Xəbərlərin siyahısı
2025-03-27 18:51:00
Vədlər verərkən, seçimlərimizi diqqətlə qiymətləndirin, əks halda digər insanları aldatmaq və ümidsizliyə salmaq riski böyükdür.
2025-03-27 18:49:00
Təzə tərəvəzlər, meyvələr və göyərti çox tez xarab olur, əgər onları vaxtında istifadə etməsəniz. Bu səbəbdən də, kifayət qədər baha başa gələn bu məhsulları bəzən atmaq məcburiyyətində qalırıq. Lakin təcrübəli evdar qadınlar bu problemi kağız dəsmalların köməyi ilə həll ediblər.
2025-03-27 18:45:00
Türkiyəli keçmiş model Dəniz Akkaya 16 yaşlı qızı Ayşədən prokurorluğa şikayət edib.
2025-03-27 18:41:00
Avtomobillərini yumşaq oyuncaqlarla bəzəyən sürücülər, çox vaxt fərdi və ya emosional bir ifadə kimi bunu edirlər. Bu cür bəzəklər, avtomobil sahiblərinin şəxsi zövqlərini, yaradıcı yanaşmalarını və ya bəzən nostalji hisslərini əks etdirə bilər.
2025-03-27 18:36:00
ABŞ-nin birinci xanımı Melaniya Trampın gəlinliyi "eBay" onlayn hərrac platformasında satışa çıxarılıb.
2025-03-27 18:33:00
Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
2025-03-27 18:27:00
Müğənni Mirkamil Kamilov ikinci dəfə ürəyindən əməliyyat olunmalıdır.
2025-03-27 18:21:00
Paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir.
2025-03-27 18:06:00
Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb.
2025-03-27 18:00:00
Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
2025-03-27 17:54:00
Xəbər verdiyimiz kimi, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.
2025-03-27 17:43:00
Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.
2025-03-27 17:35:00
Ramazanda kimlərin fitrə çıxarmaması günah sayılmır?
2025-03-27 17:26:00
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Rusiya və Türkiyə Prezidentlərinə müraciət edib.
2025-03-27 17:10:00
ABŞ Prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus olan "TikTok" sosial şəbəkəsinin satışı ilə bağlı sazişin bağlanması üçün Pekinə qarşı rüsumları yumşaltmaq imkanını istisna etməyib.
2025-03-27 17:06:00
Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.
2025-03-27 17:03:00
Müğənni Aydilgə uzun müddət davam edən şiddətli ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.
2025-03-27 16:28:00
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
2025-03-27 16:24:00
Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür.
2025-03-27 16:16:00
Qlobal Jurnalistlər Şurası son dövrlərdə Türkiyədə baş verən siyasi və sosial proseslər fonunda medianın və jurnalistlərin müzakirələrin və məhkəmə qərarlarının mərkəzində olmasından dərin narahatlığını ifadə edib.
2025-03-27 16:04:00
Uludağda hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmançısı, xizək alpinizmi üzrə dünya çempionu Berkin Ustadır.
2025-03-27 15:59:00
Rusiyanın estrada ulduzu Alsu məhkəmədə keçmiş həyat yoldaşı, yəhudi əsilli milyonçu iş adamı Yan Abramova uduzub.
2025-03-27 15:20:00
Son illərdə Azərbaycanda daxili turizmə maraq əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin statistik məlumatlarına görə, ölkə daxilində həyata keçirilən turizm səfərlərinin sayı 5 milyon 691 min nəfərə çatıb ki, bu da 2023-cü illə müqayisədə 8,6% artım deməkdir.
2025-03-27 15:17:00
Daş Salnamə Muzeyində AFWEU -nun təşkilatçılığı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub
2025-03-27 14:50:00
ABŞ Prezidenti Donald Tramp, Yəmənə qarşı Amerika silahlı qüvvələrinin zərbələri haqqında məlumatların "Signal" mesencerindən sızması qalmaqalından sonra ölkənin müdafiə naziri Pit Heqsetin istefa verməsi ehtimallarına münasibət bildirib.
2025-03-27 14:45:00
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.
2025-03-27 14:21:00
Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.
2025-03-27 14:17:00
İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.
2025-03-27 14:14:00
ABŞ və Ukrayna nadir torpaq metalları üzrə əməkdaşlıq razılaşmasını gələn həftə imzalaya bilərlər.
2025-03-27 14:11:00
Biz Ağdamı yenidən qururuq və quracağıq, indi genişmiqyaslı quruculuq işləri aparılır.
2025-03-27 14:07:00
Cəlilabad rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
2025-03-27 14:05:00
Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq.
