Siyasət

Ermənistan bölgədə terrorçuların cəmlənməsi üçün əlindən gələni edir

2023-06-24 14:24:00

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Tədbirdə çıxışı zamanı dövlətimizin başçısı bir sıra vacib məqamlara toxunub, bəyanatlar səsləndirib.

Ermənistan separatçıları revanşa hazırlayır?

2023-06-24 13:26:00

Separatçı rejimin maliyyləşdirilməsinə son qoyulması, eləcə də Azərbaycanın daxili işlərinə qarışmamaqla bağlı rəsmi Bakı dəfələrlə çıxış edib.

Xarici diplomatlar Laçında yenidənqurma və abadlıq işləri ilə tanış olublar FOTO

2023-06-24 13:21:00

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə İlham Əliyevi təbrik edib

2023-06-24 12:51:00

Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

Terrorçu Rusiyanı qanda boğmaq istəyir

2023-06-24 12:39:00

"Silahlı Qüvvələr və digər dövlət qurumları lazımi göstərişlər alıb və hazırda Moskvada, Moskva vilayətində və bir sıra digər regionlarda əlavə anti-terror tədbirləri tətbiq edilir. Rostov-Don şəhərində vəziyyəti sabitləşdirmək üçün də qətiyyətli addımlar atılacaq. Rostovda situasiya mürəkkəbdir, mülki və hərbi qurumların fəaliyyəti əngəllənir.

Düşmən Naxçıvan istiqamətində mövqelərimizi

2023-06-24 12:26:00

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Kamaləddin Qafarov: “Azərbaycanla Pakistan arasında münasibətlər intensivləşir”

2023-06-24 12:25:00

"Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hələ 2002-ci ildə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də  Ermənistanla bağlıdır. Pakistan işğal dövründə Azərbaycana dəstək verərək və həmrəylik nümayiş etdirərək,  Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb və bu vəziyyət indi də davam edir. Pakistan istər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. Pakistan 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-Pakistan əlaqələri iki qardaş ölkə arasında olan səmimi münasibətlər əsasında formalaşıb". Bunları mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkədə sərnişindaşıma sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması aktual olaraq qalır Sevil Mikayılova

2023-06-24 12:03:00

Sərnişindaşıma və yükdaşıma sektorunda xidmət keyfiyyətinin artırılması və bu sahədə daha təkmil tənzimləmənin həyata keçirilməsi vacidbir. Bu gün müzakirə edəcəyimiz qanun layihələri də hökümət tərəfindən bu sahədə keyfiyyət dəyişiklikləri aparmaq üçün əhəmiyyətli hüquqi baza formalaşdırır. Qanuna təklif edilən dəyişikliklərin bu sahədə mövcud problemlərin aradan qaldırılmasına imkan yaradacaq.

Erməni barədə məhkəmə qərarına Leyla Abdullayevadan REAKSİYA

2023-06-23 21:59:00

Səfir Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzasına münasibət bildirib.

Səfirliyimizə hücum edən erməni barəsində QƏRAR VERİLDİ

2023-06-23 21:24:00

23 iyun 2023-cü il tarixində Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum edən, Fransada fəaliyyət göstərən "Charjoum" adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

Son 30 ildə Azərbaycan və ABŞ bir çox sahələrdə tərəfdaş olublar Hüqo Qevara

2023-06-23 20:08:00

Son 30 ildə Azərbaycan və ABŞ bir çox sahələrdə tərəfdaş olublar.

Koreya və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

2023-06-23 17:54:00

23 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.

İlham Əliyev: Ermənistan öz imzasına hörmət etməsə nəticə onlar üçün acınacaqlı olacaq

2023-06-23 15:26:00

Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr nəticə onlar üçün acınacaqlı olacaq.

Prezident Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırlatdı

2023-06-23 15:24:00

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb.

İlham Əliyev: Erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq

2023-06-23 14:54:00

Biz (Ermənistandan - red.) qisasımızı döyüş meydanında aldıq. Ancaq biz erməni vəhşiliklərini heç vaxt unutmamalıyıq.

İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq

2023-06-23 14:16:00

İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq.

Prezident: Ermənistanın və onun xarici havadarlarının məkrli planlarını altüst etdik

2023-06-23 14:14:00

Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik.

İlham Əliyev: Bu gün Azərbaycan heç kimdən asılı deyil və olmayacaq

2023-06-23 13:54:00

Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir.

Prezident ölkə qarşısında dayanan prioritet məsələləri açıqlayıb

2023-06-23 13:44:00

Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın.

Prezident: Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb

2023-06-23 13:32:00

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılıb. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər.

Ali Baş Komandan: Bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk

2023-06-23 13:22:00

Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq.

İrəvandakı RusiyaErməni Universiteti ətrafında qalmaqal yaranıb

2023-06-23 13:19:00

Ermənistanda fəaliyyət göstərən Rusiya-Erməni (Slavyan) Universiteti ətrafında qalmaqal yaranıb.

Prezident: Yeni döyüş birləşmələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir

2023-06-23 13:01:00

Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

İlham Əliyev: Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır

2023-06-23 13:00:00

Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.

Prezident: Biz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq

2023-06-23 12:26:00

Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar hadisədir. Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır.

İlham Əliyev MNin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib

2023-06-23 12:13:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Ermənistan Bakıya yenidən savaş elan edir

2023-06-23 10:14:00

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi ilə bağlı rəsmi Bakının əlində kifayət qədər faktlar var.

Minatəmizləyən maşınların alınması və itlərin sayının artırılması nəzərdə tutulub

2023-06-23 10:01:00

Qadınlardan ibarət minatəmizləmə qrupları ölkəmizin minalanmış ərazilərinin təmizlənməsində fəal iştirak edəcək.

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub FOTO

2023-06-22 23:03:00

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri Vilayət Eyvazov və Ali Yerlikaya arasında telefon danışığı olub.

Ceyhun Bayramov britaniyalı nazirlə regional təhlükəsizlik vəziyyətini müzakirə edib FOTO

2023-06-22 22:38:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.

Sülhə gedən yolda çəkişmə:

2023-06-22 19:36:00

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesində vasitəçilik etmək istəyən dövlətlər və təşkilatlar arasında amansız rəqabət başlanıb. Tərəflərdən hər biri lider olmaq istəyir, amma istəklərin məzmunu və məqsədi nədir? - Maraqlı məsələdir...

İrəvan beynəlxalq gücləri sərhəddimizə toplayır Region yeni risk qarşısında VİDEO

2023-06-22 18:46:00

Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə müttəfiqlik münasibətləri var. Ancaq bütün bunlara baxmayaraq, son 5 ildə, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasətində çox ciddi fərqlər müşahidə edilməkdədir.