"Məni öldürmək istəyirlər"
Şou-biznes 07 Kas 2025 13:00:00 111 0
Məşhur televiziya ulduzu Kim Kardaşyan yeni bölümdə etdiyi etirafla izləyiciləri heyrətləndirib.
Bu haberi de oku: "Avroviziya 2026"nın ilk iştirakçısı açıqlandı FOTO
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Kardaşyan kiminsə onu öldürmək üçün plan qurduğunu öyrəndiyini açıqlayıb.
"Sui-qəsd planı barədə mənə həbsxanada dedilər. Bildirdilər ki, kiminsə mənim ölümümü sifariş etdiyini eşidiblər", - deyə o bildirib.
Sosialite həmçinin keçirdiyi güclü stressin nəticəsində kiçik beyin anevrizması yaşadığını da etiraf edib.
"Mən Cedars-Sinai Xəstəxanasında bir neçə beyin müayinəsindən keçdim. Sağlamlıq hər şeydən önəmlidir, həyatınızdakı hər addımda diqqətli olmalısınız", - deyə Kim Kardaşyan vurğulayıb.
Musa Son.az
