Türkiyədə onlarla tələbə xəstəxanaya yerləşdirildi səbəb yenə də zəhərlənmədir
Digərləri 23 Kas 2025 00:24:00 305 0
Türkiyənin Adıyaman bölgəsində tələbələrin qaldığı KYK (Kredit və Yurdlar Qurumu) yataqxanalarında axşam yeməyindən sonra 70 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb. Tələbələrin vəziyyətinin yaxşı olduğu, heç birinin həyati təhlükəsinin olmadığı bildirilib.
Son.az xəbər verir ki, Adıyamanın Besni rayonunda Adıyaman Universiteti tələbələrinin qaldığı qız və oğlan yataqxanalarında axşam yeməyindən qısa müddət sonra tələbələrdə ürəkl bulanma və başgicəllənmə kimi şikayətlər yaranıb.
Şikayətləri olan 70 tələbə, təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Kaynak: milli.az