2025-03-27 13:54:00
Türkiyədə fəaliyyət göstərən Əməkdar incəsənət xadimi, tanınmış aktyor Məlahət Abbasova "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb. Son.az həmin müsahibəni oxuculara təqdim edir. - Məlahət xanım, "Kanal 7"də yayımlanan "Esaret" serialında Afife obrazını canlandırırsınız. Çəkilişlər necə gedir? - Çəkilişlər davam edir, lakin "Esaret" serialı aprelin ilk həftəsində başa çatacaq. Buna görə də gərgin iş rejimində çalışırıq. - Şuşa ilə bağlı hər hansı ekran əsərində yer almaq istərdiniz? - Əlbəttə, Şuşa ilə bağlı layihədə iştirak etməyi çox istəyirəm. Türkiyədə Azərbaycandan peşəkar rejissor, aktrisa və ya operator axtarılanda mənə müraciət edirlər və mən də hər zaman dəstək olmağa çalışıram. Dəfələrlə bildirmişəm ki, Qarabağa həsr olunmuş filmlərdə tam təmənnasız iştirak etməyə hazıram. - Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq etmək kimi planlarınız varmı? Mən hər zaman Azərbaycan və Türkiyə arasında mədəniyyət körpüsü qurmağa çalışmışam. Xaricdə yaşasaq da, Azərbaycanın təbliğatı ilə məşğul olan sənət adamlarıyıq və gördüyümüz işləri hər kəs bilir. Türkiyədə iki peşəkar azərbaycanlı aktyor var: mən və Cahangir Novruzov. Hər zaman iki ölkənin teatrları arasında əlaqə yaratmağa çalışmışıq. Lakin təəssüf ki, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər olduğu müddətdə bu əməkdaşlıq mümkün deyil. İstanbul Şəhər Teatrlarının bədii rəhbərinin müavini kimi Mehriban Ələkbərzadəni teatrda ziyarət etdim və işbirliyi üçün müraciət etdim. O isə açıq şəkildə bildirdi ki, nə qədər ki, burada çalışır, mənim teatrda fəaliyyət göstərməyimə imkan verməyəcək. "Nə qədər mükafat alsan da, səni rejissor kimi qəbul etmirəm. Yuxarıdan tapşırıqla gəlsən belə, məşqində iştirak edib ən kiçik problemi tapıb, tamaşanı dayandıracağam", - dedi. Bu sözlər teatr rəhbərinə yaraşmayan, etikadan kənar bir yanaşma idi. Mən isə Mehriban Ələkbərzadədən peşəkarlıq gözləyirdim. Çünki dünyada tanınan bir teatrın təmsilçisi kimi qarşısına getmişdim. Lakin illər keçsə də, Mehribanın daha da qısqanc və intriqalarla dolu bir insan olduğunu gördüm. Bu davranış teatr rəhbərinə yaraşmaz. Mən gülərək otağına girdim, gülərək də çıxdım. Çünki onun bu cılız davranışına əhəmiyyət vermədim. - Sizcə, Mehriban Ələkbərzadənin bu münasibətinin səbəbi nədir? - Bu, onun xarakteri ilə bağlıdır. Universiteti birlikdə bitirmişik, onu yaxşı tanıyıram. Mehriban Ələkbərzadə qısqancdır, yeniliklərdən qorxur və heç kimlə heç nəyi bölüşmək istəmir. Azərbaycan və Türkiyə arasında teatr sahəsində mədəniyyət körpüsü qurulmasına imkan verməməsi bunun açıq sübutudur. Mən Türkiyədə 15-dən çox Azərbaycan əsərini bədii şuraya təqdim etmişəm. Bəxtiyar Vahabzadə, Anar, Rüstəm İbrahimbəyov, Elçin Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və Həsən Həsənovun əsərlərini səhnələşdirmişəm. 2015-ci ildə Elçinin "Şekspir" tamaşasına görə "İlin ən yaxşı rejissoru" mükafatına layiq görülmüşəm. Mən "İblis" tamaşasını səhnəyə qoymuşam. Mehriban Ələkbərzadəni universitet illərindən tanıdığım üçün mənə mane olmasına təəccüblənmədim. Yenə deyirəm ki, bu düzgün, peşəkar yanaşma tərzi deyildi. Bununla Azərbaycan teatr sahəsi ziyana uğrayır. Mən öz fəaliyyətimə davam edirəm. Mənim önümü kəsməklə əlinə nə keçdi? Mənim çalışdığım İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrlarından biridir. Bu teatr ilə Milli Dram Teatrı arasında mədəniyyət körpüsü quracaqdıq. Həmişə İstanbul Şəhər Teatrları ilə Akademik Milli Dram Teatrı