Siyasət

Tehranın Bakıya iddiaları “tapmacadır” Markov

2023-04-04 08:33:00

İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya analitikləri üçün tapmacadır. "Bir neçə ay ərzində nə dəyişdi" sualına aydın və dəqiq cavab vermək çətindir.

ABnin Ermənistan missiyası haqqında

2023-04-03 23:07:00

Avropa Birliyinin (AB) Ermənistanda missiyası haqqında Caliber.az informasiya portalında ""Qərb İrəvana deyir: Az yaşa, gənc öl" sərlövhəli məqalə dərc edilib.

İranın Bakıdakı dəstəsi niyə “Qaraköynəklilər” adlanır?

2023-04-03 22:56:00

Millət vəkilinə terror törədən şəxslər güc strukturlarının sayıqlığı sayəsində həbs edildilər. İrandan maliyyələşən və silahlandırılan bu dəstə özünü "Qaraköynəklilər" adlandırır. Feysbuk, Yutub, İnstaqram və Teleqram kanallarında səhifələri var.

Prezident İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir

2023-04-03 22:30:00

"Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsində ənənələri və müasir nailiyyətləri birləşdirir".

Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub

2023-04-03 21:26:00

3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının yeni təyin olunmuş baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

Azərbaycanın təşəbbüsü ilə BMTnin İnsan Hüquqları Şurasında qətnamə qəbul olunub

2023-04-03 20:38:00

3 aprel 2023-cü il tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə yekdilliklə qəbul edilib.

İran səfiri XİNə çağırılıb, ona cavab notası verilib

2023-04-03 17:52:00

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub.

Müdafiə naziri Selçuk Bayraktar ilə görüşdü

2023-04-03 16:28:00

Aprelin 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin "Baykar" şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Ukrayna bunu bacarmasa, Rusiya müharibədə

2023-04-03 16:06:00

Rusiya-Ukrayna müharibəsi özünün ən ağır hərbi əməliyyatları dönəmini yaşayır. Ukraynanın əks-hücumu barədə iddiaların intensivləşdiyi bir vaxtda Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyi ilə bağlı xəbər gəldi. 

“Heydər Əliyevin 100 illiyi” yubiley medalının kimlərə veriləcəyi məlum oldu

2023-04-03 16:00:00

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı medal təsis olunur.

Bayraktar İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib FOTO

2023-04-03 15:24:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

İlham Əliyev: Türkiyəyə yardım qardaşlıq borcumuzdur

2023-04-03 14:44:00

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur.

Azərbaycanın varlığına son qoyulacaqdı...

2023-04-03 14:36:00

SSRİ-nin süqutu tək dünyanın düzənini dəyişmədi, bu hadisə özü ilə çoxsaylı problemlər gətirdi. İllər uzunu vahid dövlətdə yaşayan insanlar bu proseslə müstəqiillik əldə etməklə yanaşı, çoxsaylı problemlərlə üzləşdilər. Və bu gün də bu problemlər həllini tapmayıb. Məsələn, İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycan da müstəqillik əldə etdi. Təəssüf ki, xalqımız bu sevinci uzun müddət yaşaya bilmədi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı aparıdğı elan edilməmiş müharibə, digər tərəfdən ölkəyə rəhbərlik edənlərin səriştəsizlikləri, idarəçilik qabiliyyətlərinin yoxluğu, ayrı-ayrı siyasi qüvvələr və mafioz qruplar arasında hakimiyyət uğrunda gedən amansız mübarizə Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirməsinə imkan vermədi.

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

2023-04-03 13:53:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

İlqar Hüseynov: Prezident İlham Əliyev tərəfindən təsdiq olunan vergi güzəşti medianın yeni çağırışlara uyğun inkişafina böyük dəstəkdir

2023-04-03 12:11:00

Aprelin 1-i Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq edib. Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirləri, reklam gəlirlərini, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olundu.

İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinini qəbul edib

2023-04-03 11:48:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.

Təbrizdəki konsulluğumuza terror hücumu ola bilər?

2023-04-03 09:19:00

Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar bu sualı aktuallaşdırır.

LaçınXankəndi yolundakı aksiya 113 gündür davam edir FOTO

2023-04-03 08:56:00

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 113 gündür ki, davam edir.

Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak

2023-04-03 08:26:00

Ermənistanın "Hraparak" nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında "əlbəyaxa" dava olduğu haqda məlumat yayıb.

