Siyasət
2023-01-07 22:12:00
BMT Təhlükəsizlik Şurası yanvarın 13-də Ukrayna ilə bağlı iclas keçirəcək.
2023-01-07 21:26:00
BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb.
2023-01-07 20:48:00
Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığındakı istiqamətlərdən birində düşmən piyadasının irəliləməsini dayandırıb.
2023-01-07 19:53:00
Qərb ölkələrinin Ukraynaya yeni hərbi yardım paketi verməsi Kiyev hakimiyyətini, o cümlədən Qərbin münaqişəni sülh yolu ilə həlli əhval-ruhiyyəsində olmadığını göstərir.
2023-01-07 19:51:00
Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə, yanvar-fevral aylarında daha 500 min nəfər səfərbər etməyi planlaşdırır.
2023-01-07 18:35:00
Erməni separatçı, milyarder Ruben Vardanyan Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağa ərzaq tədarükü həyata keçirdiyini bildirib.
2023-01-07 14:14:00
"Əsrarəngiz Azərbaycan"ın yaranma səbəbi mənim "Əsrarəngiz İstanbul"la başlayan macəramın davamıdır. Çünki "Əsrarəngiz İstanbul"u ölkə xaricində də davam etdirmək istəyirdim.
2023-01-07 13:39:00
2022-ci il Azərbaycanın diplomatik sahədə ciddi mübarizə ili kimi yadda qaldı. Bu beyin yarışından deyə bilərik ki, ötən mövsümü Bakı üstün tərəf kimi başa vurdu. 2023-cü ildən isə gözləntilər daha böyükdür.
2023-01-07 12:17:00
"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlverişli zaman idi. Sadəcə regional deyil, beynəlxalq siyasi proseslər fonunda da Ermənistan xalq və cəmiyyət olaraq bu zaman periodundan uduşlu çıxa bilərdi. Lakin Ermənistan yenə də dumanlı meşədə azdırılmağa göz yumdu".
2023-01-07 10:23:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 15 uğursuz cəhddən sonra özünə yeni spiker seçə bilib.
2023-01-07 08:58:00
Rusiya Prezidenti Vladimir Putin Milad bayramını Kremldə keçirilən ayinlə qeyd edib.
2023-01-07 08:27:00
Ermənilərin Bakının başı üzərindən Ermənistanla birbaşa hava əlaqəsi qurmasının sirri və "Üçan xalça" nağılına inananlar...
2023-01-07 08:24:00
Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlaltıları bir müddət əvvəl keçənilki pravoslav bayramında bu barədə nə danışdılar? Görürəm ki, "yeni dron dəstələri" və aşpaz Putlerin səfərbər edilmiş qiymə ətini çatdırmağa vaxt yoxdur.
2023-01-07 08:23:00
Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasasını daşdırıb. İnsanların rejim gücləri tərəfindən döyülməsi, təhqir olunması və həbs olunması, yüzlərlə aksiya iştirakçısının edam edilməsi də ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına kömək etmədi. İran rejimi nə qədər sərt və qəddar tədbirlərə əl atdısa da, kütləvi etirazçıların sayı da bir o qədər artdı, tələblər siyasi xarakter daşımağa başladı.
2023-01-07 08:22:00
Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etməsini cənab Ərdoğanın apardığı telefon danışığının nəticəsi kimi dəyərləndirmək olar. Zelenski ilə aparılan telefon danışığı da Türkiyənin sülh istədiyini göstərir. Lakin qarşı tərəfdə müharibənin davam etməsini istəyən Avropa və ABŞ var.
2023-01-07 08:18:00
Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağlı özünün feyk məlumatını ifşa edib.
2023-01-07 08:14:00
Rusiya Balkanlarda Ukrayna müharibəsi üçün muzdlu əsgərlər toplayır.
2023-01-07 08:13:00
Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna (27 milyard ABŞ dolları) alıb. Bu məbləğin 410 milyard qrivnası (11,2 milyard dollar) ABŞ tərəfindən köçürülüb.