arasında bir körpü qurmuşam. Dəfələrlə teatrı İstanbul Şəhər Teatrlarına və festivallarımıza dəvət etmişik. Hətta Mehriban Ələkbərzadənin Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırladığı "Qatil" tamaşasını festivala dəvət etdik. Mehriban Ələkbərzadənin bu əməkdaşlığa mane olmasına təəccüblənmirəm, amma bu, Azərbaycan teatrına ziyan vurur. - Bildirmişdiniz ki, "İblis" tamaşasını Milli Dram Teatrında səhnələşdirəcəksiniz. Bu məsələ nə yerdə qaldı? - Teatrın mərhum rəhbəri Azər Paşa Nemətovla altı ay bu layihə üzərində işləmişdik. Təəssüf ki, Azər müəllim dünyasını dəyişdi. Mehriban Ələkbərzadənin teatra rəhbər təyin edildiyini eşidəndə isə bildim ki, bu layihə baş tutmayacaq. Halbuki biz İstanbul şəhər teatrlarının texniki heyəti ilə bu körpünü qurmaq üçün gəlmişdik və bunun üçün İstanbul Bələdiyyəsinin və teatr rəhbərliyimizin dəstəyini almışdıq. Onlar Azərbaycan teatrları arasında mədəniyyət körpüsünün qurulması üçün hər cür dəstək olacaqlarını bildirdilər. Bilirsiniz ki, əvvəl də "Mahmud və Məryəm" filmini həyata keçirdim. İki ölkənin mədəniyyət nazirliyi arasında o körpünü qurdum. Filmdə Azərbaycan və türk aktyorları birlikdə rol aldılar. Mehriban Ələkbərzadənin mane olması ilə kim itirdi? Azərbaycan teatr sahəsi. Biz niyə buradayıq? Mən və Cahangir Novruzov özümüzü niyə həlak edirik? Azərbaycan ədəbiyyatının, teatr sənətinin tanıdılması üçün əlimizdən nə gəlirsə edirik, amma belə xoşolmayan münasibətlə qarşılaşdıq. - Mehriban Ələkbərzadənin Azərbaycan teatrına ziyan vurduğunu iddia edirsiniz. Bunu əsaslandırmaq üçün başqa hansı faktları qeyd edə bilərsiniz? - 2011-2012-ci illərdə Antalyada Türk Dünyası Teatrlar Birliyi təsis edildi. Burada Orta Asiya ölkələri də daxil olmaqla mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin təşkil edilməsi və genişləndirilməsi nəzərdə tutulmuşdu. Mənə zəng edib soruşdular ki, Mehriban necə rejissordur. Cavab verdim ki, yaxşı rejissordur və qrup yoldaşımdır. Bir neçə aydan sonra Şimali Kiprdə Mehriban Ələkbərzadə Elçin Əfəndiyevin "Qatil" əsəri əsasında eyniadlı tamaşanı səhnəyə qoydu. Tamaşa başdan ayağa pornoqrafiya səhnələrindən ibarət idi. Tamaşanın iki-üç nümayişindən sonra Mehriban Ələkbərzadəni Bakıya göndərdilər, onu qovmuş kimi etdilər. Elə bir Azərbaycan əsərini o vəziyyətdə səhnələşdirmək biabırçılıq idi. Şimali Kipr Dövlət Teatrından rəsmən Mehriban Ələkbərzadəni
2025-03-27 13:45:00
Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub. Körpələrdən biri qız, digəri isə oğlandır. Məlumatı ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulublar. Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır. Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
2025-03-27 13:40:00
Yeni Zelandiyanın cənub adasında 6,7 bal gücündə zəlzələ baş verib.
2025-03-27 13:37:00
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gənclik yaşını 45 yaşa qaldırıb.
2025-03-27 13:26:00
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
2025-03-27 13:21:00
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq.
2025-03-27 13:15:00
Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
2025-03-27 13:13:00
Bakının Xətai rayonu, Lütfizadə küçəsində yolboyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət, həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.
2025-03-27 13:04:00
Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib. Son.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib. Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırıb.
