Siyasət
2023-09-07 15:12:00
Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlaması çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.
2023-09-07 14:08:00
Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur.
2023-09-07 14:00:00
Bir neçə gün əvvəl fərqli, bu gün isə tam əksini deyən Paşinyan öz səhvlərini yenə də boynundan atmağa çalışıb. Daim ziddiyət təşkil edən çıxışları ilə tanınan baş nazir "təqsirkar" kimi Azərbaycanı göstərib. Onun dediyinə görə guya bölgədə gərginlik yaradan tərəf onlar yox, bizik.
2023-09-07 13:27:00
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
2023-09-07 13:16:00
Ermənistanın baş naziri Nikol Paşinyanın 7 sentyabr tarixində hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi, guya Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddiaları irəli sürməsi Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir.
2023-09-07 13:12:00
"Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır".
2023-09-07 12:23:00
Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.
2023-09-07 12:21:00
Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) birgə inkişafıdır.
2023-09-07 12:17:00
Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.
2023-09-07 11:54:00
Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.
2023-09-07 11:49:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2023-09-07 10:18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib.
2023-09-07 10:09:00
Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
2023-09-06 21:26:00
İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib
2023-09-06 21:12:00
Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
2023-09-06 16:05:00
Preizdent İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
2023-09-06 15:50:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.
2023-09-06 15:06:00
Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmir, ziddiyyətli yanaşmasını davam etdirir, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayınır, siyasi və hərbi təxribatlara əl atır, silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarmır, bununla da öhdəliklərini kobud şəkildə pozur, bölgədə təhlükədizliyə təhdid yaradır.
2023-09-06 13:50:00
Fransa prezidenti Emmanuel Makronun Yerevana rəsmi səfər edəcəyi bildirilir.
2023-09-06 13:43:00
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya xarici işlər və Avropa məsələləri üzrə naziri Grlic Radmanla görüşüb.
2023-09-06 13:11:00
Xorvatiyanın baş naziri Andrej Plenkovic Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
2023-09-06 11:54:00
Paşinyanın "La Republica" qəzetinə müsahibəsi Rusiya XİN-i özündən çıxarıb. Paşinyan "La Republica" qəzetinə müsahibəsində bildirib ki, Rusiya Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır. Rusiyanın maraqlarının bütünlüklə Ukrayna müharibəsinə yönəlməsindən şikayətlənən Paşinyana cavab gecikməyib. Rusiya XİN-in sözçüsü Zaxarova Paşinyanı məsuliyyətli olmağa səsləyib. O bildirib ki, əgər siyasi müstəvidə nəsə ürəyincə getmirsə, bunu başqasının üzərinə yıxmaqdansa səhvi özündə axtarmaq daha məqbul variantdır. Zaxarova həmçinin Paşinyanın Qarabağı Azərbaycan ərazisi adlandırmasına da maraqlı münasibət bildirib. Bu ifadənin xüsusi çəkisini erməni liderinin çiyinlərinə yıxaraq, Rusiyanın son 30 ildə formalaşdırdığı siyasi xəttin üzərinə kölgə salıb. O qeyd edib ki, "Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Paşinyandır, Biz buna nə edə bilərik?". Belə ifadə işlətməklə sanki, Azərbaycanın ərazi bütövlüyü və dövlət maraqlarına laqeyd münasibəti özü də bilmədən aşkara çıxarıb.
2023-09-06 11:20:00
Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.
2023-09-06 10:25:00
Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
2023-09-06 10:23:00
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "New York Times"a (NYT) açıq məktub ünvanlayıb.
2023-09-06 09:19:00
Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikintisinə başlayacaq.
2023-09-05 22:53:00
Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
2023-09-05 22:27:00
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.
2023-09-05 22:22:00
"Azərbaycanın ərazi bütövlüyünü tanıyıram".
2023-09-05 21:45:00
Baş nazirin son açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olmaqla yanaşı, Ermənistanın siyasi riyakarlığını göstərdi.
2023-09-05 21:22:00
Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.