Xəbərlərin siyahısı

Çəkiliş zamanı qəza keçirdi Təcili əməliyyat olundu FOTO

2025-03-15 16:00:00

Türk məşhur aktyor Aras Bulut İynemli yeni serialı "Deha"nın çəkiliş meydançasında qəza keçirib.

"Crew Dragon" gəmisi BKSə doğru start götürüb

2025-03-15 15:53:00

"SpaceX" şirkətinin dördnəfərlik ekipajdan ibarət çoxdəfəli "Crew Dragon" kosmik gəmisi şənbə günü Beynəlxalq Kosmik Stansiyaya (BKS) doğru start götürüb.

Şam işığında musiqi nağılları. Şelkunçik. Qu gölü. Yatmış gözəl. Mystery Ensemble

2025-03-15 15:50:00

Unikal konsert: Şam işığında musiqi sehrinə qərq olun. Martın 29-da, 2025-ci il tarixində, saat 18:00 və 20:00-da Bakının mərkəzində, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında unikal bir konsert baş tutacaq. 

"Amerikaya qarşı üçlü ittifaq formalaşıb" Politoloq

2025-03-15 15:46:00

"Pekində İranın nüvə problemi ilə bağlı keçirilən Çin-Rusiya-İran görüşündən sonra tərəflərin birgə yaydıqları bəyanatda bütün qeyri-qanuni birtərəfli sanksiyalara son qoymağa çağırış edilib. Görüşdə iştirak edən 3 ölkənin xarici işlər nazirlərinin müavinləri sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar. Aydındır ki, çağırışın ünvanı Amerika Birləşmiş Ştatlarıdır. Rusiya, Çin və İrana qarşı müxtəlif sanksiyaları tətbiq edən ABŞ-dır. Rusiya, Çin və İran təmsilçiləri qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu vurğulayıblar".

Aygün Kazımovanın qızı uzun müddətdən sonra GÖRÜNTÜLƏNDİ

2025-03-15 15:22:00

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görüntüləri ilə gündəmə gəlib.

Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar...

2025-03-15 15:14:00

ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə III Dünya müharibəsinin baş verə biləcəyi barədə xəbərdarlıq edib. 

Bıçaqlara düzgün QULLUQ: onları niyə qabyuyanda yumaq olmaz?

2025-03-15 15:07:00

Bıçaq sadəcə bir alət deyil, zövqlə və sevgi ilə bişirmək imkanı verən mətbəxin əsl bəzəyidir. Yaxşı bıçaqlar kulinariya sənətinin mühərrikləridir: dilimləmə və doğrama prosesini əsl zövqə çevirir.

Kamaləddin Qafarov: “Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır”

2025-03-15 15:00:00

"Martın 13-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər".

Yumurta qəbulunun orqanizmə təsiri

2025-03-15 14:57:00

Ekspertlər yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Kaliforniya Universitetinin (San Dieqo) alimləri yumurtanın qadınlarda idrak funksiyalarına müsbət təsir etdiyini müəyyən ediblər. Bu araşdırmada 55 yaşdan yuxarı 890 nəfər iştirak edib və onların qidalanma vərdişləri ilə yaddaş, diqqət və digər beyin funksiyaları arasındakı əlaqə öyrənilib.

BakıƏlət yolunda yük maşını yanıb

2025-03-15 14:49:00

Bu gün saat 08:55 radələrlərində Bakı-Ələt magistral yolun 55-ci klometrliyində Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi DAF markalı 90-OC-691 dövlət nömrə nişanlı iri həcmli yük maşınında hərəkətdə olarkən yanğın hadisəsi baş verib.

Bu universitetə rektor əvəzi təyin olundu

2025-03-15 14:40:00

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

2025-03-15 14:33:00

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub. 

Bakı Bulvarında Novruz bayramıı yarmarkası təşkil olunub

2025-03-15 14:26:00

Bakı Bulvarı Novruz bayramına xüsusi hazırlaşıb.

Bərdədə yaşayış binasındakı uçqunda xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

2025-03-15 14:24:00

15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Azərbaycanda iki yüksək vəzifəyə təyinat

2025-03-15 14:23:00

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində yeni təyinatlar olub.

Qaradağda 3 kiloqram narkotik vasitə aşkarlanıb, iki nəfər həbs edilib

2025-03-15 14:17:00

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.

Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı

2025-03-15 13:51:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illik yubileyi və onun müəllifi olduğu "O olmasın, bu olsun" operettasının 115 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir Azər Qarayev

2025-03-15 13:26:00

Müasir dövrdə dünyada mövcud olan mürəkkəb geosiyasi proseslər, qlobal problemlər və çağırışlar dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoqun təşviqi və ortaq həll yollarının tapılması məqsədilə təşkil olunan beynəlxalq tədbirlərin rolu əvəzolunmazdır. Bu kontekstdə də Qlobal Bakı Forumu artıq dünya miqyasında nüfuz qazanmış mühüm platformaya çevrilib. Forum, müxtəlif dövlətlərin liderlərini, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış ictimai xadimləri və ekspertləri bir araya gətirərək, qlobal gündəmin aktual məsələlərinin müzakirəsinə şərait yaradır.

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

2025-03-15 13:17:00

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,11 ABŞ dolları və ya 0,15% artaraq 73,32 dollar/barel təşkil edib.

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

2025-03-15 13:09:00

Ötən ilin oktyabrında Xankəndidə vəfat etmiş erməniəsilli Vera Ağasyanın meyitinin Ermənistana aparılması məsələsi müzakirə olunur.

