Siyasət
2023-09-17 11:43:00
ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə düşməsi ilə bağlı razılaşmadakı mövqeyindən geri çəkilib. İlk baxışdan düşünmək olar ki, ABŞ-nin mövqeyinin dəyişməsinə səbəb Ermənistan və separatçıların təzyiqi olub, amma bu variant da inandırıcı deyil.
2023-09-17 11:35:00
Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfdaşlıq əsasında formalaşdırır. Önəmli olan daxili işlərə qarışmamaq və ikili standartlardan uzaq olmaqdır. Təəssüf ki, Amerika Birləşmiş Ştatları bu prinsipi yenə pozmaqla məşğuldur. Amerikalı rəsmilər bir tərəfdən Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətindən danışır, digər tərəfdən son günlər ermənipərəst konqresmenlərlə səs-səsə verərək Azərbaycan əleyhinə açıqlamalar yayırlar. Konqresdə Qarabağla bağlı dinləmələrdə səslənən absurd fikirlər buna sübutdur. Birincisi, sizə kim ixtiyar verib ki, Azərbaycanın tərkib hissəsi ilə bağlı dinləmələr keçirirsiniz? İkincisi, bu nə dinləmələrdir ki, ancaq bir tərəfin mövqeyi dinlənilir və əsassız şəkildə dəstəklənir? Dinləmələrdə bir konqresmen və bir ABŞ rəsmisi demədi ki, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları vacibdir, məsələlərin həlli yolu bundan keçir. ABŞ-da yaşayan kimsə və ya hansısa etnik qrup bəyan etsə ki, onlar yerli qanunlarla yaşamaq istəmirlər, orada yaşamağa davam edə bilərlərmi? Bizim də tələbimizi eynidir: Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunları ilə yaşamalı və Azərbaycan pasportuna malik olmalıdır. Vəssalam! Amerika Birləşmiş Ştatlarının rəsmiləri və konqresmenləri 30 ildə Azərbaycan torpaqlarının işğalı ilə bağlı dinləmələr bir yana, bircə kəlmə də demədilər, Xocalı soyqırımına, şəhər, kənd və qəsəbələrimizin, məscidlərin dağıdılmasına seyrçi qaldılar. İndi də tutublar ki, "Azərbaycan Qarabağda qayda-qanun yaratmamalıdır". Maraqlıdır, amerikalı konqresmenlər və rəsmilər eyni sözləri Ukrayna, Moldova və Gürcüstan üçün niyə demirlər? Halbuki Azərbaycanın tərəfdaşı olan bu ölkələrdə də separatçı bölgələr mövcuddur və Vaşinqton bu ölkələrin ərazi bütövlüklərini birmənalı şəkildə dəstəkləyir və bu ölkələrdə separatizmi birmənalı şəkildə pisləyir. ABŞ Konqresində Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri ilə bağlı dinləmələr keçirmək heç kimin ağlına gəlməz. Ancaq bizə gəldikdə, Qarabağla bağlı "dinləmələr" keçirməyi özlərinə borc bilirlər. Qarabağ separatizminin bu ölkələrdəki separatizmdən nə fərqi var?
2023-09-17 11:00:00
"Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələdə yüksək dinamika ilə inkişaf edir. Azərbaycan Prezidentinin cari il sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da bunu bir daha sübut edir." Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
2023-09-17 00:36:00
Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
2023-09-16 21:48:00
Ali təhsillisindən, alimindən tutmuş ən ucqar kənddə yaşayan birinə qədər kimə "Azadlıq heykəli"nin şəklini göstərsən ABŞ-də olduğunu bilər. Çünki, Amerika hər kəsin ağlında dünyanın ən demokratik, ən düzgün, ən humanitar, ən ədalətli ölkəsi kimi təəssürat formalaşdırmağı bacarıb. Bəlkə də elə bu azadlıq simvolu olan 47 metrlik, Manhettendəki heykələ görə kimsə düşünə bilər ki, bu ölkədə azadlıq hüquqları yüksək şəkildə qorunur, insan haqları müdafiə olunur və sair. Təəssüf ki, ABŞ ilə bağlı reallıq tam başqadır.
