Keçmiş Türkiyə gözəli ölümdən döndü Bədəni yanıb FOTO
Şou-biznes 04 May 2025 01:01:00 166 0
Keçmiş Türkiyə gözəli Senem Kuyucuoğlu ölümdən son anda qurtulub.
Bu haberi de oku: Dəbdəbəli bağından VİDEO yaydı
Son.az xəbər verir ki, Türkiyə gözəlinin evi yanıb. Gecə saatlarında evindəki elektrikli sobanın alışaraq yanğına səbəb olub. Yuxuda olan Kuyucuoğlu faciədən möcüzəvi şəkildə xilas olub. Xəstəxana palatasından paylaşım edən keçmiş model "oyanmağım möcüzə idi" sözləri ilə yaşadığı qorxulu anları izləyiciləri ilə bölüşüb.
2009-cu ildə "Miss Turkey" müsabiqəsində ikinci olan və Türkiyəni beynəlxalq gözəllik yarışmasında təmsil edən Kuyucuoğlu sosial şəbəkədə etdiyi açıqlamada yanıq xəsarətləri aldığını bildirib. "Bu il bir yanmadığım qalmışdı, o da oldu. Çox şükür, sağ qaldım. Mən yuxuda olarkən soba alışıb. O saatda oyanmağım tam bir möcüzədir" deyə yazıb.
Onun vəziyyəti yaxşıdır, hazırda xəstəxanada müalicə alır.
İsmayıl Son.az