Bərdədə uçqun baş verən bina uşaq bağçası olmayıb MÜTDA

2025-03-15 12:55:00

Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb.

Sivilizasiyadan uzaq: Təmasdan qaçan son tayfalar haqqında nə bilinir?

2025-03-15 12:50:00

Müasir sivilizasiyanın inkişafına baxmayaraq, dünyada 100-dən çox insanlarla əlaqədən qaçan tayfa mövcuddur. Bu cəmiyyətlər bəşəriyyətin müxtəlifliyinin ən vacib elementlərindən biri sayılır.

"Gələcəkdə əlaqələrimiz qaz təchizatı ilə daha da möhkəmlənəcək"

2025-03-15 12:28:00

Gələcəkdə ölkələrimiz arasında əlaqələr qaz təchizatı ilə daha da möhkəmlənə bilər.

İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?

2025-03-15 12:20:00

Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.

"Atası qızımla görüşmür"

2025-03-15 12:11:00

Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyev ayrılıb. 

Qonşusu qızının əxlaqsız həyat keçirdiyini dedi, ata qızını bıçaqladı 11 il həbs

2025-03-15 12:01:00

Qızını 5 bıçaq zərbəsi ilə qəsdən öldürməyə cəhd edən, şərti adı Mahir Rəhimov olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...”

2025-03-15 11:51:00

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir.

Azərbaycanda uşaq bağçasında uçqun dağıntılar altında qalan var

2025-03-15 11:45:00

Bərdədə uşaq bağçasında uçqun olub.

Reytinqli proqram uzun müddət sonra ekranlara qayıdır

2025-03-15 11:43:00

"Yetenek sizsiniz Türkiye" yarışması yenidən ekranlara qayıdır.

Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı

2025-03-15 11:34:00

FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.

Azərbaycanda 500 nəfər böyrək gözləyir

2025-03-15 11:21:00

Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində 32 adda dərman vasitələri, 3 adda peritoneal dializ məhlulu dializ məsrəfləri, tibbi sərfiyyat və tibbi ləvazimat malları satın alınıb. 2024-cü ildə ölkə üzrə xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrində 4035 xəstə qeydiyyatda olub. Ümumilikdə, respublika üzrə 54 hemodializ mərkəzi fəaliyyət göstərib ki, onlardan 11-i Bakı şəhərində, 35-i regionlarda, 8 mərkəz isə Naxçıvan Muxtar Respublikasında yerləşir. Mərkəzlərdə yerləşdirilən ümumi işlək hemodializ aparatlarının sayı 723 ədəd təşkil edir.

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

2025-03-15 11:20:00

Nasir Əbdülkərim Əbdürrəhman "Dostluq" ordeni ilə təltif edilib.

Azərbaycanın D8ə qoşulması təsdiqləndi

2025-03-15 11:20:00

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

Prezident bu hərbi qulluqçuları təltif etdi

2025-03-15 11:19:00

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sərəncam verib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

2025-03-15 11:16:00

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.

Laçında iki ceyran görünüb

2025-03-15 11:14:00

Laçında iki ceyran görünüb.

Azərbaycan XİN QırğızıstanTacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışlayıb

2025-03-15 11:04:00

Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.

19 yaşlı qız maşını maneəyə çırpdı: ağır xəsarət aldı

2025-03-15 11:00:00

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

Tramp kütləvi ixtisarlara davam edir 10 min nəfər işdən qovulacaq

2025-03-15 10:54:00

ABŞ Poçt Xidməti (USPS) agentlikdə səmərəliliyi artırmaq məqsədilə 10 min nəfəri işdən çıxarmağı planlaşdırır.

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

2025-03-15 10:47:00

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında aparılan danışıqların başa çatmasını və sülh sazişinin əldə olunmasını alqışlayır.

Bakıda “NİVA” belə yandı

2025-03-15 10:40:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır

2025-03-15 10:36:00

Qırğızıstan Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər TƏKLİF

2025-03-15 10:27:00

"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib".

Bu ölkədə güclü zəlzələ oldu

2025-03-15 10:21:00

Meksikanın cənubunda yerləşən Oaxaca ştatında 5.5 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycanlı meyxanaçının evində toy olacaq

2025-03-15 10:16:00

Meyxanaçı Vüqar Əbdülovun evində toy olacaq. 

Qəbələdə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

2025-03-15 10:11:00

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Qəbirstanlıqda biabırçılıq Polis işə qarışdı VİDEO FOTO

2025-03-15 10:05:00

Antalyanın ( Türkiyə ) Muratpaşa mahalında iki gənc qızın qəbir daşlarının üzərində kart oynayıb kola içdiyi görüntülər sosial mediada yayılıb.

Bakıda gecə saatlarında dəhşət park halında olan avtomobil partladı

2025-03-15 10:04:00

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.

Azərbaycanda daha iki nəfər zəhərləndi Bu məhsuldan

2025-03-15 10:00:00

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

Bakı dünyaya səsləndi: yeni dünya düzəninə ehtiyac var

2025-03-15 09:55:00

XII Qlobal Bakı Forumu sadəcə beynəlxalq sammitlər və konfranslar silsiləsində növbəti tədbir olmadı - o, ideyaların, strategiyaların və gələcəyə dair baxışların kəsişdiyi əsl intellektual mərkəzə çevrildi. Bu forum qlobal çağırışların qasırğasında mayak kimi parladı və Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında dialoq platforması və körpü rolunu bir daha nümayiş etdirdi.