"Türkiyəyə səfərim Putin üçün "çox aydın siqnal"dır"


Siyasət 15 May 2025 15:12:00 119 0

"Türkiyəyə səfərim Putin üçün "çox aydın siqnal"dır"

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyəyə səfəri zamanı bu gedişin Rusiya Prezidenti Vladimir Putin üçün "çox aydın siqnal" olduğunu bildirib.

Zelenski qeyd edib ki, əgər Putin danışıqlarda iştirak etməzsə, bu, Rusiyanın müharibəni bitirmək niyyətində olmadığını göstərəcək. Ukrayna lideri vurğulayıb ki, sülh üçün atılan bu addım beynəlxalq ictimaiyyətin Rusiya ilə bağlı mövqeyini daha da aydınlaşdıracaq.

Qeyd edək ki, Zelenskinin səfəri çərçivəsində Ukrayna ilə Türkiyə arasında ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

İslam Son.az