Kriminal
2025-04-11 15:18:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə həyata keçirilən Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər proqramı çərçivəsində Azərbaycan Milli Kitabxanasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhər və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.
2025-04-11 14:11:00
Avropa İttifaqı və "European Crafts Alliance"ın dəstəyi ilə Avropa İncəsənət və Sənətkarlıq Günləri (EACD) çərçivəsində "Arts Council Azerbaijan" tərəfindən təşkil olunan "Qızıl sap" Heykəltaraşlıq Vorkşopu uğurla başa çatıb. Layihənin kuratoru Aysel Nağıyevadır.
2025-04-10 20:59:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib.
2025-04-10 18:17:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib.
2025-04-10 17:20:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera Musiqisi Axşamı" adlı konserti keçirilib.
2025-04-10 16:55:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində Gəncə Dövlət Universiteti (GDU) ilə birgə 8 aprel tarixində "Musiqidə milli ənənələrin təcəssümü" adlı elmi-praktiki seminar təşkil edilib.
2025-04-10 14:58:00
Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Son.az "apa.az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, İslam Hadıyevin ömrlük azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili ona verilən ittihamlardan bəzilərinə xitam verilməsini və 181-ci maddənin oğurluq maddəsinə tövsif olunmasını xahiş edib. İslam Hadıyev son sözündə ona ömürlük həbs verilməməsini xahiş edib: "Mən 20 ilə də razıyam, amma sizdən xahiş edirəm mənə ömürlük cəza verməyin". Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2025-04-10 14:37:00
Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.
2025-04-10 14:33:00
Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.
2025-04-10 14:08:00
"İdeal" saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
2025-04-10 11:39:00
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.
2025-04-10 10:35:00
Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "İndi al! Müştəriyə tələ" sənədli filmi nümayiş olunub.
2025-04-10 09:29:00
Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.
2025-04-09 18:47:00
Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə muzey əməkdaşları üçün təlim təşkil olunacaq.
2025-04-09 18:18:00
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub.
2025-04-09 16:58:00
2025-ci ilin 10 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Milli Dram Teatrının dəstəyi ilə "Nəsildən-nəslə teatr" layihəsinin "Aktyorluq: min maskalı qəhrəmanın səyahəti" adlı yeni seminarı həmin teatrda keçiriləcək.
2025-04-09 13:21:00
Laçın rayon 1 saylı Uşaq musiqi məktəbinin keçmiş direktoru Gülsüm Məhərrəmova dələduzluq cinayətinin qurbanı olub.
2025-04-09 12:02:00
Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
2025-04-09 10:22:05
Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.
2025-04-08 23:14:00
Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.
2025-04-08 22:26:00
Qaradağ rayonunun Qızıldaş qəsəbəsində ərinə balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Lalə İmaşova iki illik məhkəmə çəkişmələrindən sonra bu gün azadlığa buraxılıb.
2025-04-08 21:59:00
2022-ci il mayın 12-də 1984-cü il təvəllüdlü Samir Kazımov Bakı şəhərinin Suraxanı rayonu ərazisində saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə gətirilib. İdarədə onun üzərindən bir ədəd pnevmatik tapança və 2 ədəd patron götürülüb.
2025-04-08 20:46:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.
2025-04-08 16:53:00
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov cinayət məsuliyyətinə cəlb olunub.
2025-04-08 15:35:08
Bakıda qeyri-adi cinayət hadisəsi baş verib.
2025-04-08 12:47:00
13 aprel tarixində Bakıda Opera Studiyasının səhnəsində "Fabrica de tabaco" flamenko teatrının qastrolları çərçivəsində "Karmen. Flamenko" tamaşasının premyerası keçiriləcək.
2025-04-08 11:32:00
"Bandotdel" vətəndaşları şantaj edən sayt rəhbərlərini həbs edib.
2025-04-08 00:18:00
Astara rayonunda 1984-cü il təvəllüdlü Nuru ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir - red.) xəsarət yetirib.
2025-04-07 19:27:00
Təqsirləndirilən şəxs - David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin "qurumları"nın veb-saytları Ermənistan Respublikasının ".am" domeni ilə qeydiyyata alınıb.
2025-04-07 18:27:00
Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Vəliyevə şərti cəza verilib.
2025-04-07 16:57:00
Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə Musiqi Gecələri" növbəti portret-konserti keçirilib.