Siyasət
2023-05-09 08:00:00
İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moldovada görüşü baş tutacaq.
2023-05-08 23:59:00
Azərbaycan və Ermənistan çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər.
2023-05-08 19:58:00
8 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik edib. Komissiyanın iclasına Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib.
2023-05-08 18:04:00
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.
2023-05-08 17:52:00
8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.
2023-05-08 14:27:00
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiyamızın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Onu da qeyd edim ki, qəbul edilmiş əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.
2023-05-08 13:53:00
Ermənistana "Nemezis" abidəsinin götürülməsi üçün müraciətlər göndərdik, əlavə tədbirlər görməyi də düşünürük.
2023-05-08 13:24:00
Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923-cü il 10 may əslində, Uca tanrının Azərbaycanın və Azərbaycan xalqının taleyinə yazdığı alın yazısı imiş. Həmin gün, taleyinə doğulan günəşin işığı ilə, Azərbaycan bu gün dörd tərəfini bürümüş qara buludları yarıb, işıqlı gələcəyə qovuşacaqmış...
2023-05-08 13:11:00
Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir.
2023-05-08 12:42:00
Azərbaycan və Litva gələcək əməkdaşlığın praktik istiqamətini müəyyən edən protokol imzalayacaq.
2023-05-08 11:44:00
Cənubi Qafqazda vəziyyət hələ də həssasdır. Buna səbəb də Ermənistanın səmimi addım atmamasıdır.
2023-05-08 11:29:00
Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub.
2023-05-08 11:07:00
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
2023-05-08 10:44:00
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə birgə bəyanat yayıb.
2023-05-08 09:58:00
Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərini inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqları müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalamışdır.
2023-05-08 07:17:00
2000-ci ildə Çin Böyük İpək yolunun bərpası ilə bağlı Qərbin xəritəsinə qarşı öz layihəsini hazırladı. Bu xəritə Rusiya və İranın birbaşa iştirakı ilə hazırlanmışdı. Məqsəd Qafqazı regionun Böyük İpək Yolu üzərində qurulacaq nəqliyyat xətlərindən uzaq tutmaq, İranı böyük dövlətlər sırasına qatmaq və ən əsası Qərbin maraqlarını neytrallaşdırmaq idi.
2023-05-07 19:28:00
"Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Aleksandr Lentsovun Bakıda apardığı müzakirələr nəticə verməyib".
2023-05-07 18:44:00
Bu gün təşkil olunan "Bakı Marafonu 2023"də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş fləşmob keçirilib.
2023-05-07 11:58:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Avstriya Respublikası Federal Avropa və Beynəlxalq məsələlər üzrə Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olub.
2023-05-06 22:37:00
"Vaşinqtonun "ən yüksək" himayəsi altında Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar uğursuzluğa düçar olub".
2023-05-06 21:59:00
Qarabağdakı separatçı-terrorçu rejim Sərsəng su anbarında yaşatdığı ekoloji fəlakəti pərdələmək və öz əməllərini gizlətmək üçün hərəkətə keçib.
2023-05-06 19:19:00
"Qarabağdakı separatçılar çıxılmaz durumdadırlar. Ona görə də onlar bu gərginliyi özlərində daha çox hiss edirlər. Ümidləri Lentsovadır ki, o, Bakıdan qayıtdıqdan sonra bunları sevindirəcək. Amma Aleksandr Lentsov onları heç bir halda sevindirə bilməyəcək".
2023-05-06 18:23:00
Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
2023-05-06 18:22:00
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
2023-05-06 13:45:00
Qonşu dövlət İranla belə bir münasibətin olması təəssüfləndiricidir. Bu təbii ki, Azərbaycan tərəfinin istəyi ilə yox, məhz molla-fars rejiminin Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı atdığı addımlar nəticəsində meydana gəlib.
2023-05-06 13:43:00
Qanunlarımıza əməl edən Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını ala biləcək.
2023-05-06 12:09:00
Xarici işlər naziri Ceyhun Bayramovun "Müasir xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası" mövzusunda məqaləsi "Azərbaycan" qəzetində dərc edilib.
2023-05-06 11:29:00
Bu gün Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycan öz tarixinin ən möhtəşəm yüksəliş dövrünü yaşayır.
2023-05-06 11:25:00
"Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemləşdirilməsi və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında olan ən böyük tarixi xidmətlərindən biridir. Kifayət qədər böyük tarixi ənənələrininolmasına baxmayaraq, azərbaycançılıq ideyası məhz Ulu Öndərimizin səyləri və gərgin çalışmaları nəticəsində yeni ictimai-siyasi dövrün fəlsəfi ifadəsi kimi formalaşmışdır.Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ulu Öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.Vahid, bütöv Azərbaycanın bölünməzliyi uğrunda mübarizəni özünün həyat amalına çevirmiş Heydər Əliyev çıxışlarının birində demişdir: "Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik." Heydər Əliyevin yeni tarixi dövrdə- 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında da məhz azərbaycançılıq ideologiyası dayanırdı. Onun fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir".
2023-05-06 10:56:00
Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimi davam edir.
2023-05-06 10:51:00
Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq.
2023-05-06 10:11:00
Bakıda "Heydər Əliyev və Azərbaycan müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi" mövzusunda konfrans keçirilir.