Mehdiyevin köməkçisi 3 il əvvəl də həbs edilibmiş
Digərləri 03 Kas 2025 16:16:00 80 0
Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilən Eldar Əmirovun 3 il əvvəl də həbs edildiyi məlum olub.
Bu haberi de oku: Bakının mərkəzi küçəsindəki radarlar çəkməyə başladı FOTO
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Qurban oğlu Əmirov həmin vaxt inzibati xətada təqsirli bilinib.
E.Əmirov 2022-ci ilin fevralında Yasamal Məhkəməsinin qərarı ilə 30 sutkalıq azadlıqdan məhrum edilib və 1 ay sonra azadlığa çıxıb.
Bu dəfə isə E.Əmirov daha ağır ittihamlarla həbs olunub. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
