Ağ tüklərdən təbii yollarla qurtulun – Salona getməyə ehtiyac yoxdur


Digərləri 30 Nis 2025 07:07:00 59 0

Ağ tüklərdən təbii yollarla qurtulun – Salona getməyə ehtiyac yoxdur

Ağ saçları boyamağa pul xərcləmədən təbii rənginə qaytarmaq mümkündür. Əgər saçlarınızdakı ağ tellər sizi narahat edirsə, artıq salona getməkdə çətinlik çəkməyəcəksiniz. Evdə tətbiq oluna biləcək bitki əsaslı qarışıqlarla həm saçlarınızın sağlamlığını qoruyacaq, həm də ağarmış telləri təbii yollarla tündləşdirə biləcəksiniz.

Son.az xəbər verir ki, saçların ağarması əsasən melanin piqmentinin azalması, genetik faktorlar, stress, qidalanma və vitamin çatışmazlığı, hormonal dəyişikliklər və ətraf mühit təsirləri ilə bağlıdır. Bu proses təbii olsa da, müəyyən üsullarla ləngidilə və ya görünüşü dəyişdirilə bilər.

Saçların təbii rəngini qaytaran bitki reseptləri

Qəhvə və qara çay qarışığı Tərkibi:

2 x.q. təzə dəmlənmiş qəhvə

2 x.q. qara çay

1 x.q. zeytun yağı

Hazırlanması və tətbiqi: Qəhvə və çayı qaynadıb süzün, zeytun yağı əlavə edin və saçınıza çəkin. 1 saat saxladıqdan sonra isti su ilə yuyun. Həftədə bir dəfə tətbiq oluna bilər.

Qoz qabığı boyası Tərkibi:

10-12 qurudulmuş qoz qabığı

Hazırlanması: Qoz qabıqlarını 30 dəqiqə qaynadın, süzün və soyudun. Əldə edilən suyu saçınıza çəkin, 1 saat saxlayıb isti su ilə yuyun. Bu üsul tünd saçlar üçün idealdır.

Adaçayı və rozmarin qarışığı Tərkibi:

2 x.q. qurudulmuş adaçayı

2 x.q. qurudulmuş rozmarin

Hazırlanması: Su ilə qaynadıb 30 dəqiqə dəmləyin. Qarışığı saçlarınıza masajla tətbiq edin, 1 saat saxlayıb yuyun. Həftədə bir neçə dəfə tətbiq oluna bilər.

Xına boyası Tərkibi:

1 çay stəkanı xına

2 x.q. zeytun yağı

1 stəkan qara çay

Hazırlanması: Qara çayı dəmləyin və soyudun. Xına və zeytun yağı ilə birlikdə məcun halına salın. Saçınıza çəkin və 1-2 saat saxlayın, sonra yuyun. Təbii qırmızı və ya mis tonlar əldə edilir.

Bu üsullarla saçlarınızı təbii və sağlam şəkildə bərpa edə, bahalı saç boyalarına ehtiyac duymadan görünüşünüzü gəncləşdirə bilərsiniz.

Fidan Son.az