2023-09-16 21:09:00
Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
2023-09-16 19:15:00
Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi bu gün İrəvandan sonra Bakıya səfərə gəlib. Bakıda onun AR XİN rəhbəri Ceyhun Bayramov ilə görüşü baş tutub. Görüşdə regiondakı son vəziyyətlə əlaqədar rəsmi Bakının narahatlığı qonağın diqqətinə çatdırılıb. Xatırladım ki, ələlxüsus son 1 ildə Bakıda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ümidlər bəsləyərək Demokratlar partiyasının tarixində ilk dəfə olaraq birisinə- məhz Entoni Blinkenin məsələyə obyektiv yanaşacağını düşünürdü. Ədalət naminə qeyd edim ki, Vaşinqtonda bu il baş tutan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Blinkenin də iştirak etdiyi görüşlərdə çox yaxşı ab - hava yaranmış və ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli olaraq daha rasional yanaşma orta qoyaraq Azərbaycanın tezislərinin əksəriyyətini nəinki qəbul etmiş, o cümlədən əsas prinsiplərin həyata keçirilməsi üçün əməli addımlar da atmışdır. Lakin, çox təəssüflər olsun ki, görünən odur kı, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və səyi nəticəsində Blinken geri çəkilməyə qərar verdi.
2023-09-16 18:03:00
Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər.
2023-09-16 17:57:00
"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ-nin ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyətində daha aydın özünü büruzə verib".
2023-09-16 17:56:00
"Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin".
2023-09-16 17:26:00
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.
2023-09-16 16:52:00
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.
2023-09-16 15:22:00
APA TV Qarabağdakı erməni quldurlarının sabiq başçısı Araik Arutyunyanla bir sinifdə oxuyan, uşaqlığı Xankəndidə keçən Sima Həsənovadan müsahibə alıb.
2023-09-16 15:20:00
"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".
2023-09-16 14:27:00
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.
2023-09-16 13:15:00
2023-cü il 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən "Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq" mövzusunda hakimlərin beynəlxalq konfransı keçirilib.
2023-09-16 12:58:00
Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib.
2023-09-16 12:25:00
Nikol Paşinyan administrasiyasının müvafiq bölmələrinin nəzarəti altında olan hökumətyönlü erməni bloqosferi Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini nüfuzdan salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb.
2023-09-16 10:59:00
Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoyan məsələləri Ermənistanla, ya da hər hansı bir üçüncü tərəflə müzakirə etməyəcəyik.
2023-09-16 10:37:00
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
2023-09-16 07:47:00
Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
2023-09-15 22:49:00
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
2023-09-15 17:55:00
İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artırılaraq 980,7 milyon manata çatdırılıb.
2023-09-15 17:52:00
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılıb.
2023-09-15 15:42:00
Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.
2023-09-15 14:56:00
Rusiya Azərbaycanla Ermənistan arasında nizamlanmanın müxtəlif variantlarını hər iki tərəflə ardıcıl müzakirə edir.
2023-09-15 12:46:00
Azərbaycan bir çox sahələrdə etibarlı tərəfdaş olaraq nüfuzunu möhkəmləndirib. Bu iddialar sadəcə ritorika deyil, bütün dünyada tərəddüdsüz Azərbaycana etibar edən liderlər tərəfindən dəstəklənir. Bu kontekstdə Mərkəzi Asiya ölkələri ön plandadır. Prezident İlham Əliyevin Mərkəzi Asiya iqtidasiyyatlarından hər biri ilə tərəfdaşlığa məqsədyönlü diqqəti dünya arenasında əhəmiyyət kəsb edən iki region arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.
2023-09-15 12:38:00
Son zamanlar dövlət başçısının Mərkəzi Asiya ölkələrinə səfərlərinin sayı artıb. Ötən gün prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Onu Tacikistanın Baş naziri qarşılayıb, ölkə başçısının Emoməli Rəhmon ilə təkbətək görüşü olub, daha sonra prezidentlər 5-ci məşvərət görüşündə iştirak ediblər. Düşənbədə Emoməli Rəhmonun adından görüşdə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib, onlar Tacikistanın təbii sərvətlərinin nümayiş olunduğu sərgiyə, "Dostluq Axşamı" konsert proqramına baxıblar.
2023-09-15 11:13:00
Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.