Xəbərlərin siyahısı

Suqovuşanda oğul anasını bıçaqlayıb

2025-04-10 20:51:00

Ağdərə rayonunun Suqovuşan kəndində oğul anasını bıçaqlayıb.

Tramp qanunsuz miqrantlara sığınacaq verən şəhərlərin pulunu kəsəcək

2025-04-10 20:50:00

"ABŞ hakimiyyəti ölkədə qanunsuz miqrantlara sığınacaq verən istənilən şəhər və ya ştatın federal maliyyədən məhrum edilə biləcəyinə dair sənəd hazırlayır".

300 bal yığacağımı heç kəsə deməmişdim Məktəbli qız

2025-04-10 20:45:00

"Maksimal bal yığacağımı gözləyirdim, çünki imtahandan evə gəlib meyarlarla yoxladım, bütün cavablarım düzgün idi, amma 300-ü gözlədiyimi heç kəsə deməmişdim".

TbilisiBakı sərnişin qatarı bərpa olunur? Gürcüstandan AÇIQLAMA

2025-04-10 20:42:00

Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.

Tolikdən onu tənqid edən xanəndələrə: "Bizi aldadırlar"

2025-04-10 20:39:00

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) bir müddət əvvəl sənətkarların reytinq verməməsi ilə bağlı fikirlərinə aydınlıq gətirib.

Masazırda yolları su basdı, tıxac yarandı

2025-04-10 20:37:00

Abşeron rayonu, Masazır qəsəbəsində yolları su basıb. Güclü yağışdan sonra avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda bu istiqamətdə uzun tıxac yaranıb.

Ərdoğan Öcalanla görüşən heyəti qəbul etdi

2025-04-10 19:59:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.

Dünyanın ən nifrət edilən ölkələrinin adı açıqlandı

2025-04-10 19:21:00

Beynəlxalq münasibətlər və ictimai rəy sahəsində fəaliyyət göstərən bir neçə nüfuzlu araşdırma mərkəzinin apardığı sorğular nəticəsində 2025-ci ilin ən çox nifrət edilən ölkələrinin siyahısı açıqlanıb. Araşdırma dünyanın müxtəlif regionlarında keçirilən ictimai rəy sorğuları, media analizləri və diplomatik münasibətlər əsasında hazırlanıb.

DİQQƏT! Sabah bu ərazilərdə saat 09:30da qaz kəsiləcək

2025-04-10 19:16:00

Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.

Məktəblərə "Son zəng"lə bağlı təlimat göndərilib? AÇIQLAMA

2025-04-10 19:06:00

Məktəblərə "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı iddialar yayılıb.

Bu rayonun bəzi hissələri 3 saatdır işıqsız qalıb

2025-04-10 19:05:00

Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu qidada donuz DNTsi aşkarlandı RƏSMİ

2025-04-10 19:00:00

İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlanıb.

Trampın 10 dəqiqəlik iqtisadi manevri: 4 trilyon dollar qazancı və yeni iqtisadiyyata tələbat

2025-04-10 18:52:00

"Bir çox insanlar düşünür ki, ABŞ prezidenti Donald Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla sadəcə olaraq rəhmə gəldi. Lakin, gerçək vəziyyət fərqlidir. Tramp sərt tarif qərarını təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı. Bəli, cəmi 10 dəqiqə ərzində".

468 nəfər imtahana gəlmədi, 10 nəfərin nəticəsi ləğv olundu

2025-04-10 18:43:00

Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Tramp bir sıra ölkələrə yardımı dayandırıb

2025-04-10 18:36:00

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə yardımı dayandırıb. 

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu başlayır

2025-04-10 18:26:00

2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir.

Gəncədə fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri təşkil olunub

2025-04-10 18:17:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib. 

Azərbaycanda utilizasiya prosesində vəziyyət necədir?

2025-04-10 18:09:00

Azərbaycanın avtomobil yollarında, xüsusilə də rayonlarda, istismara yararsız və köhnəlmiş nəqliyyat vasitələri hələ də geniş yayılıb. Xarici ölkələrdə belə avtomobillər tez bir zamanda utilizasiyaya göndərilir və istifadəyə yararsız hesab olunur.

Musa AlKuni Prezident İlham Əliyevə təbrik məktubu göndərib

2025-04-10 18:06:00

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kuni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xızıda iritonnajlı yük maşınları toqquşub, xəsarət alanlar var

2025-04-10 17:59:00

Xızı rayonunda iritonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Ermənistanda ehtiyatda olan hərbçilərə təlim keçiriləcək

2025-04-10 17:50:00

Ermənistanda aprelin 15-dən ehtiyatda olan hərbçilər üçün təlimlər təşkil ediləcək.

İndoneziyanın vitseprezidenti Mehriban Əliyevanı təbrik edib

2025-04-10 17:43:00

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı təbrik edib.

Zabit ona "tərs baxan" gənci GÜLLƏLƏDİ

2025-04-10 17:43:00

Türkiyənin Qars vilayətində dəhşətli qətl hadisəsi baş verib. 

