Sadır Japarov İlham Əliyevi təbrik edib


Siyasət 07 Kas 2025 19:05:00 67 0

Sadır Japarov İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zəfər Günün münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az president.az-a istinadən bildirir ki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə şəxsən öz adımdan və bütün Qırğız xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir.

Əminəm ki, Qırğızıstan və Azərbaycan arasında siyasi, iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram". Son.az