əsəri yaradır. "Cücələrim" Gəncə şəhəri 20 saylı orta məktəb şagirdlərinin xor kollektivinin Bakıdakı olimpiadada ifa etmələri üçün yazılır. Mahnının da ilk ifaçılarından biri Qəmbər Hüseynlinin rəhbəri olduğu Sazçı Qızlar Ansamblının solistlərindən Səmayə Mirzəyeva olur. Sonra isə mahnını Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Muğam Teatrının direktoru kimi çalışmış, mərhum Arif Qazıyev və Münəvvər Seyfullayev ifa ediblər. Arif Qazıyev sonradan verdiyi müsahibələrdə dəfələrlə vurğulayıb ki, "Cücələrim" mahnısı onun öz uşaqlığının xatirəsidir. "Cücələrim"i Çarli Çaplin belə səsləndirib... Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!". "Cücələrim" o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada "Cücələrim" qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Sənətkarın acı həyat sonluğu 300-dən çox sevilən musiqi əsərinin müəllifi olan Qəmbər Hüseynli heç də rahat həyat yaşamayıb və səhhəti çəkdiyi əzab-əziyyətlərə tab gətirə bilməyib. Böyük bəstəkar xalqımızın millətsevər övladları Hüseyn Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə görə həbsxana küncünə atılır. Bu "cinayət"ə görə repressiya qurbanına çevrilən Qəmbər Hüseynli həbsxanada da çalıb-oxuyanları ətrafına toplamış, hətta özü tar da düzəldibmiş. Həbsdən geri döndükdən sonra bəstəkar ailəsi ilə Bakıda zirzəmini xatırladan yarıqaranlıq mənzildə yaşamalı olur. Lakin bir gün də olsa, yaradıcılığından qalmır, sanki tanrının ona verdiyi ömrün çox qısa olduğunu duymuş kimi hər şeyə tələsir, gecə-gündüz çalışırmış. Sonralar Qəmbər Hüseynliyə təzə mənzil versələr də, həbsxana həyatı, neçə illər yaşadığı rütubətli ev "xalq düşmənləri"ni müdafiə etdiyinə görə aldığı ağır tənələr öz işini görmüşdü. Ağır xəstəlik onu 44-45-də yaxalayır və çox keçmədən - 1961-ci il iyulun 31-də 45 yaşında əbədi olaraq gözlərini yumur. Təzə mənzilində heç iki il də yaşaya bilmir. Qısa həyat sürsə də onun misilsiz musiqi əsərləri, bəstələdiyi mahnılar və xalqımızın laylasına çevrilən "Cücələrim" Qəmbər Hüseynlinin ruhunu sonsuza qədər yaşadacaq. Və heç şübhəsiz ki, hələ uzun illər nəinki xalqımızın, dünyanın bütün uşaqlarının sevimli nəğməsi kimi səslənməyə davam edəcək.