Danışıqlar: İrəvanın xahişini

2023-04-03 07:50:00

Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib.

Ermənilərlə eyni qanı daşıyan rejimin vİRAN SİYASƏTİ

2023-04-03 00:20:00

İran hər ötən gün hansı şeytan əməllərindən istifadə edib, Bakı ilə münasibətləri korlamaq istəyini açıq göstərir. Bu gün ən böyük gerçəkliklərdən biri Bakı-Tehran münasibətlərinin özünün ən gərgin dövrünü yaşamasıdır. Bakı ilk vaxtlar proseslərə səthi yanaşdıqca biz qarşı tərəfin daha aqressiv, spekulyativ addımlarının şahidi olmağa başladıq. Azərbaycan soyuqqanlılığını qoruduqca, İran daha da qızışdı.

Azərbaycan XİN beynəlxalq ictimaiyyətə müraciət edib

2023-04-02 20:45:00

Azərbaycanlılar Ermənistanın basdırdığı minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir.

İlham Əliyevin medianın inkişafına dəstəyi media qurumlarının həyati mənafelərinə tam cavab verir

2023-04-02 18:52:00

Prezident İlham Əliyevin "Vergilər Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu" imzalaması ölkədə vergi siyasətinin sahələr üzrə daha da optimallaşdlrılması ilə bərabər mediamızın mühüm bir kəsiminin gələcək inkişafına və yeni mərhələyə keçməsinə böyük töhfələr verəcək.Prezidentin imzaladığı yeni qanun Azərbaycan mediasının hiss etdiyi böyük bir ehtiyacı yüksək səviyyədə qarşılamaq gücündədir. Audio-vizual media istisna olmaqla bütün digər media seqmentlərinin əlavə dəyər, mənfəət və sadələşmiş vergi növlərindən azad edilməsi çap və onlayn media qurumlarının həyati mənafelərinə tam cavab verir.

Sahibə Qafarova Fazil Mustafanı xəstəxanada ziyarət edib

2023-04-02 14:48:00

Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Vüqar Rəhimzadə: Ölkə Prezidentinin azad medianın inkişafına böyük töhfəsi

2023-04-02 14:44:00

Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövr hər sahədə olduğu kimi, media sahəsində də yeniliklərin, təkmilləşmənin geniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir. Ulu öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlət başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir." Azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir. İmzaladığı Fərman və Sərəncamlarla, təsdiqlədiyi Qanunlarla jurnalistləri dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Atılan addımlar, eyni zamanda, dövlətin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Hər bir mühüm addım keçilən yola nəzər salmağı, həmçinin bu fonda perspektivlərin təhlilini bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqiliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Bəhruz Quliyev: "Bu Fərman yeni mərhələnin başlanğıcı olacaq"

2023-04-02 14:34:00

Dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq edib. Bu Fərmana əsasən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.

İran Azərbaycana yeni səfir göndərir?

2023-04-02 14:25:00

SEPAH-ın "Telegram" kanalı yazır ki, əldə olunan məlumata görə, İranın Qazaxıstandakı səfiri Müctəba Dəmirçi Azərbaycana yeni səfir təyin olunub.

Düşmən silahını və meyitlərini qoyub qaçırdı

2023-04-02 12:03:00

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.

Ərdoğana qarşı plan: Putin buna görə Türkiyəyə gedir

2023-04-02 10:27:00

ABŞ Prezidenti Bayden Türkiyədəki 14 may seçkilərində Ərdoğanın yenidən prezident seçilməməsi, Rusiya Prezidenti Putin isə seçilməsi üçün əllərindən gələn hər şeyi edir və edəcəklər. Çünki 14 may seçkiləri həm də Türkiyənin öz gələcəyini ABŞ-la, yoxsa Rusiya ilə ittifaqda quracağının müəyyənləşəcəyi tarix olacaq.

XankəndiLaçın yolu:

2023-04-02 09:04:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 112 gündür davam edir.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 7 il ötür

2023-04-02 00:20:00

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.

XankəndiLaçın yolu: ekofəallar nəqliyyatın hərəkətinə maneə törətmədən aksiyanı davam etdirirlər

2023-04-01 23:49:00

Xankəndi-Laçın yolu: ekofəallar nəqliyyatın hərəkətinə maneə törətmədən aksiyanı davam etdirirlər  Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda müşahidə olunan soyuq hava şəraitinə baxmayaraq, ruh yüksəkliyi ilə davam edir.