"WhatsApp"dan 15 il sonra İLK
Digərləri 11 May 2025 09:26:00 67 0
"WhatsApp" tərtibatçıları "Apple" planşetlərinin istifadəçilərinə ilk dəfə olaraq tətbiqə tam giriş təklif edərək, "iPad" üçün mesajlaşma proqramının rəsmi beta-testinə başlayıblar.
Son.az xəbər verir ki, testə qeydiyyat "Reddit" forumunun istifadəçiləri tərəfindən müşahidə edilib.
Qeydiyyat "TestFlight" platforması vasitəsilə təklif edilsə də, hazırda boş yerlər mövcud deyil.
Hazırda "Apple" planşetlərinin istifadəçiləri "WhatsApp"dan veb-versiya formatında istifadə edə bilərlər. Bu formada mesajlaşma proqramı əsas funksiyaları dəstəkləyir: Mesajlaşma, audio və video zənglər. Lakin "iPad" üçün tamfunksiyalı tətbiqin buraxılması yeni imkanlar, həmçinin daha rahat və genişlənmiş funksionallıq təqdim edəcək.
Kaynak: milli.az