Siyasət

"İran münaqişədə tərəfdaş dəstəyi ala bilmir"

2025-06-18 23:52:00

"İran Israillə mübarizədə tərəfdaşlarından dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli Hizbullah və HƏMAS isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər. Bircə Yəməndəki husilər İranla birgə İsraili raket atəşinə tuta bilərlər, ancaq onların da başına raketlər yağır və bu onların müqavimət gücünü zəiflədib".       

Solovyovun fikirlərini qəti şəkildə pisləyirik MEDİA

2025-06-18 18:47:00

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.

Son günlər Azərbaycanla bağlı yayılan saxta xəbərlərlə bağlı açıqlama

2025-06-18 17:25:00

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair açıqlama yayıb.

Prezident MəhkəməHüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb

2025-06-18 16:04:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

BMTnin Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub

2025-06-18 15:38:00

İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.

İlham Əliyev Nataliya Kiselovanı qəbul edib FOTO

2025-06-18 13:46:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədəbaba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır

2025-06-18 11:53:00

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

2025-06-18 11:38:00

Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Barıt və piksellər: Azərbaycana qarşı dezinformasiya hücumunda kimlər və niyə var?

2025-06-18 11:34:00

Cəbhə xətti təkcə səngərlərdən və hava hücumlarından keçmir. Müasir dövrün müharibələri artıq yalnız raketlərlə aparılmır - bu gün silahlar arasında "məlumat mərmiləri", dezinformasiyanın "dronları" və təxribatçı mətnlər də var. İranla İsrail arasında qızışan gərginlik fonunda biz təkcə hərbi toqquşmalara deyil, həm də paralel gedən mənalar savaşına şahidlik edirik - bu, ideoloji mövqelərin, informasiyaların və siyasi təxribatların müharibəsidir.

Sahibə Qafarova QDİƏT PAnın "Şərəf" medalı ilə təltif edilib

2025-06-18 11:20:00

Milli Məclisin sədri Sahibə Qafarova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) "Şərəf" ordeni ilə təltif edilib.

Gərgin vaxtda Zakir Həsənov Minskə niyə gedib? – Səbəb açıqlandı

2025-06-17 23:36:00

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.

ABŞ qırıcılarını Yaxın Şərqə yığır

2025-06-17 21:45:00

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə hərbi güc, o cümlədən F-16, F-22 və F-35 tipli qırıcı təyyarələr göndərir. Bu addım bölgədə artan gərginlik və İranla İsrail arasında baş verən qarşıdurmalar fonunda atılıb.

Rəsmi Bakıdan TəlƏvivə ÇAĞIRIŞ İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

2025-06-17 14:46:00

Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.

Ermənistan Cənubi Qafqazda sülhə hazırdırmı? Piter Teys Baku Network üçün

2025-06-17 13:08:00

Cənubi Qafqaz uzun illər davam edən qeyri-sabitliyin ardından hazırda nisbi sabitlik və post-münaqişə bərpa dövrünü yaşayır. Lakin dayanıqlı sülh perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır - ilk növbədə Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalamaq istəməməsi səbəbindən.

Azərbaycanda texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənəcək FƏRMAN

2025-06-17 13:05:00

Azərbaycanda texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənəcək.

Hərbi gərginlik dərinləşir Qarşıdurma uzunmüddətli olacaq AÇIQLAMA

2025-06-17 13:00:00

CNN Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb ki, İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir. ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə etiraz etməyib. Ağ Evin sözçüsü təsdiq edib ki, ABŞ İsrailin planlarından xəbərdardır və onu üstüörtülü şəkildə dəstəkləyir.

Azərbaycanda PUAlarla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

2025-06-17 12:58:00

Azərbaycanda PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.

Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq

2025-06-17 12:57:00

Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.

Azərbaycan: qlobal xaosda stabillik simvolu

2025-06-17 12:04:00

2025-ci ilin dünyanı yeni geosiyasi və iqtisadi həqiqətlərlə qarşı-qarşıya qoyduğu bir zamanda - çoxtərəfli institutların böhranından tutmuş enerji dogmalarının çökməsinə və təsir mərkəzlərinin cənub və şərqə sürüşməsinə qədər - dövlətlər öz kimliklərini yalnız təhlükəsizlik və iqtisadiyyat kateqoriyalarında deyil, həm də qlobal davamlılıq koordinatlarında yenidən nəzərdən keçirməyə məcbur qalırlar.

Prezident İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib FOTO

2025-06-17 11:26:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

Azərbaycan görünməyən imperiyaya qarşı: hibrid təcavüzün anatomiyası

2025-06-17 11:06:00

Azərbaycan bu gün artıq təkcə ərazi bütövlüyünü bərpa etmiş və enerji müstəqilliyini təmin etmiş bir dövlət deyil. Bu, regionda öz yerini tapmış və ona əvvəllər sırf "periferiya" rolunu ayıranların sərhədlərindən sürətlə çıxan yeni bir geosiyasi reallıqdır. Məhz bu səbəbdən də ölkəmiz çoxpilləli, düşünülmüş və peşəkarlıqla koordinasiya olunan bir hibrid müharibənin hədəfinə çevrilib.

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır

2025-06-16 20:22:00

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını ictimai narazılıq predmeti kimi təqdim etməyə çalışsalar da, zaman keçdikcə regionda baş verən proseslər bu qərarın nə qədər əsaslı və uzaqgörən olduğunu açıq şəkildə ortaya qoydu.

"İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə..."

2025-06-16 13:22:00

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Prezidentin strateji baxışı sayəsində Azərbaycan Ekspo 2025də özünü inamla təsdiqlədi Anar Ələkbərov

2025-06-16 11:13:00

Son.az Trend-ə istinadən Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin Ekspo 2025 üzrə baş komissarı Anar Ələkbərov ilə eksklüziv müsahibəni təqdim edir.

Biz Türkiyə mediasından bunu gözləmirdik!

2025-06-15 20:09:00

Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının diqqət mərkəzindədir. 

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

2025-06-15 19:51:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Həmrəyliyimiz əbədi davam edəcək Türkiyə XİN

2025-06-15 13:14:00

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev Kımqu Kanqın etimadnaməsini qəbul edib FOTO

2025-06-15 12:01:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.

Prezident Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO

2025-06-15 11:24:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

2025-06-15 10:07:00

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

2025-06-15 10:00:00

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

2025-06-15 09:45:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.