2023-01-07 08:12:00
Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidir. Artıq əminliklə deyə bilərik ki, Ermənistan Baş naziri Nikol Paşinyanın 10 noyabr sənədini imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyevlə müəyyən razılaşmaları olub. Sonradan Vaşinqton, Nyu York, Brüssel və Praqada keçirilən görüşlər zamanı bu razılaşmalar formalaşdırılıb. Soçidə isə İrəvan və Bakı Kremlə bildiriblər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Qarabağı öz müqəddəratını təyinetmə hüququ olmadan Azərbaycanın bir hissəsi hesab edir. Paşinyan həmişə olduğu kimi, bu biabırçılıqdan qurtulmağa çalışır. Laçın yolu ilə əlaqədar vəziyyətə heç bir aidiyyəti olmayan boş-boş bəyanatlar verir. Bağışlayın, cənab Paşinyan, siz artıq Qərb, Türkiyə və Azərbaycanla razılığa gəlmisiniz, bu bəyanatlar boşdur.
2023-01-07 08:04:00
ABŞ Prezidenti Co Bayden yanvarın 16-20-də Davosda keçiriləcək Dünya İqtisadi Forumunun iclasında iştirak etməyəcək.
2023-01-07 08:03:00
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyənin ingiliscə yeni yazısı olan "Turkiye"dən istifadə ediləcək.
2023-01-07 08:02:00
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın yolunda Azərbaycanın ekologiyasına ciddi zərər verilməsi və təbii sərvətlərimizin qanunsuz olaraq talanına qarşı etiraz aksiyası keçirirlər.
2023-01-07 08:00:00
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
2023-01-06 23:46:00
"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi (Maykl Karpenter - red.) "blokada" və "humanitar vəziyyət" haqqında yalan xəbərlərə aldanıb".
2023-01-06 17:40:00
Bütün dünya bir daha bilməlidir ki, Laçın yolunda keçirilən etiraz aksiyası Qarabağda yaşayan erməni əsilli dinc Azərbaycan vətəndaşlarına qarşı deyil, separatçı silahlı dəstələrin cinayətkar əməllərinin dayandırılması məqsədilə keçirilir. Sirr deyil ki, Ermənistan uzun illər Laçın yolundan cinayətkar məqsədlərlə istifadə edib.
2023-01-06 17:08:00
"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişməz olaraq qalır. Sülh danışılqarının aparılması, sülh müqaviləsinin imzalanması, delimitasiya-demarkasiya prosesinin aparılması və kommunikasiyaların açılması Azərbaycanın Ermənistanla münasibətlərində prioritet təşkil edən əsas məsələlərdir və bunlar olduğu kimi də qalacaq".
2023-01-06 14:36:00
Gələn ay Rusiya-Ukrayna müharibəsinin artıq 1 ili tamam olacaq. Lakin tərəflər bir-birinə güzəştə getmək fikrində deyillər. Əslində Rusiya prezidenti Vladimir Putinin ötən gün yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 00:00-dək Ukraynada tərəflər arasında bütün cəbhə boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verməsi Donetsk vilayətinin Makeyevka rayonu ərazisindəki uğursuz əməliyyatların ağır nəticəsini araşdırmaq və aradan qaldırmaq üçün vaxt qazanmaq məqsədindən başqa bir niyyəti yoxdur. Bunu Rusiya rəhbərliyi toparlanmaq üçün bir imkan kimi də görə bilər.
2023-01-06 12:59:00
Azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulmasının qarşısının alınması ilə bağlı hər hansısa bir irəliləyiş yoxdur.
2023-01-06 12:39:00
"2023-cü ildə Türkiyədə prezident seçkiləri keçiriləcək. Seçkilərin vaxtı isə iyun ayının 18-nə təyin olunmuşdu. Ancaq ölkənin daxilində və xaricində baş vermiş hadisələrlə bağlı olaraq seçkilər mayın 14-ündə keçirilməsinin vacib olunması bildirilib".
2023-01-06 11:42:00
44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentləri tərəfindən bölgədə sülh və əməkdaşlıq platforması kimi təklif edilən "3+3" formatına İran da dəfələrlə dəvət edilib, ancaq rəsmi Tehran hələ də bundan boyun qaçırmağa üstünlük verir və bu formatı özünə qarşı gələcək təhlükələrin yeni mənbəyi kimi görür. Ümumiyyətlə, rəsmi Tehranda ciddi bir qorxu və təlaş hiss olunur.
2023-01-06 11:29:00
İrandakı "Sazmane Bəsici Mustəzafin" ("Bəsic") könüllülər korpusunun tərkibindəki alaylardan birinin komandiri Qasım Fətullahi Tehranda, evinin qarşısında güllənərək qətlə yetirilib.