2025-03-27 12:58:00
"Yalnız iki cins var: kişi və qadın". Bu sözləri ABŞ Prezidenti Donald Tramp Qadınların Tarixi Ayına həsr olunmuş tədbirdə deyib. "Dörd uzun il ərzində bizim qadınlıq anlayışının özünü aradan qaldırmağa və onu radikal gender ideologiyası ilə əvəz etməyə çalışan bir administrasiyamız olub", - deyə Tramp bildirib. O, bununla bağlı Bayden administrasiyasını günahlandırıb. "Onlar hətta "ana" sözünü "insan-valideyn" ifadəsi ilə əvəz etməyə çalışıblar. Ana insan-valideyn olub. Bu, ümumiyyətlə, nə deməkdir?" - deyə siyasətçi qəzəbini dilə gətirib. Tramp tədbir iştirakçılarına xatırladıb ki, keçən ay o, "Kişiləri qadın idmanına buraxmamaq" adlı sərəncam imzalayıb və bu sərəncam transgenderlərin qadın idmanında iştirakının qadağan edilməsinə yönəlib. "Nə qədər cərrahi əməliyyat keçirməyiniz və ya hansı kimyəvi maddələr qəbul etməyiniz heç bir əhəmiyyət kəsb etmir, əgər bədəninizin hər hüceyrəsində kişi DNT-si ilə doğulmusunuzsa, siz heç vaxt qadın ola bilməyəcəksiniz. Siz qadın olmayacaqsınız", - deyə Donald Tramp vurğulayıb. "Məhz buna görə də mən keçən ay kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən tarixi fərmanı qürur hissi ilə imzaladım", - deyə o əlavə edib. /Oxu.az
2025-03-27 12:51:00
Cənubi Koreyada onilliklər və hətta yüzilliklər boyunca enerji təmin edə bilən yeni nüvə batareyası konsepsiyası hazırlanıb. İxtira Koreya Elm və Texnologiya İnstitutunun alimlərinə aiddir. Onların araşdırmalarının nəticələri "The American Chemical Society" qurumunun saytında dərc olunub. Bildirilir ki, texnologiya litium-ion batareyalarını əvəz etməyi hədəfləyir və xüsusilə dronlar, uzaqdan müşahidə sistemləri və tibbi implantlar üçün faydalı ola bilər. Yeni batareyanın əsasını betavoltaika texnologiyası - beta-şüalanmasını elektrik enerjisinə çevirmə - təşkil edir. Alimlər bunun üçün karbon-14 radioaktiv izotopundan istifadə ediblər. Bu material ucuz, asan əldə edilə bilən və uzunmüddətli işləmə qabiliyyətinə malikdir. Səmərəliliyi artırmaq üçün alimlər dioksid titan əsaslı yarımkeçirici təbəqə və rutenium əsaslı boya tətbiq ediblər. Bundan əlavə, karbon-14 həm anodda, həm də katodda istifadə edildiyindən enerji itkiləri azalıb və dönüşüm əmsalı 0,48%-dən 2,86%-ə qədər yüksəlib. Hazırkı prototip hələ ki, enerjinin yalnız kiçik bir hissəsini çevirə bilir. Lakin alimlər hesab edirlər ki, daha optimal dizayn və inkişaf etmiş uducu materiallar sayəsində bu batareyaların məhsuldarlığı artırıla bilər. Gələcəkdə belə uzunömürlü enerji mənbələri həmçinin ürək stimulyatorları və digər avtonom cihazlarda geniş istifadə oluna bilər. /Oxu.az
2025-03-27 12:44:00
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı şayiələr fonunda onun tezliklə öləcəyini iddia edib.
2025-03-27 12:38:00
"Moody's"in son analitik hesabatına görə, Orta Dəhlizin inkişafı Azərbaycanın logistika sektorunun genişlənməsinə təkan verir.
2025-03-27 12:30:00
Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.
2025-03-27 12:25:00
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2025-03-27 12:21:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
2025-03-27 12:20:00
Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib.
2025-03-27 12:13:00
"2018-ci ilin aprel ayına qədər danışıqlar masasında olan məzmun, bizim Qarabağ məsələsi ilə bağlı bəyanat və çıxışlarımızda ifadə etdiyimiz təsəvvürlərlə müqayisədə, əslində aşağıdakıları ifadə edirdi: bu vəziyyətdən çıxmaq və məsələni həll etmək üçün biz güzəştə getməli idik. Sonra yenidən güzəştə getməli. Yenə və yenə. Yəni 2018-ci ildə Serj Sarqsyan tərəfindən buraxılmış danışıqlar prosesi bu məntiqdən kənara çıxacaq heç bir mümkün addımı nəzərdə tutmurdu. O vaxt elə bir variant yox idi ki, mövqeləri daha çox güzəşt etmədən qoruyub saxlamaq mümkün olsun - təslimçilikdən başqa. Bu məntiq çərçivəsində atılan istənilən addım eyni nəticəyə aparırdı. Və məhz o, 2020-ci ildə birinci çıxış etdi və öz təslimçilik paketini başqalarına sırımağa çalışdı. 2020-ci ilin noyabrına qədər onların bütün fəaliyyəti bu prosesin məsuliyyətini bizə, yəni mənə yükləməkdən ibarət idi".