İndoneziya Prezidenti Azərbaycan liderini təbrik edib

2025-04-10 17:41:00

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezident İlham Əliyevi təbrik edib.

Məşhur şirkətin ət məhsullarında ölümcül bakteriya aşkarlandı

2025-04-10 17:36:00

Məşhur firmanın ət məhsullarında ölümcül bakteriya aşkarlanıb.

ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır Tramp

2025-04-10 17:33:00

ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır.

Qəza zamanı BUNU ETMƏYİN! Sürücülərə ÇAĞIRIŞ

2025-04-10 17:28:00

Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur.

Tramp İlham Əliyevə məktub göndərdi

2025-04-10 17:25:00

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Kamera Musiqisi Axşamı” adlı konserti keçirilib

2025-04-10 17:20:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera Musiqisi Axşamı" adlı konserti keçirilib. 

Gəncədə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmipraktiki seminar keçirilib

2025-04-10 16:55:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində Gəncə Dövlət Universiteti (GDU) ilə birgə 8 aprel tarixində "Musiqidə milli ənənələrin təcəssümü" adlı elmi-praktiki seminar təşkil edilib.

"Bizi məhkəmə ilə hədələdi ki, yerimi anama deməyin"

2025-04-10 16:25:00

"2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-cü ildə xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbəyə getmişdi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım".

Çin vətəndaşlarına xəbərdarlıq etdi ABŞ artıq təhlükəsiz deyil?

2025-04-10 16:16:00

Çin hökuməti öz vətəndaşlarına ABŞ-a səfər zamanı təhlükəsizlik risklərini nəzərə almağı tövsiyə edib.

Bakıda külək əsir, bölgələrdə yağış, qar yağır FAKTİKİ HAVA

2025-04-10 16:07:00

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Buraxılış imtahanının nəticələri elan olunub

2025-04-10 16:01:00

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Azərbaycanda ağır qəza qadın müəllimlər xəsarət aldı

2025-04-10 15:56:00

Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir. 

Rusiya Ermənistan və Azərbaycana çağırış etdi

2025-04-10 15:50:00

Rusiya Ermənistan və Azərbaycana çağırış edib. 

Uşağını meymunla dəyişdirdi

2025-04-10 15:41:00

ABŞ-də yaşayan qadının övladlığa götürdüyü qız uşağını meymunla dəyişdiyi və digər uşaqlarla da pis rəftar etdiyi iddia edilir.

BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır Deputat

2025-04-10 15:37:00

Fransanın Dənizaşırı məsələlər üzrə naziri Manuel Vals Bakı Təşəbbüs Qrupunu tanımadığını bildirir. Bununla belə tanımadığı quruma cavab verməyə məcbur olur, müraciətlə bağlı açıqlama vermək ehtiyacı duyur. Əlbəttə ki, onlar BTQ-in fəaliyyəti ilə yaxından tanışdırlar, onun hər addımını izləyirlər və bu fəaliyyət onları təşvişə salır. Çünki BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır.

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

2025-04-10 15:24:00

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azərbaycanda cütlük insanların vatsap yazışmalarını ələ keçirərək satıb

2025-04-10 15:24:00

Azərbaycanda insanların vatsap yazışmalarını qanunsuz olaraq izləyən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Laborant işləmək istəyənlərin NƏZƏRİNƏ

2025-04-10 15:15:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

"ChatGPT" rəhbərliyi İlon Maskı məhkəməyə verdi

2025-04-10 15:07:00

Dünyanın ən populyar süni intellekt çat-botu "ChatGPT"-nin yaradıcısı olan "OpenAI" şirkəti İlon Maskı məhkəməyə verib.

Bakıda aktyor və arvadını öldürən şəxsin cəzası BƏLLİ OLDU

2025-04-10 14:58:00

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Son.az "apa.az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, İslam Hadıyevin ömrlük azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili ona verilən ittihamlardan bəzilərinə xitam verilməsini və 181-ci maddənin oğurluq maddəsinə tövsif olunmasını xahiş edib. İslam Hadıyev son sözündə ona ömürlük həbs verilməməsini xahiş edib: "Mən 20 ilə də razıyam, amma sizdən xahiş edirəm mənə ömürlük cəza verməyin". Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məktəbdə FACİƏ: yaralanan var

2025-04-10 14:37:00

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.

Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR

2025-04-10 14:35:00

Son günlər kiberdələduzluğun yeni formasının meydana gəlməsinə dair məlumat yayılıb. İddiaya görə, xarici nömrədən gələn zəngə cavab verilməsi ilə kart hesablarındakı pul dələduzlar tərəfindən çəkilir. Bu, təşvişə səbəb olub.

Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib

2025-04-10 14:33:00

Aprelin 10-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib.

Faciəvi şəkildə həlak olan hərbçimizin ad günündən VİDEO

2025-04-10 14:26:00

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Xamneyi həbs olunur?

2025-04-10 14:18:00

Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı İranın ali dini lideri Ayətullah Əli Xamneyini həbs etməyə çağırıb.

Nazim Quliyevə HÖKM OXUNDU

2025-04-10 14:08:00

"İdeal" saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.