Siyasət

LaçınXankəndi yolunda etiraz aksiyası 110 gündür davam edir FOTO

2023-03-31 08:15:00

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 110 gündür ki, davam edir.

Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

2023-03-31 07:48:00

Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tvitter hesabında paylaşım edib

Zöhrabyan: Paşinyanın BUNA cəsarəti çatmaz

2023-03-31 07:43:00

Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsini ratifikasiya üçün ölkə parlamentinə göndərməyə cəsarəi çatmaz.

MNin İran komandirinə cavabında mühüm detal İlk dəfə

2023-03-31 07:37:00

Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.

Erməni türkoloq: Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik

2023-03-31 07:32:00

"Təslimçilərin əli ilə Sünikdəki Teq kəndi bu gün tam hüquqlu sərhədə çevrilib".

Bayramov Mahmud Abbasla görüşdü FOTO

2023-03-31 07:00:00

30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.

Molla rejimi deputata yox, özünə

2023-03-30 21:34:00

Azərbaycana düşmən kəsilmiş İran mümkün olan bütün vasitələrə əl ataraq ölkəmizi zəiflətmək, insanlarımızı qorxutmaq, dövlətimizi gücdən salaraq yox etmək arzusundadır.

İrəvan Moskvanı ələ salır?

2023-03-30 21:10:00

Ermənistan qatıldığı "Demokratiya Sammiti"nin yekun bəyannaməsini şərtlə imzalayaraq Rusiyanı dəstəklədiyini düşünür. Halbuki, rəsmi İrəvanın bu addımı Moskvanı ələ salmaq sayıla bilər.

Ceyhun Bayramov Yasir Ərafatın ev muzeyini ziyarət edib FOTO

2023-03-30 20:26:00

30 mart 2023-cü il tarixində Fələstin Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin azadlıq hərəkatının lideri Yasir Ərafatın ev muzeyini ziyarət edib.

İşğal dövründə İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib MN

2023-03-30 20:02:00

Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir.

Müdafiə Nazirliyindən İrana cavab

2023-03-30 19:46:00

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir.

İranın Azərbaycanda dindən siyasi məqsədlə istifadəyə çalışması açıq hiss olunur Ceyhun Məmmədov

2023-03-30 16:30:00

Hazırda bəzi dövlətlərin, o cümlədən, İran rejiminin Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə, dindarlar arasında radikal fikirlərin yayılmasına çalışması açıq hiss olunur.

Cərimələrin bir hissəsi bu idarəyə köçürüləcək

2023-03-30 15:44:00

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

2023-03-30 15:38:00

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 29 iyun 2012-ci il tarixli qanununun tətbiqi barədə" 4 sentyabr 2012-ci il tarixli və "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 22 may 2015-ci il tarixli nömrəli fərmanlarında dəyişiklik edib.

Dövlət Su Ehtiyatları Agentliyinə sədr təyin edildi

2023-03-30 15:16:00

Prezident İlham Əliyev Z.R.Mikayılovun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi

2023-03-30 15:15:00

Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

44 gündən əvvəlki 4 gün:

2023-03-30 14:42:00

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. Bu parlaq qələbə bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə yazıldı, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirdi. Bu qələbənin tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

Ermənistanın bölgəyə əlavə qüvvələr yığması bir faktdır

2023-03-30 14:26:00

Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycan üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur.

Rəsmi Bakı Paşinyana cavab verdi: "Qəbuledilməzdir!"

2023-03-30 14:09:00

Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir.

Prezident Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib FOTO

2023-03-30 14:05:00

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.

Paşinyan Şarl Mişellə telefonla danışıb

2023-03-30 13:54:00

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasaının Prezidenti Şarl Mişellə telefonla danışıb.

Bakı İrəvana BÖYÜK SÜRPRİZ HAZIRLAYIR

2023-03-30 13:14:00

Ermənistan ipə-sapa yatmadıqca, istər danışıqlar masasında, istərsə də Qarabağda manevr imkanlarını hər ötən gün daha da daraldır. Rəsmi İrəvanın havadarlarına, hamilərinə arxayın olub Azərbaycanla keçmiş ritorika ilə danışmaq cəhdləri ermənilərin başında çatlayacaq problemi daha da böyüdür. 

19881992ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb

2023-03-30 11:50:00

1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.

Dünyanın ən təhlükəli terror təşkilatı Qarabağda: İranErmənistanPKK şər üçbucağı ilə bağlı

2023-03-30 10:54:00

Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə İranın dörd min terrorçu göndərdiyi barədə məlumatlar təsdiqini tapır. Bu dəfə bu məlumatları Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyi (ASİMED) prezidenti Savaş Eğilməz səsləndirib. Xatırladaq ki, Son.az bundan əvvəl bu xəbərləri təqdim etmişdi.

Ordumuz bir neçə yüksəkliyi nəzarətə götürdü RƏSMİ

2023-03-30 09:46:00

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Aİ və Azərbaycan arasında yeni saziş:

2023-03-30 09:44:00

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni hərtərəfli tərəfdaşlıq sazişi energetika sahəsində, xüsusən bərpa olunan enerji sferasında daha sıx əməkdaşlığın təməlini qoyacaq.

Ombudsman bəyanat yaydı: "Ədalətin təmin olunmasına dəstək verməyə çağırıram”

2023-03-30 09:38:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

"Münasibətlərimizdə yeni dövrə qədəm qoyuruq"

2023-03-30 09:18:00

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək.

Azərbaycan XİN İsraildə səfirliyin açılması ilə bağlı məlumat yayıb FOTO

2023-03-30 07:26:00

Xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.

Netanyahu İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib FOTO

2023-03-29 23:39:00

29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir Ceyhun Bayramov

2023-03-29 22:42:00

Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.

Netanyahu Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib FOTO

2023-03-29 22:21:00

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib.