"Mənim verilişim olanda rayonlarda cinayət halları azalırdı"


Şou-biznes 07 Kas 2025 12:30:00 111 0

"Mənim verilişim olanda rayonlarda cinayət halları azalırdı"

Əməkdar artist Nailə İslamzadə maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, o, proqramların "Reytinq sevdası" barədə fikirlərini bölüşüb.

Tele-aparıcı illər öncə ən baxımlı olan verilişini yada salıb:

"Bu sual mənim xarakterimə zidd olan bir şeydir. Bunu heç vaxt etməmişəm, etmərəm də. Ümumiyyətlə götürəndə, o reytinq sözü əvvəllər yox idi. "Ailələr, talelər" verilişi efirə gedəndə deyirdilər ki, rayonlarda oğurluq və cinayət halları azalır. İnsanlar yığışıb televiziyaya baxırdılar. O ki qaldı, reytinq sözü nədir, onu anlamaq istəmirəm. Bu reytinqi ölçən kimdir? O cihazları haradan tapırlar, onu necə hesablayırlar? Mənim üçün ən böyük reytinq işimi yaxşı görməkdir. İnsan qarşısında səmimi olmaq və onlara faydalı bir məlumat verməkdir.


Habere ait fotoğraflar