Siyasət
2023-04-25 11:54:00
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı dövlət əleyhinə səsləndirdiyi qərəzli fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.
2023-04-25 11:50:00
"Ölkə Prezidenti İlham Əliyevin mütəmadi olaraq Azərbaycanın rayon və bölgələrinə etdiyi səfərlər regionlarda görülən işlərin, həyata keçirilən irimiqyaslı layihələrin daim dövlət başçısının diqqət mərkəzində saxlandığını bir daha təsdiq edir. Digər tərəfdən, Prezident İlham Əliyevin rayon və bölgələrdə ictimaiyyətlə keçirdiyi görüşlər, çıxışlar və verdiyi müsahibələr ölkə ictimaiyyətini ən çox maraqlandıran və düşündürən məsələlər barədə dövlət başçısının öz fikirlərini səsləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bir çox önəmli açıqlamalar və təhlillər yer almışdır". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
2023-04-25 11:48:00
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı deputatlarla bağlı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub.
2023-04-25 11:25:00
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib.
2023-04-25 11:14:00
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
2023-04-25 11:02:00
Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib.
2023-04-25 10:50:00
Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alıb.
2023-04-25 10:42:00
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
2023-04-25 10:38:00
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
2023-04-25 09:22:00
Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək.
2023-04-25 08:55:00
Bu çətin zamanlarımızda Azərbaycanın verdiyi dəstəyə, göstərdiyi diqqətə və etdiyi yardımlara görə təşəkkür edirik.
2023-04-25 08:39:00
Azərbaycan "Həmrəylik halqası" vasitəsilə qaz tədarükünə başlayacaq.
2023-04-25 08:30:00
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 135 gündür ki, davam edir.
2023-04-24 22:22:00
Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri Ermənistanla sərhəddə yeni nəzarət-buraxılış məntəqəsindədir.
2023-04-24 16:44:00
"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir".
2023-04-24 16:35:00
"Azərbaycan Respublikasının tarixində ötən əsrin 70-80-ci illəri haqlı olaraq dinamik inkişafa doğru kəskin dönüş dövrü hesab olunur. Bu dövrün əsas xarakterik cəhətləri isə, respublikada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin aparılması, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi olmuşdur. Yaradılmış nəhəng potensial illər sonra müstəqil Azərbaycanın inkişafında önəmli rol oynamışdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəni SSRİ-nin xammal istehsalçsından qabaqcıl, müasir texnologiyalara sahib olan sənaye mərkəzinə çevirməyi, kənd təsərrüfatını qaldırmağı, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltməyi öz qarşısına əsas hədəf kimi qoymuşdu. H.Əliyev cəmi 10 il ərzində qarşıya qoyulan məqsədlərə nail oldu. Azərbaycan SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi və eyni zamanda, gələcək müstəqil Azərbaycanın iqtisadi əsasları üçün möhkəm baza yaradıldı".
2023-04-24 15:43:00
İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək.
2023-04-24 14:04:00
Cari ilin 21 aprel tarixində Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.
2023-04-24 13:58:00
Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
2023-04-24 13:27:00
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır.
2023-04-24 12:50:00
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr üçtərəfli bəyanatının tam icrasına doğru həlledici addımdır.
2023-04-24 12:37:00
Qapıdan qovursan, bacadan girirlər...
2023-04-24 10:12:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
2023-04-24 09:30:00
Bu gün dövlət təhlükəsizlik orqanlarının veteranı Sədyar Abbasovun 80 yaşı tamam olur. Sədyar Rza oğlu Abbasov 1943-cü ilin aprel ayının 24-də Dəvəçi şəhərində dünyaya göz açıb. 1950-1960-cı illərdə hazırkı Şabran şəhər 4 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub. 1966-1969-cu illərdə elektron cihazlar üzrə mütəxəssis kimi Şamaxı Astrofizika Rəsədxanasında baş mühəndis kimi çalışıb.
2023-04-24 09:14:00
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
2023-04-24 07:41:00
Əvvəla, bütün sərhəd məntəqələri Azərbaycan qanunvericiliyinə uyğun işləyir. Laçın da bunlardan biri olacaq. Hətta deyərdim, Laçın buraxılış məntəqəsi bu qaydalarin ən ciddi tətbiq edildiyi məntəqə olacaq.
2023-04-24 07:00:00
Son.az Trend-ə istinadən bildirir ki, sosial şəbəkələrdə bu gün Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsinin ilk görüntüləri yayılıb.
2023-04-23 23:50:00
Qərbin sanksiyalarından yan keçməkdə Rusiyanın ən böyük köməkçisi Ermənistandır.
2023-04-23 23:43:00
Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin "etnik təmizləmə" məqsədi güddüyü barədə cəfəng iddia əsassız və qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.
2023-04-23 23:19:00
Sabah İranın paytaxtı Tehranda qondarma "erməni soyqırımı"nın "ildönümü" ilə bağlı yürüş keçiriləcək.
2023-04-23 23:09:00
Bu gün Azərbaycan Sərhəd Xidmətinin Laçın yolunun girişində, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi yaratması və yolu nəzarətə götürməsinin səbəbləri göründüyündən daha dərindədir.
2023-04-23 22:28:00
İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.