Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər Yeni təyin olunan direktora görə


Digərləri 03 Kas 2025 15:20:00 92 0

Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər  Yeni təyin olunan direktora görə

Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.

Son.az xəbər verir ki, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.

Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Buna görə də dərslər bu səbəbdən boş keçib.

Asya Hüseyn Son.az