Problemi qurumlar birbirinin üstünə atsa da, sonu necə oldu?


Digərləri 02 May 2025 17:30:00 89 0

Problemi qurumlar birbirinin üstünə atsa da, sonu necə oldu?

Bakı şəhərinin bəzi yaşayış məntəqələrində kommunal problemlərin uzun müddət həll olunmaması sakinlərin haqlı narazılığına səbəb olur. Xüsusilə infrastrukturun köhnəlməsi və qurumlar arasında koordinasiyanın zəifliyi nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı çətinləşdirir və insanların səbir kasasını daşırır. Bu dəfə isə problem Nizami rayonunda baş verib.

Son.az xəbər verir ki, Nizami rayonunun İlham Müzəffəroğlu küçəsində kanalizasiya sistemində baş verən nasazlıq nəticəsində yol su ilə dolub.

Sakinlərin sözlərinə görə, bu problem artıq 20 gündən çoxdur davam edir və vəziyyətə müdaxilə olunmur:

"Su idarəsinə müraciət etmişəm, dedilər ki, məsələdən xəbərdarıq. Əgər belədirsə, niyə heç bir tədbir görülmür?" 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problemin aradan qaldırılması üçün ərazidə qazıntı işləri aparılmalıdır və bu məqsədlə artıq aidiyyəti quruma məlumat verilib.

Asya Son.az